Icma.az
close
up
RU
Sülh istəyirik: Amma müharibəyə də hazırıq

Sülh istəyirik: Amma müharibəyə də hazırıq

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir.  O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və əminəm, bundan sonra da sülh şəraitində yaşayacaq”. 

Bu sözləri Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinə səfəri zamanı çıxış edərəkdən deyib.

Dövlətimizin qeyd ki, Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir:

“Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır”.

Prezident diqqətə çatdırıb ki, Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik:
“O bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür.  Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi.

2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq.

Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik”.

Göründüyü kimi, Prezident İlham Əliyev sülhün tərəfdarıdır. Azərbaycana qarşı olanlar, siyasətimizin əleyhinə gedənlər anlamalıdırlar ki, biz sülh istəyirik.
Lakin onlar qarşıdurma istəsələr, biz də adekvat cavab verəcəyik. Gücümüz də hamıya bəllidir. Rəsmi Bakı sülh istədiyini 8 avqustda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə keçirilən tarixi görüşdə də bir daha bütün dünyaya göstərdi. Yəni Azərbaycan həm müharibənin, həm də sülh dövrünün qalibidir. 

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan sülh tərəfdarıdır:

“Azərbaycan hətta Qarabağ və ətraf ərazilər işğal altında olan belə münaqişənin sülh yolu ilə həll olunması üçün danışıqlar aparırdı. Torpaqlarımızın danışıqlar vasitəsilə geri qaytarılmasını istəyirdik. Təəssüflər olsun ki, Ermənistan sülh prosesinə uyğun hərəkət etmədi.
Məhz 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi və torpaqlarımızı işğaldan azad etdik. Müharibədən sonra isə qalib tərəf olmağımıza rəğmən, sülh prosesini də biz başlatdıq”.

Partiya sədri əlavə edib ki, Ermənistan öz havadarlarının dəstəyi ilə aparılan sülh danışıqlarına əngəl olmaq istəyirdi:

“Lakin rəsmi İrəvan proseslərin gedişatında hər hansısa manevr imkanlarının olmadığını gördüyü üçün danışıqlar masasına oturdu. Nəticədə, tərəflər arasında 8 avqustda Ağ Evdə sülh müqaviləsi paraflandı.

Ümumiyyətlə, Azərbaycanın heç bir qonşusuna ərazi iddiası yoxdur. Biz regionda sülh və sabitlik içərisində yaşamaq istəyirik. Hətta dövlətimizin Ermənistanın indiyə qədər bir çox öhdəliyini yetirməməsinə də dözümlü yanaşıb.
 

Bunun özü də Azərbaycanın sülh siyasətinin tərəfdarı olduğunu göstərir. Bizim mövqeyimiz budur, amma ölkəmizə qarşı istənilən aqressiyanı da boğmağa hazırıq”.
Elmir Mustafa
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri