Süleymani 5 ildən sonra İranın “yadına düşdü”: Hüququmuz var…
Axar.az saytına istinadən Icma.az xəbər verir.
İranın BMT-dəki daimi nümayəndəsi Seyid İrəvani ABŞ-ın İraqdakı zərbəsi nəticəsində öldürülən Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin qətlinin günahkarlarını, təşkilatçılarını və sponsorlarını məsuliyyətə cəlb etməyin Tehranın qanuni hüququ olduğunu bildirib.
Axar.az xəbər verir ki, o, bu barədə BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda yazıb.
“General-leytenant Süleymani İraqa rəsmi səfəri zamanı öldürülüb. Bu, regionda terrorizmlə mübarizədə həlledici rol oynayan BMT-nin suveren dövlətinin yüksək rütbəli rəsmisinə qarşı məqsədli və qanunsuz hücum idi. Bu, beynəlxalq hüququn, BMT Nizamnaməsinin və ABŞ-ın beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulmasıdır”, - İranın BMT-dəki daimi nümayəndəsinin məktubunda deyilir.
Baxış sayı:94
Bu xəbər 04 Yanvar 2025 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















