Icma.az
close
up
RU
ABŞ Suriyadan çıxır: Kim qazanacaq, kim nə itirəcək?

ABŞ Suriyadan çıxır: Kim qazanacaq, kim nə itirəcək?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Suriyadakı hərbi qüvvələrini azaldacağı və mərhələli şəkildə ölkədən çıxaracağı xəbəri artıq təsdiqlənib.

Aprelin 16-da ABŞ əsgərləri Deyr-əz-Zordakı böyük neft yataqlarını, Koniqo və Ömər bölgələrini tərk edib. Bu, sadəcə bir hərbi dəyişiklik deyil. Dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur.

İsrail isə bu vəziyyətdən narahatdır. Çünki amerikalılar gedərsə, bölgədə boşluq yaranacaq və böyük ehtimlla boşluğu Türkiyə dolduracaq. İsrail isə Türkiyənin Suriyada daha da güclənməsini istəmir. Elə bu səbəbdən israilli və türkiyəli rəsmilər son vaxtlar Azərbaycanda bir araya gəlib bu mövzunu müzakirə ediblər. 

İsrail açıq şəkildə bildirib ki, Suriyada yeni türk hərbi bazalarının yaradılması onların “qırmızı xəttidir”.

Bəs kürdlər? Uzun illər ABŞ-nin dəstəyinə arxalanan kürd qüvvələri indi çətin vəziyyətdədir. Amerikalılar çıxırsa, onları kim qoruyacaq?

Məhz buna görə də Suriya Demokratik Qüvvələri (SDQ) artıq rəsmi Dəməşqlə razılaşma imzalayıb. Suriya dövlətinə sığınıblar. Digər tərəfdən Vaşinqtonun Suriya rəhbərliyi ilə dolayısı danışıqlara başlamaq istədiyi də deyilir. Amma Tramp administrasiyası hələlik daha geniş siyasi dialoqa açıq görünmür.

Bunun əvəzində bir neçə şərt irəli sürüb: "Suriyada kimyəvi silahlar tam ləğv edilməlidir, terrorçularla mübarizə aparılmalıdır və 12 ildir itkin olan amerikalı jurnalist Ostin Tays tapılmalıdır".

Bəs ABŞ Suriyadan çəkilərsə, bölgədə nələr baş verəcək?

Bu barədə "Cebheinfo.az"-a danışan türkiyəli general, hərbi ekspert Yücel Karauz söyləyib ki, beynəlxalq münasibətlərdə yeni yaranan əlaqələr həm riskləri, həm də fürsətləri özündə ehtiva edir.

Onun sözlərinə görə, risk nə qədər yüksəkdirsə, fürsət də bir o qədər çoxdur:

"ABŞ əslində uzun illərdir Suriyada daha böyük hərbi güc saxlamır, bu Türkiyənin təhlükəsizliyinə ciddi bir risk yaratmır. Tramp hakimiyyətə gəldikdən sonra Suriyaya baxışı dəyişdi və əsas istiqamət isə Türkiyə olmalı idi. Hətta bu günə qədər Türkiyənin bu mövqeyə gəlməsində Trampın ciddi təsirləri olduğunu qeyd etmək olar.

Bu baxımdan, başda İŞİD-lə mübarizə olmaqla, Suriyanın sabitləşməsi prosesində Türkiyə öz üzərinə düşən vəzifə və rolları yerinə yetirəcək. ABŞ-nin Suriyadan çəkilməsi isə İranın bölgədə yenidən fəallaşmasına və bu kontekstdə Türkiyə ilə dialoqa girməsinə səbəb ola bilər".

O qeyd edib ki, Suriyada Türkiyə ilə Rusiyanın maraqları fərqlidir:

“Türkiyənin uğuru Moskva tərəfindən həzm olunmur. Rusiya hazırda Laskiyə və Tartusdakı hərbi bazalarını bağlayıb, lakin təxminən 40 ildir Suriyada varlığını davam etdirən, kəşfiyyat və güvənlik baxımından infrastrukturunu formalaşdırmış bir dövlətdir.

Nüsəyrilərin üstünlük təşkil etdiyi, keçmiş rejim tərəfdarlarının cəmləşdiyi bölgələrdə Rusiyanın təsiri artacaq. Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinin təsiri azaldıqca və ya atəşkəs əldə olunarsa, Rusiyanın Suriyadakı nüfuzu daha da arta bilər.

Çünki rusların tarixi olaraq "isti dənizlərə enmək" arzusu olub və bu kontekstdə Suriyada  konkret olaraq Aralıq dənizində əldə etdiyi üstünlüyü asanlıqla itirmək istəməyəcək. Hətta bu məsələni ABŞ ilə aparılan danışıqlarda da dilə gətirəcəyini düşünürəm.

Bu mənada Türkiyə hazırda Suriyada həyata keçirdiyi siyasətləri həm ABŞ, həm də Rusiya ilə koordinasiyalı şəkildə aparır. Amerikanın Suriyadan çıxması və Rusiyanın təsirinin artması Türkiyə üçün birbaşa təhlükə yaratmaz. 

Əgər PKK silahı yerə qoymasa, mövcud sistemə inteqrasiya etməsə və vahid Suriya ordusuna dəstək verməsə, bu Türkiyə üçün ciddi narahatlıq yaradan bir sahə olacaq.Türkiyənin də buna qarşı çıxması və bu məsələyə qarşı mübarizə aparması onun milli maraqlarına uyğundur".

Səbinə Uğur
"Cebheinfo.az"

Açar sözlər: ABŞ Suriya Yücel Karauz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Aprel 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri