Icma.az
close
up
RU
Süleyman Allahverdiyev dünyanın ən nüfuzlu tədqiqatçılarından biri kimi tanınıb

Süleyman Allahverdiyev dünyanın ən nüfuzlu tədqiqatçılarından biri kimi tanınıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 16 iyul, AZƏRTAC

Süleyman Allahverdiyev fotosintez sahəsində dünyanın ən nüfuzlu alimlərinin sırasına daxil olaraq, “Highly Ranked Scholars” (ScholarGPS) reytinqinə əsasən, top 0,05 faizlik siyahıya düşüb. O, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Bionanotexnologiyalar beynəlxalq laboratoriyasının müdiri, Rusiya Federasiyasının Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının Fundamental Biologiya Problemləri İnstitutunun baş elmi işçisi, K.A.Timiryazev adına Bitki Fiziologiyası İnstitutunun İdarəolunan fotobiosintez laboratoriyasının müdiri və baş elmi işçisidir.

Bu barədə AZƏRTAC-a MBBİ-dən məlumat verilib.

“Highly Ranked Scholars”- dünyanın ən nüfuzlu reytinqlərindən biridir və tədqiqatçıların elmi fəaliyyətini məhsuldarlıq (nəşrlərin sayı), təsir gücü (istiqamət üzrə istinadların səviyyəsi) və elmi işlərin keyfiyyəti (h-indeksi) meyarları əsasında qiymətləndirir.

Reytinq “ScholarGPS” məlumat bazası əsasında tərtib olunur. Bu baza 200 milyondan artıq elmi nəşri və 30 milyondan çox alim profilini (o cümlədən elmi fəaliyyətini artıq başa vurmuş alimləri) əhatə edir. Reytinqdə alimlərin bütün peşəkar fəaliyyəti dövründəki töhfələri nəzərə alınır, özünə istinadlar çıxarılır və birgə müəlliflərin sayına uyğunlaşdırmalar edilir.

Süleyman Allahverdiyevin bu elit siyahıya daxil edilməsi onun fotosintez və əlaqəli sahələrin öyrənilməsinə verdiyi töhfələrin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Alim “Web of Science” versiyasına əsasən dəfələrlə dünyanın ən çox istinad olunan top 1 faiz alimləri siyahısına daxil edilib, “Scopus Awards Russia” mükafatına layiq görülüb, 2022-ci ildən etibarən hər il “Research.com” reytinqində “Bitki elmi və aqronomiya” kateqoriyası üzrə Rusiya alimləri arasında birinci yeri tutur.

Süleyman Allahverdiyev Rusiya Elmlər Akademiyasının müxbir üzvü, K.A.Timiryazev adına mükafatın laureatı (2019), “Qlobal Enerji” beynəlxalq mükafatının laureatı (2021), N.Vəziroğlu adına beynəlxalq hidrogen mükafatının laureatıdır (2024). O, Əl-Farabi adına Qazaxıstan Milli Universitetinin “Elm qarşısında xidmətlərinə görə” qızıl medalı ilə təltif olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri