Icma.az
close
up
RU
“Sülh istəyirik, amma suverenliyimizdən də imtina etməyəcəyik” Pakistanlı eskpert

“Sülh istəyirik, amma suverenliyimizdən də imtina etməyəcəyik” Pakistanlı eskpert

Metbuat saytına istinadən Icma.az xəbər verir.

“Hindistan tərəfindən həyata keçirilən, güc nümayişi kimi təqdim edilən bu hücum mülki infrastruktura, dini obyektlərə yönəlmiş qəddar bir addımdır. Bu hücum Cenevrə Konvensiyalarının açıq şəkildə pozulmasıdır. Çünki mülki ərazilərin, xüsusən də dini obyektlərin hədəf alınması beynəlxalq humanitar hüquqa ziddir. Bu cür hərəkətlər yalnız Pakistanın ərazi bütövlüyünü və suverenliyini pozmaqla kifayətlənmir, eyni zamanda BMT Nizamnaməsinin münaqişələrin sülh yolu ilə həllinə dair əsas prinsiplərinə və müharibə zamanı mülki şəxslərin qorunmasını nəzərdə tutan beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə qarşıdır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Pakistanın qlobal sülh müdafiəçisi, "Kəmər və Yol Təşəbbüsü ilə Davamlı İnkişaf" (BRISD) təşkilatının sədri Qaiser Nawab deyib.

O bildirib ki, Pakistan sülh istəyir, lakin suverenliyindən də imtina etməyəcək:

“Bu hadisələr Cənubi Asiyanın çox ehtiyac duyduğu birgə rifah, davamlı inkişaf və regional əməkdaşlıq ideallarından nə qədər uzaq olduğumuzu göstərir. Hər bir hava hücumu, hər bir mülki itki və hər bir gərginlik bizi bu məqsədlərdən daha da uzaqlaşdırır. Bu, sadəcə ərazi münaqişəsi deyil, ticarət, ətraf mühitin pisləşməsi və regiondakı gənclərin hərəkətliliyi kimi sahələrdə də hiss olunur. Hindistanın Çenab çayı üzərindəki Bağlihar Su Anbarı vasitəsilə su axınını dayandırmaq qərarı Pakistanın cənub bölgələrində ətraf mühit və insan təhlükəsizliyini daha da ağırlaşdırır. Hidroloqların fikrincə, bu cür su kəsintiləri Pəncab və Sind əyalətlərində 5 milyon hektardan çox əkin sahəsinə su verilməsini çətinləşdirə və minlərlə fermerin dolanışığını təhlükə altına sala bilər.

Bu cür su manipulyasiyası Hindistan və Pakistan arasında mövcud olan və uğurlu ikitərəfli su idarəçiliyinin nümunəsi sayılan İndus Sular Müqaviləsinin ruhuna ziddir. Suyu silaha çevirmək qeyri-etik olmaqla yanaşı, təhlükəlidir”.

Qaiser Nawab hesab edir ki, beynəlxalq təşkilatlar bu zorakılığı qınamalı və dərhal atəşkəsin təmin olunmasına yardım etməlidir:

“Biz tərəf seçməyə yox, sülhü seçməyə məcburuq. Beynəlxalq ictimaiyyətin susqunluğu daha ciddi pozuntular üçün cəsarət yaradır. Hələ gec deyil. Diplomatik əlaqələr – nə qədər çətin olsa da – davamlı yeganə həll yoludur. Gizli danışıqlar və etibarlı üçüncü tərəflərin neytral vasitəçiliyi bərpa olunmalı və dəstəklənməlidir. Eyni zamanda, vətəndaş cəmiyyəti təşkilatları, gənclər forumları və regional beyin mərkəzləri dialoqun qurulmasında gücləndirilməlidir.

Əgər Hindistan bu bölgədə həqiqətən lider olmaq istəyirsə, o zaman yetkinlikdə, məsuliyyətdə və diplomatiyada da lider olmalıdır. Cənubi Asiya dünya əhalisinin beşdə birinə ev sahibliyi edir. Biz keçmişin əsiri ola bilmərik. Qarşılıqlı hörmət, hüququn aliliyi və ortaq inkişaf prinsiplərinə əsaslanan gələcəyi qəbul etməyin zamanı gəlib”.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 08 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri