Icma.az
close
up
RU
Kəmalənin faciəsi təkrar olmasın XƏBƏRDARLIQ

Kəmalənin faciəsi təkrar olmasın XƏBƏRDARLIQ

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Binəqədi qəsəbəsində 13 yaşlı Kəmalə Məmmədzadənin müəmmalı ölümü cəmiyyətdə ciddi narahatlıq yaradıb. İlkin məlumatlara görə, yeniyetmə gecələr telefonunda qorxulu videolara baxırmış. Ailə üzvlərinin dediyinə görə, onun mobil telefonunda “Mavi Balina” adlı təhlükəli internet oyunu ilə bağlı izlərə bənzər qeydlər tapılıb.


Dünya üzrə onlarla uşağın həyatına son qoyduğu iddia edilən bu oyun bir çox ölkələrdə rəsmi şəkildə bloklanıb və cinayət tərkibli fəaliyyət kimi qiymətləndirilir. Lakin Azərbaycanda hələ də bu cür təhlükəli məzmunlara tam məhdudiyyət tətbiq olunmayıb. Hadisə yeniyetmələrin psixoloji həssaslığı, internetdə nəzarətsiz kontent istehlakı və valideyn nəzarətinin yetərsizliyi məsələlərini yenidən gündəmə gətirir.

Yeniyetməni bu cür təhlükəli oyunlara və “qorxulu kontentə” meyilləndirən psixoloji faktorlar hansılardır?

13 yaşlı bir uşaqda hansı davranış dəyişiklikləri valideynlər üçün “qırmızı siqnal” olmalıdır?

Hadisə ilə bağlı Tribuna.az-a açıqlama verən psixoloq Dilrubə Həsənova suallarımızı cavablayıb.

“Yeniyetməni təhlükəli oyunlara və qorxulu məzmunlu movzulara meyilləndirən psixoloji və sosial faktorlar

Bilirik ki yeniyetməlik uşaqların əsas inkişaf mərhələsidir və
tədqiqatlara görə, 12–16 yaşlarda beynin emosiyalara cavab verən hissəsi daha aktiv olsada məntiq və təhlükə analizi aparan hissə hələ tam formalaşmır.
Bu göre də bu yaşda uşaqlar riskləri qiymətləndirməkdə çətinlik çəkirlər.
Bu hal , yeniyetməni qorxulu davranışlara meylləndirən əsas bioloji faktlardan biridir.
“Bundan başqa bu yaşada uşaqlar həm də kimlik axtarışında olurlar
“Nədən qorxuram, nəyə cəsarətim çatır?”
kimi suallara cavab axtarır.
Bəzən “özünü cəsur göstərmək”, “həyatı sınamaq” və ya “qrup arasında öz yerini tapmaq” üçün çalışırlar.
Sosial psixologiyada bu davranışlar normal kimi qəbul olunur .
Demek olar çox yeniyetmə də bu cür davranışlara uyğunlaşmağa çalışır.
Bu uyğunlaşma davranışı emosional deyil, sosial qəbul olunma ehtiyacından yaranır. Çünki əks halda dostları arasında zəif görünə bilər .
Bu yaşda yeniyetmələrdə tənha qalma, emosional boşluq və ailə əlaqələrinin zəifləməsi halları müşahidə olunur.
Ailədaxili emosional dəstək az olanda artıq yeniyetmə
internetdə alternativ yollar axtarır , virtual qrupların təsirinə daha açıq olur və özünə qaranlıq, qorxulu, hiss yönümlü “emosional çıxış yolu” tapır.
Bu real həyatda alınmayanları virtual məkanda kompensasiya etmə cəhdi.
Məktəbdə təzyiqə məruz qalan,
özünü zəif, görünməz və ya dəyərsiz hiss edən
yeniyetmələr “daha güclü emosiyalar oyadan” vəziyyətlərə daha çox yönəlirlər.
Bu, bəzən öz gücünü hiss etmək və ya emosional boşluğu doldurmaq üçün olan davranışdır.
Nəzərə alsaq ki bu yaşda uşaqlar daha həssas olur
monotonluqdan tez darıxır,
daha güclü emosional stimul axtarmaq meili olur,
adi videolar onlara maraqsız gəlir və qorxulu səslənən isə daha “cəlbedici” görünür, çünki orda heyacan bolluğu yaşanır .
Sosial şəbəkələrdə bu cür emosiyaları yaşamağa kömək edir, algoritmlərin qorxulu videoları tez-tez təklif etməsi,
sensasiya və ekstremal mövzuların daha çox baxış yığması,
yeniyetmələrdə bu kontentlərin “maraqlı” kimi qavranmasına səbəb olur. Beləliklə yeniyetmələri dolayısıyla təsir altına salmaq asanlaşır”.

“13 yaşlı uşaqda valideynlər üçün “qırmızı siqnal” ola biləcək davranış dəyişiklikləri

Sayacagimiz əlamətlər ümumi risk göstəriciləridir. Heç biri təkbaşına təhlükəli deyil, amma birlikdə görünürsə valideyn diqqətli olmalıdır.
Məsələn:
Ailə ilə ünsiyyətdən qaçmaq
Dostlarla əlaqəni birdən-birə kəsmək
Həddindən artıq tənha qalmaq istəyi
Gecə saatlarında uzun müddət telefona baxmaq,
Səhər durmaqda çətinlik,
Yuxu keyfiyyətinin pisləşməsi.
Əsəbilik,
Səbəbsiz aqressiya,
Birdən-birə qapanma,
Hədsiz qorxu və ya təşviş halları.
Telefon ekranını anidən bağlamaq,
Parolları gizlətmək,
Telefon və internet istifadəsini izah etməmək.
Dərslərə marağın kəskin azalması,
diqqətin dağılması,
motivasiya itkisi.
Qaranlıqdan, səs-küydən, tək qalmaqdan həddən artıq narahat olmaq,
Qorxulu fantaziyalar və mövzulara yönəlmə.
Real fəaliyyətlərə marağın azalması,
yalnız virtual məkanda vaxt keçirmək istəyi,
gündəlik həyatda laqeydlik. Və s.”

“Bu hallardan biri çoxu varsa ne etmek olar.

Sakit qalın, uşaqı qınamayın, açıq danışmağa çalışın.

Telefon və internet istifadəsini anlaşaraq məhdudlaşdırmağa çalışın.
Hisslərini ifadə etməsi üçün rəsm, musiqi və ya digər yaradici kurslara getməsinə şərait yaradın
Sosial dəstək və hobbilərlə məşğul olmasına kömək edin.
Əgər kömək edə bilmirsizsə mütləq psixolojı dəstək alın. Bu cür hallarda adətən valideyinlərin üzərinə çox böyük məsuliyyət düşür və bu kimi bir çox hallarda yaranma səbəbi də valideyinlər olduğu üçün yaxşı olardı ki valideyinlər özləri də psixoloji dəstək alsınlar”.

Söhbətləşdi: Dəniz Pənahova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Dekabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri