Icma.az
close
up
RU
Ermənistanın sülh təklifi inandırıcı deyil

Ermənistanın sülh təklifi inandırıcı deyil

Icma.az, Reyting.az saytına istinadən bildirir.


“Azərbaycan ilə Ermənistan arasında sülh sazişi mətninin razılaşdırıldığını desələr də, bu, hələ sazişin imzalanması anlamına gəlmir. Azərbaycan dövlətinin Ermənistandan haqlı tələbləri var və bu tələblər həyata keçirilməyib. Nə Ermənistanın Konstitusiyası dəyişdirilərək Azərbaycana qarşı əsassız ərazi iddiasından imtina edilib, nə də vəd etdikləri Zəngəzur dəhlizi açılıb. Azərbaycan tərəfinin tələblərini dövlət baçısı İlham Əliyev dəfələrlə səsləndirib. Odur ki, indi Ermənistanın sülhdən danışması, hətta onu imzalamağa hazır olduqlarını bəyan etmələri inandırıcı deyil”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev səsləndirib.
Onun sözlərinə görə, beynəlxalq təcrübəyə əsasən sülh razılaşması üçün əvvəlcə İşçi Qrupun yaradılması uyğun görünür. Azərbaycan tərəfi isə belə bir qrup yaratmayıb:
“Bizim sərhədlərin delimitasiya və demorkasiyasını həyata keçirmək üçün İşçi Qrupumuz var. Amma sülh işlərini həyata keçirmək üçün tərəflərin belə bir heyəti yoxdur. İndi bizim müşahidə etdiyimiz bir növ “internet” və ya “gmail” diplomatiyasıdır. Bu ayrı məsələdir ki, erməni tərəfi bizim hər bir müsbət reaksiyamızdan dərhal yararlanmaq istəyir. Bu baxımdan ermənilər xarici işlər nazirimizin sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşmasını deməsindən də yararlanmağa cəhd edirlər. Amma dövlət başçısı İlham Əliyev Bakı Formunda çıxışı zamanı Azərbaycanın mövqeyini açıq və qəti şəkildə bəyan elədi”.
Professor bildirib ki, Ermənistan tərəfindən sülhə hazırlıq müşahidə edilməyib: “Ayrı-ayrı erməni rəsmiləri nəsə deyə bilərlər. Ancaq mən bu ölkədəki prosesləri müşahidə edirəm. Məsələn, bir neçə gün əvvəl baş nazir Paşinyan Türkiyə mediasının suallarını cavablandırıb. Onun çıxışlarında sülhə yaxın bir şey görmədim”.
C. Nuriyev qeyd edib ki, adətən sülh sazişi ilə bağlı ortaya qoyulan sənəd paraflanır:
“Məntiqlə Azərbaycan üçün sülh sazişinin hər bir səhifəsinin sağ tərəfində Azərbaycan dilində, Ermənistan üçün hər səhifənin sol tərəfində erməni dilində yazılır. Və sözsüz ki, hər səhifə imzalanır. Hələlik belə bir sənəd yoxdur. Olmayan sənədin imzalanması da real görünmür. Ən əsası, Ermənistan tərəfinin mövqeyində ciddi dəyişikliklər sezilmir, müsbətə doğru revanş müşahidə etmirik. Üstəlik, erməni təxribatı hələlik ortadadır”.
Professor sonda diqqətə çatdırıb ki, Ermənistan Bakıda məhkəməsi gedən erməni hərbi canilərini müdafiə edir, çoxsaylı dinc azərbaycanlının qətlində iştirak etmiş şəxslərə haqq qazandırır, əsir və itkin düşən soydaşlarımızla bağlı məsələdə əməkdaşlıq etmək istəmir. Bir sözlə, sülh sazişinin bir çox maddələri razılaşdırıla bilər, amma onu imzalamaq üçün razılaşma tam olmalıdır.
Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Mart 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri