Icma.az
close
up
RU
Sülh reallıqları qəbul etməkdən başlayır ŞƏRH

Sülh reallıqları qəbul etməkdən başlayır ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11–12-də işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəri ölkəmizdə aparılan bərpa-quruculuq işlərinin, tarixi və dini irsin qorunması istiqamətində görülən tədbirlərin beynəlxalq ictimaiyyətə birbaşa təqdim olunması baxımından əhəmiyyətli hadisədir.
Səfər çərçivəsində diplomatların Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə tanış olması, müxtəlif tarixi və dini abidələri ziyarət etməsi Azərbaycanın bölgədə formalaşdırdığı yeni reallıqları yerində müşahidə etmək imkanı yaradıb. Belə səfərlər bölgədəki vəziyyət barədə obyektiv təsəvvürlərin formalaşmasına və beynəlxalq əlaqələrin inkişafına xidmət edir.
Lakin Ermənistan mediasında səfərlə bağlı yayılan bəzi materiallar göstərir ki, bu ölkənin müəyyən dairələrində Azərbaycanın yaratdığı yeni reallıqlara münasibət hələ də siyasi qarşıdurma və ittihamlar üzərində qurulur. Diplomatik nümayəndələrin Azərbaycanın suveren ərazisinə səfərinin siyasi manipulyasiya predmetinə çevrilməsi, tarixi məsələlərin birtərəfli təqdim olunması və xarici diplomatların hədəfə alınması konstruktiv yanaşma təsiri bağışlamır.
Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazisində suverenliyini tam bərpa edib. Bu reallıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı beynəlxalq hüququn əsas prinsipləri ilə uzlaşır.
Azərbaycanın ərazisində fəaliyyət göstərən diplomatik nümayəndələrin ölkənin müxtəlif bölgələrinə səfər etməsi onun daxili və suveren hüquqlarına aiddir. Bu səfərlərin Ermənistanın siyasi dairələrinin mövqeyindən asılı məsələ kimi təqdim edilməsi qəbuledilməzdir. Əksinə, diplomatların bölgəyə səfəri onların hadisələri və aparılan işləri yerində görməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tarixi və mədəni irs məsələsi də bu kontekstdə xüsusi diqqət tələb edir. Azərbaycan öz ərazisində yerləşən müxtəlif dini və mədəni abidələrin qorunmasına, bərpasına və gələcək nəsillərə çatdırılmasına məsuliyyətlə yanaşdığını bəyan edir. Gəncəsər və Xudavəng kimi tarixi-dini məkanlarla bağlı müzakirələrə yanaşarkən də irsin qorunması, elmi araşdırmalar və beynəlxalq hüququn prinsipləri əsas götürülməlidir.
Eyni zamanda, tarixi irslə bağlı müzakirələr yalnız bir istiqamətdə aparılmamalıdır. İndiki Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların yaratdığı tarixi-mədəni irsin taleyi də diqqətdən kənarda qalmamalıdır. Bu irsin müxtəlif dövrlərdə dağıdılması, dəyişdirilməsi və ya izlərinin silinməsi ilə bağlı məsələlərin araşdırılması tarixi ədalət və mədəni irsin qorunması baxımından əhəmiyyətlidir. Mədəni irsin qorunması bütün xalqların və dini icmaların irsinə eyni məsuliyyətlə yanaşmağı tələb edir.
1954-cü il Haaqa Konvensiyası mədəni sərvətlərin silahlı münaqişələr zamanı qorunması sahəsində mühüm beynəlxalq hüquqi çərçivə yaradır. Bu prinsiplər tarixi və dini abidələrin mənşəyindən asılı olmayaraq mühafizəsinin vacibliyini təsdiqləyir.
Azərbaycanın multikulturalizm və tolerantlıq siyasəti müxtəlif dinlərə və mədəniyyətlərə məxsus irsin qorunmasını da əhatə edir. Ölkəmizdə müxtəlif dini və mədəni abidələrin bərpası istiqamətində görülən işlər bu yanaşmanın praktiki ifadəsidir.
Bir tərəfdən sülh və normallaşmadan danışmaq, digər tərəfdən isə qarşıdurmanı dərinləşdirən, tarixi məsələləri siyasi alətə çevirən narrativləri dövriyyəyə buraxmaq ziddiyyətli yanaşmadır. Davamlı sülh yalnız yeni reallıqların qəbul edilməsi, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əməl olunması əsasında mümkündür.
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı reallıqlara hörmət edilməli, Qarabağ məsələsi siyasi manipulyasiya vasitəsinə çevrilməməlidir. Sülhə xidmət edən mövqe keçmişin qarşıdurma ritorikasını deyil, gələcəyin əməkdaşlıq imkanlarını əsas götürməlidir.
Neva Abdurahmanova

YAP Qusar rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri