Icma.az
close
up
RU
Sülh müqaviləsinin imzalanması gecikdikcə, Cənubi Qafqazda müxtəlif növ təxribatlar gözləniləndir

Sülh müqaviləsinin imzalanması gecikdikcə, Cənubi Qafqazda müxtəlif növ təxribatlar gözləniləndir

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycanın Gəncə hava limanından qalxan Türkiyəyə məxsus C-130 hərbi təyyarəsi qəzaya uğrayıb. Hərbi təyyarənin qəza görüntülərinə baxdığımız zaman xaricdən müdaxilə və ya təyyarənin daxilinə hansısa partlayıcının yerləşdirilməsi ön plana çıxır. Üçüncü variant isə, təyyarənin hansısa bir qüsur səbəbindən düşməsidir. Normal halda təyyarənin mühərriklərinin 4-ü də dayansa, bu şəkildə qəzaya uğramamalı idi. AZAL-a məxsus təyyarənin Qroznuda vurulduğu kimi təyyarə qəribə bir şəkildə birdən alovlanmağa başlayır və yerə düşür”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay bildirib ki, 10 noyabr atəşkəs razılaşmasının 5-ci ili tamam oldu, bunu sülhlə taclandırmamağın gərginliyi və sülh bağlanması yerinə Bakıda hərbi paradın keçirilməsi üzərinə bu hadisə olunca istər-istəməz fərqli sui-qəsd nəzəriyyəsi ağıla gəlir: “Biz 3 təyyarə - biri AZAL-a məxsus, digəri Suriya sərhəddində düşən hərbi təyyarə, bir də İran prezidenti İbrahim Rəisinin helikopterinin Azərbaycanda bir bənd açılışından sonra ölkəsinə dönərkən dağlıq bir ərazidə təyyarənin elektronik bir müdaxilə ilə vurulması hadisələri baş verdi. Biz bunun bir sui-qəsd olduğu barədə fikir bildirmişdik. Bu üç təyyarə üçbucağında Qafqazda baş verən hadisələrə baxdığımız zaman Türkiyə-Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması lazım idi. Bu günə qədər qalmamalı idi. Bir tərəfdən Türkiyə Azərbaycandakı hərbi tədbirlərə qatılarkən, digər tərəfdən Türkiyə sülh müqaviləsinin imzalanmasını arzulayırdı”.

Həsən Oqtay

Politoloq hesab edir ki, Gürcütsanla Türkiyə münasibətləri olduqca yaxşıdır və bu münasibətləri pozmaq istəyənlər Gürcüstan daxilindən bir əməliyyat həyata keçirə bilərlər: “Xəritəyə baxdığınız zaman araya Azərbaycan torpağı girdiyi üçün, təyyarənin qəzaya uğradığı yerlə Ermənistanın yerləşdiyi məkana nəzər yetirdiyiniz zaman Ermənistandan hansısa bir müdaxilənin edilməsi çətin görünür. Digər tərəfdən Rusiya torpaqları-Dağıstan üzərindən bir xarici əməliyyat həyata keçirilmiş ola bilər.Daxildən bir sui-qəsddirsə, bunun İbrahim Rəisinin təyyarəsinin düşməsi ilə birlikdə dəyərləndirimiz zaman bir İsrail əməliyyatı şəklində ifadə etmək mümkündür”.

Həsən Oqtay bu sadaladıqlarının sadəcə bir ehtimal olduğunu dilə gətirərək bildirib ki, bölgənin strateji olduğunu nəzərə alaraq, Rusiyanın kənarlaşdırılması və Rusiya və İran sanksiyaları nəzərə alınaraq, dünən Əhməd əş-Şaraa ilə Trampın görüşməsi, Türkiyə Xarici İşlər naziri Hakan Fidanın da bu görüşə qatılması bölgədə bir risk və ya təhlükə müddətinə girildiyini ifadə etmələri mümkündür.

Həsən Oqtay hesab edir ki, Cənubi Qafqazda sülh müqaviləsi yubandıqca, bu və buna bənzər hadisələr baş verəcək.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Noyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri