Icma.az
close
up
RU
SÜLH NİYƏ UZAQDADIR?

SÜLH NİYƏ UZAQDADIR?

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Nurəddin İSMAYIL

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzərində işin başa çatmasına və hər iki dövlət rəsmilərinin sülh sazişini imzalamağa hazır olduqlarını bəyan etməsinə baxmayaraq sülh sazişinin imzalanması məsələsi, Ermənistan hakimiyyətinin nala-mıxa vurma siyasəti nəticəsində uzanır.

Paşinyan və onun siyasi ətrafı Azərbaycan tərəfindən irəli sürülən şərtləri qəbul etdiklərini və və bu şərtlər daxilində sülh müqaviləsi bağlamağa hazır olduqlarını dilə gətirsələr də, bu şərtlərin əsas qisminin sülh sazişinin bağlanmasıından sorakı dövrdə reallaşa biləcəyini də gündəmdən çıxarmırlar. Azərbaycanın irəli sürdüyü üç əsas şərt - Minsk Qrupunun buraxılması, Azərbaycanla sərhədə montorinq aparan Avropa missiyasının ərazidən çıxarılması və Konstitusiyadan ərazi iddalarının qaldırılması şərtləri dəyişilməzdir və rəsmi Bakı sülh müqaviləsinin yalnız bu şərtlər daxilində bağlanmasında israrlıdır. Bu şərtlərdən əlavə Azərbaycanın əsas hisəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında nəqliyyat əlaqələrinin maneəsiz olaraq təmin edilməsi də sülh sazişində əksini tapacaq məsələdir. Rəsmi İrəvan bu şərtlərdən hələlik Minsk Qrupunun buraxılması ilə razılaşdığını, qalan iki şərtin zamanla həll edilə biləcəyinin mesajlarını verir. Konstitusiyada ediləcək dəyişikliklər Ermənistanda 2027-ci ildə keçiriləcək parlament seçkilərəndən sonrakı dövrə hesablandığı kimi, Avropa İttifaqı müşahidə missiyasının da ərazidən çıxarılması məsələsi Brüsselə verilən mandatın bitdiyi vaxta, yəni 2027-ci ilə təsadüf etməlidir.

Göründüyü kimi, Avropa ilə Rusiya arasında var-gəl etməklə vaxt udmağa çalışan Paşinyan üzdə sülh şərtləri ilə ralzılaşdığını bildirməklə beynəlxalq aləmdə özünün və ölkəsinin sülhsevər obrazını yaratmaqla yanaşı, bu manevlərlə Azərbaycana beynəlxalq təzyiq göstərməyi, sülh sazişinin Ermənistanın istəkləri çərçivəsində bağlanmasına nail olmağa cəhdləri də dayandırmır. Məhz bu nala-mıxa vurma siyasətinin nəticəsidir ki, 10 noyabr 2020-ci ildən bağlanan və Ermənistan üzrə bir sıra şərtlərlə yanaşı beynəlxalq kommunikasiya əalaqələrinə vəsilə olan Zəngəzur dəhlizinin açılması öhdəliyini qoyan üştərəfli sazişin şərtləri yerinə yetirilmir və Paşinyan sülhə yaxınlaşma məqamlarında bu şərtlərdən yayınmağa çalışır. Ölkə başçısı İ.Əliyevin Bakıda keçirilən qlobal forumda Ermənistanın etimadını itirmiş, güvənsiz, hər an beynəlxalq öhdəliklərdən yayınmağa meyilli dövlət olduğunu, bunun əksinə, Azərbaycanın bu və digər beynəlxalq məsələlərdə öhdəliklərinə sadiq dövlət kimi özünü təsdiq etdiyini forum iştirakçılarının diqqətinə çatdırması əbəs deyildi. Paşinyan hakimiyyəti sürətlə dəyişən geosiyasi şərtlər fonunda zamanın onun xeyrinə işləmədiyinin fərqindədir və o, yeni ABŞ administrasiyası ilə ondan yanıqlı olan Rusiyanın yaxınlaşması, ölkə daxilində revanşist qüvvələrin aktivləşməsi faktından narahatlıq duyaraq, nəyin bahasına olur-olsun, sülh sazişinin bağlanması istiqamətində cəhdlərini artırır. Bu baxımdan son günlər Paşinyanın ABŞ dövlət katibi M.Rubio ilə bir sıra beynəlxalq məsələlər, o cümlədən Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi, Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması sahəsində apardığı danışıqlar diqqət mərkəzindədir. ABŞ-nin iki ölkə arasında sülh sazişinin bağlanmasına təsir göstərməsi yeni administrasiyanın dünyada sülhsevər obrazının yaradılmasına xidmət etməklə Cənubi Qafqazda nüfuz dairəsinin genişlənməsi, NATO müttəfiqi olan Türkiyə ilə bu bölgədə birgə hərəkət etməklə Rusiyanın təsir gücünün zəiflədilməsi, Orta Asiya ilə yanaşı bu regionda da iqtisadi maraqlarının təmin edilməsi istəklərini ortaya qoyur.

Təbii ki, ABŞ-nin sülh sazişi mövzusunu ələ alma cəhdləri, Ermənistanla Azərbaycan arasında yaranmış münaqişənin baş müəllifi olan Rusiyanı və münaqişə başlandığ zamandan Ermənistanın arxasında duran İranı narahat etməyə bilməz. Rusiya Zəngəzur dəhlizinin açılacağı halda bu koridora nəzarət mexanizmini öz sərhəd təhlükəsizliyi xidmətinə verilməsini tələb etdiy halda, İran da bu dəhlizin açılmasını özünə təhlükə kimi qəbul edir və bu yolun İran ərazisindən keçməsini şərt kimi irəli sürür. Məhz sülh sazişinin İranın başı üstündən razıllaşdırılması cəhdləri onu narahat etdiyinə görədir ki, İrəvanla ən yüksək səviyyədə təmaslar artıb.

İranın xarici işlər naziri Abbas Əraqçi İrəvana son səfəri zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə bağlanmasını alqışlasa da, İranı Ermənistanla ümumi sərhəddən və ya birbaşa nəqliyyat əlaqəsindən məhrum edə biləcək dəhlizə qarşı olduqlarını açıq şəkildə dilə gətirib.

Göründüyü kimi, Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması yaxınlaşdıqca, xarici güclərin, xüsusilə də Cənubi Qafqazda nüfuz dairəsini itirən Rusiya və İranın işə müdaxiləsi nəticəsində sülh prosesinin əldə edilməsi çətinləşir. Hər bir halda iki ölkə arasında ikitərəfli danışıqlar nəticəsində, bu zaman kəsimində əldə edilən razılaşmalar, sazişə yaxınlaşma müsbət dəyərləndilməli və tərəflər sülh sazişi yolunda əngələ çevrilən maneələri dəf etməyi bacarmalıdır.

Bu işdə məğlub dövlət kimi Ermənistanın addımlarından çox şey asılı olacaq. Paşinyan hakimiyyəti anlamalıdır ki, 30 illik münaqişənin, axıdılan günahsız qanın, viranə qoyulmuş tarixi ərazilərimizin, pozulan beynəlxalq hüququn, deportasiyaların, əsirlərə verilən işgəncənin baiskarı və müəllifi Ermənistan və onun cani rəhbələridir.

Azərbaycana qalan isə, qarşı tərəfin nə qədər qanlı cinayətlər törətməsinə baxmayaraq, bölgədə sülhün və təhlükəsizliyin qorunması naminə, əvvəllər olduğu kimi indi də beynəlxalq hüququn prinsip və normalarına sadiqliyini nümayiş etdirməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Mart 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri