Icma.az
close
up
RU
Sükutun ardındakı fırtına: Ermənistanın taleyini mühərrikləşdirən seçimlər

Sükutun ardındakı fırtına: Ermənistanın taleyini mühərrikləşdirən seçimlər

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənubi Qafqazın üzərində qəribə bir sükut var – sanki hər kəs böyük bir qərarın anonsunu gözləyir. Sülh sazişi imzalanacağı təqdirdə bölgə yeni bir mərhələyə qədəm qoyacaq, amma bu yolda atılan addımlar həm ümid, həm də təlatüm doğurur. Ermənistanın siyasi hakimiyyəti bu dar və çətin yolda tarazlıq axtarır, Paşinyan isə hər kəlməsində həm cəmiyyətin, həm də beynəlxalq tərəfdaşların gözlərini üzərində hiss edir.

Moskva üçünsə bu proses sadəcə qonşu ölkənin seçimi deyil, həm də öz təsir dairəsinin daralması deməkdir. Ona görə də Kreml bütün ənənəvi vasitələrini işə salır: kilsədən tutmuş keçmiş prezidentlərə qədər hər kəsin səsi siyasi meydanda eşidilir. Ermənistanda yaxınlaşan parlament seçkiləri yalnız hakimiyyət uğrunda mübarizə deyil, həm də ölkənin hansı istiqaməti seçəcəyinə dair tarixi sınaq olacaq. Bu seçimdə Ermənistanın taleyi, Rusiyanın isə bölgədəki mövqeyi həll olunacaq. 

Paşinyanın Rusiya ilə münasibətlərində hansı ziddiyyətli məqamlar müşahidə olunur? Moskvanın Ermənistanda parlament seçkilərinə təsir göstərmək cəhdləri Paşinyan üçün hansı riskləri doğurur? Qlobal geosiyasi vəziyyət İrəvan-Moskva münasibətlərinə necə təsir göstərir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Amid Əliyev bildirib ki, hazırda Cənubi Qafqazda sülhün bərqərar olması fonunda sazişi imzalamağa hazırlaşan Ermənistan hakimiyyəti çətin və tərəddüdlü bir siyasi yoldan keçir. Seçimlər nə qədər də geniş və gələcəyə yönəlik deyil. Son Vaşinqton görüşündən sonra Ermənistan–Rusiya münasibətlərindəki ziddiyyətlər dərinləşib və İrəvanın Moskvadan uzaqlaşma prosesi sürətlənib. Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın müsahibəsində ölkəsinin Rusiyanın “kiçik qardaşı” deyil, bərabər tərəfdaş olduğunu deməsi də bunun göstəricisidir.

"Cavab olaraq Moskva ənənəvi təsir vasitələrini işə salıb. Onlardan biri tamamilə Rusiyaya bağlı kilsədir ki, bir müddətdir hakimiyyətə qarşı çıxış edir. Baş nazirin elan etdiyi kilsə islahatından sonra bu etiraz daha da güclənib. Bu, kilsənin siyasi hakimiyyətə qarşı çıxış etdiyi ikinci haldır – bir neçə il əvvəl erməni keşişlərindən biri müxalifətin önündə dayanaraq etirazlara rəhbərlik etmişdi. Bununla yanaşı Kreml Ermənistandakı özünə yaxın siyasi fiqurları da hərəkətə gətirib. Xüsusilə keçmiş prezidentlərin son dövrlərdə artan fəallığı diqqət çəkir",- deyə politoloq əlavə edib.

Amid Əliyev: Qarşıdakı ildə Ermənistanda parlament seçkiləri nəzərdə tutulur

Həmsöhbətimizin fikrincə, Moskva həmçinin Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalara qarşı dolayı mesajlar göndərir. ABŞ-nin Zəngəzur dəhlizinin reallaşdırılmasına dəstək verməsi Rusiyada narazılıq yaradıb. XİN rəhbəri Sergey Lavrovun son açıqlamasında “razılaşmaların necə icra ediləcəyi ilə bağlı suallar var” deməsi də buna işarədir:

"Qarşıdakı ildə Ermənistanda parlament seçkiləri nəzərdə tutulur. Rusiya bu prosesi öz təsir imkanlarının son fürsəti kimi qiymətləndirərək bütün vasitələrlə mane olmağa çalışacaq. Çünki bundan sonra sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması gözlənilir ki, bu da Moskvanın regiondakı maraqlarına ziddir. Beləliklə, yaxın dövr Ermənistan hakimiyyəti üçün çətin, cəmiyyət üçün isə təlatümlü ola bilər. Bununla belə, İrəvan rəhbərliyi nəyə imza atdığını yaxşı bilir və Rusiyanın təsirlərinə qarşı müqavimət göstərmək niyyətindədir".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Sentyabr 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see284

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see197

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see177

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see176

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see174

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see170

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see164

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see162

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see160

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see160

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see144

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see138

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see133

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri