Sülh prosesini alqışlayırıq Gürcü nazir
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Gürcüstan sülh prosesinin sürətini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını alqışlayır.
"Yeni Sabah" Gürcüstanın "Birinci Kanal"ına istinadla xəbər verir ki, bunu xarici işlər naziri Maka Bocorişvili bildirib.
O, ABŞ-nin Cənubi Qafqazda baş verən hadisələrdə iştirakına toxunub:
"Görürük ki, bizim regionda ABŞ Ermənistan və Azərbaycan arasında münaqişənin həlli prosesində fəal iştirak edir. Hazırda iki ölkə arasında müşahidə olunan və münasibətlərin normallaşmasına yönəlmiş sürəti alqışlayırıq".
Gürcüstanın xarici işlər naziri qeyd edib. Cənubi Qafqazın sülh və sabitliyə ehtiyacı olduğunu vurğulayıb:
"Orta Dəhlizdə rolumuz daha da əhəmiyyətli olarsa, bu, hamıya, xüsusən də ölkəmizə fayda verəcək. Biz bu prosesləri izləyirik və nəinki onları izləyirik, həm də iştirak edirik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 27 Noyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















