Icma.az
close
up
RU
Azərbaycanın Ukrayna mövqeyi ardıcıl və dəyişməzdir ŞƏRH

Azərbaycanın Ukrayna mövqeyi ardıcıl və dəyişməzdir ŞƏRH

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Bakı üçün burada söhbət təkcə Ukraynaya simpatiyadan yox, beynəlxalq hüququn əsas prinsiplərinin qorunmasından gedir

Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü olub. Daha sonra isə geniş tərkibli görüş baş tutub. 

Qeyd edək ki, Azərbaycan və Ukrayna arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan çoxşaxəli əməkdaşlıq modeli kimi formalaşıb. Bu əlaqələr yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, eyni zamanda humanitar istiqamətdə də dərin məzmun kəsb edir. Xüsusilə son illərdə baş verən regional və qlobal proseslər fonunda iki ölkə arasında əməkdaşlığın humanitar ölçüsü daha da aktuallaşıb və ön plana çıxıb.

Azərbaycan beynəlxalq münasibətlər sistemində humanitar dəyərlərə xüsusi önəm verən dövlət kimi tanınır. Özünün uzun illər münaqişə və onun doğurduğu ağır sosial-humanitar nəticələrlə üzləşməsi ölkənin bu sahədə həssas və prinsipial mövqe formalaşdırmasına səbəb olub. Məhz bu təcrübə Azərbaycana münaqişədən əziyyət çəkən digər xalqlara, o cümlədən Ukrayna xalqına dəstək göstərməkdə həm mənəvi, həm də praktik üstünlük qazandırır.

Bununla yanaşı, Azərbaycan öz xarici siyasətində balanslı və müstəqil yanaşmanı əsas götürərək, beynəlxalq hüququn fundamental prinsiplərinə, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipinə sadiqliyini qoruyur. Bu yanaşma Azərbaycan-Ukrayna münasibətlərinin də sağlam və davamlı əsaslar üzərində inkişaf etməsinə şərait yaradır. Beləliklə, Azərbaycan və Ukrayna arasında əlaqələr yalnız mövcud çağırışlara cavab verməklə kifayətlənmir, eyni zamanda gələcək əməkdaşlıq üçün də geniş perspektivlər açır. Humanitar sahəyə xüsusi diqqət yetirilməsi isə bu münasibətlərin daha dayanıqlı və insan mərkəzli xarakter almasına xidmət edir.

Politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, Azərbaycan və Ukrayna münasibətləri uzun illərdir dostluq və qarşılıqlı etimada əsaslanan sabit siyasi xətt üzərində inkişaf edir. Bu münasibətlərin əsas ideoloji dayaqlarından biri Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə tanımasıdır:

"Bu Bakının prinsipial siyasi yanaşmadır. Çünki Azərbaycan özü də beynəlxalq hüququn pozulması və ərazi bütövlüyünün uzunmüddətli şəkildə pozulması təcrübəsini yaşamış ölkədir və bu səbəbdən suverenlik məsələsinə həssas yanaşır. Prezident İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə mətbuata bəyanatında söyləyib ki, “Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək”. Məhz bu kontekst Azərbaycanın Ukrayna məsələsində mövqeyini daha ardıcıl və dəyişməz edir. Bakı üçün burada söhbət təkcə Ukraynaya simpatiyadan yox, beynəlxalq hüququn əsas prinsiplərinin qorunmasından gedir. Bu səbəbdən Azərbaycan açıq şəkildə Ukraynanın ərazi bütövlüyünün pozulmasını qəbul etmir və bunu siyasi ritorikasında da sabit şəkildə ifadə edir".

T. Rzayev bildirib ki, Azərbaycan Rusiya–Ukrayna müharibəsində özünü hərbi və ya siyasi bloklaşmanın tərəfi kimi təqdim etmir. Onun sözlərinə görə, Bakı münaqişəyə birbaşa müdaxilə etmir, hərbi komponentlərdən uzaq dayanır, lakin eyni zamanda Ukraynaya humanitar yardım göstərməklə öz mövqeyini praktiki şəkildə də ortaya qoyur: "Təsadüfi deyil ki, Volodimir Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanın yanaşması onu regionda nadir aktorlardan birinə çevirir. Çünki Bakı həm Rusiya ilə münasibətləri saxlayır, həm də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir. Bu model Azərbaycanı sadəcə müşahidəçi yox, gələcəkdə mümkün diplomatik platforma rolunu oynaya biləcək ölkə kimi ön plana çıxarır. İki ölkə münasibətlərində enerji və iqtisadi əməkdaşlıq isə siyasi xəttin real dayağını təşkil edir. Prezident İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə mətbuata bəyanatında bildirib ki, “Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər var, birgə layihələr var”.

SOCAR-ın Ukraynada fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri və ümumilikdə enerji sektorunda mövcudluğu iki ölkə münasibətlərini real iqtisadi əməkdaşlıq müstəvisinə daşıyır. Bu isə əlaqələrin uzunmüddətli və dayanıqlı xarakter daşıdığını göstərir".

Politoloq bildirib ki, bu gün Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında humanitar əməkdaşlıq mühüm istiqamətlərdən biri kimi çıxış edir: "Müharibədən zərər çəkmiş uşaqların və gənclərin reabilitasiyası, enerji infrastrukturu sahəsində dəstək, insanlararası əlaqələrin gücləndirilməsi və gələcəkdə bərpa-quruculuq sahəsində təcrübə mübadiləsi kimi təşəbbüslər iki ölkə arasında tərəfdaşlığın mahiyyətini daha da zənginləşdirir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Aprel 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri