Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Sülh, sabitlik, inkişaf

Sülh, sabitlik, inkişaf

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Paşinyanın son mesajları erməni cəmiyyətinə bunları vəd edir

Ermənistan Baş naziri Nikol Paşinyan son aylar etdiyi çıxışlarında sülh və əməkdaşlıq, bunun verəcəyi faydalar mövzusuna daha çox toxunur. Onun ritorikasında əvvəlki gərgin, qarşıdurmaya xidmət edən ifadələrin azalması müşahidə olunur. Paşinyan həm parlamentdə, həm də beynəlxalq tədbirlərdə dialoq və əməkdaşlıqdan danışaraq yeni siyasi xətt formalaşdırmaq istədiyini göstərir. Bu, xüsusilə regionda yaranmış yeni geosiyasi reallıqlar fonunda diqqət çəkir. 2025-ci il avqustun 8-də Vaşinqtonda iki ölkə arasında sülh sazişinin paraflanması və yekun sazişin imzalanmasının gündəmdə olduğu bir vaxtda belə çıxışlar təsadüfi sayıla bilməz. Paşinyanın yumşaq bəyanatları həm ictimai rəyi hazırlamaq, həm də beynəlxalq dairələrin etimadını qazanmaq məqsədi güdür. Bununla belə, cəmiyyətin müxtəlif təbəqələrində bu mövqeyə münasibət fərqli olaraq qalır. Bir tərəfdən sülh istəyi təqdir olunur, digər tərəfdən isə bu xəttin nə qədər davamlı olacağı barədə suallar açıq qalır.

Paşinyan Azərbaycanla sülhün daha da institusionallaşdırılması istiqamətində işləməyə sadiqliyini sentyabrın 17-də bir daha təsdiqləyib. Bu barədə Nikol “X” sosial şəbəkəsindəki səhifəsində ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda keçirilən üçtərəfli görüşlə bağlı paylaşımını şərh edərkən bildirib. “Azərbaycanla bu tarixi sazişin bağlanmasında vasitəçiliyinə görə Donald Trampa bir daha təşəkkürümü bildirirəm. Əvvəllər heç kim buna nail olmamışdı. Sülhün daha da institusionallaşdırılması və TRIPP-in (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi–S.H) həyata keçirilməsi işinə sadiq qaldığımı təsdiqləyirəm”, – deyə N.Paşinyan yazıb.

Qeyd edək ki, Azərbaycanla sülh prosesi ətrafında müzakirələr uzun müddətdir Ermənistanda cəmiyyətin, siyasi dairələrin və müxtəlif təsir qruplarının diqqət mərkəzindədir. Son illərdə, xüsusilə 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən və 2023-cü ilin birgünlük antiterror əməliyyatından sonra regionda yaranmış yeni reallıqlar fonunda bu müzakirələr daha kəskin xarakter alıb. N.Paşinyan hökuməti açıq şəkildə bildirir ki, Ermənistan yalnız sülh və normal qonşuluq münasibətləri vasitəsilə dövlətçiliyini qoruyub inkişaf etdirə bilər. O, dəfələrlə çıxışlarında regionda nəqliyyat kommunikasiyalarının açılması, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və Ermənistanın izolyasiyadan çıxmasının vacibliyini vurğulayıb. Bu, sülh tərəfdarlarının əsas arqumentlərindən biridir.

Lakin ölkədə bu yanaşmaya qarşı çıxan ciddi qüvvələr də mövcuddur. Ənənəvi revanşist düşərgə, xüsusilə Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun” başda olmaqla müxalifət partiyaları, Serj Sarkisyan və Robert Koçaryanın tərəfdarları, həmçinin Erməni Apostol Kilsəsinə yaxın dairələr Paşinyanın xəttini ölkənin milli maraqlarına zidd hesab edirlər. Onlar iddia edirlər ki, sülh sazişinin imzalanması Ermənistanı daha zəif, daha kövrək vəziyyətə salacaq və Azərbaycan qarşısında birtərəfli güzəştlərə gətirib çıxaracaq. Həmin qüvvələr ictimaiyyət arasında qorxu, etimadsızlıq və müqavimət ovqatını gücləndirməyə çalışırlar.

Digər tərəfdən, Ermənistan cəmiyyətində sülhün əhəmiyyətini anlayan və dəstəkləyən kəsim də az deyil. Bu qrup əsasən gənc nəslin nümayəndələrindən, müasir fikirli biznes dairələrindən və inteqrasiya tərəfdarı yaşlı insanlardan ibarətdir. Onlar hesab edirlər ki, uzunmüddətli münaqişə ölkəni tükəndirib, iqtisadi inkişaf imkanlarını məhdudlaşdırıb və kütləvi miqrasiyaya səbəb olub. Ona görə də Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistana yeni imkanlar aça, investisiya mühitini yaxşılaşdıra, regiondakı nəqliyyat və enerji layihələrində iştirakına şərait yarada bilər.

Ermənistanın xarici tərəfdaşlarının mövqeyi də daxildə balans yaranmasında mühüm rol oynayır. Avropa İttifaqı və ABŞ açıq şəkildə sülh sazişinin imzalanmasını dəstəkləyir və bu prosesi Cənubi Qafqazda sabitliyin açarı hesab edirlər. Rusiya isə əksinə, prosesin onun maraqları çərçivəsində getməsini istəyir. İrəvanın Qərbə yönələn siyasəti Moskva ilə münasibətlərdə gərginlik yaradıb. Bu qarşıdurma Ermənistan daxilində də müxtəlif təmayüllərin güclənməsinə səbəb olur.

Bu prosesdə xaricdəki erməni diasporunun mövqeyi də diqqəti cəlb edir. Xüsusilə ABŞ, Fransa, Rusiya və Yaxın Şərqdə yaşayan ermənilər ölkənin həm iqtisadi, həm də ideoloji dayaqlarından biri kimi çıxış ediblər. Azərbaycanla sülh prosesinə münasibətdə isə diaspor daxilində vahid mövqe yoxdur. Əksinə, bu məsələ ətrafında ciddi parçalanma və fikir ayrılığı müşahidə olunur. Ənənəvi olaraq diasporun aparıcı təşkilatları, xüsusilə də ABŞ və Fransadakı erməni lobbisi Ermənistan rəhbərliyinin sülh addımlarını tənqid edir. Onlar iddia edirlər ki, Azərbaycanla saziş bağlamaq “tarixi torpaqlardan imtina” və “erməni kimliyinə zərbə” deməkdir. Bu təşkilatlar həm ictimai rəyin formalaşmasına, həm də Qərb parlamentlərində anti-Azərbaycan qətnamələrinin qəbuluna çalışırlar. Beləliklə, diasporun bu qanadı Paşinyanın xəttini zəiflətməyə yönəlmiş təzyiq aləti kimi çıxış edir. Lakin eyni zamanda, daha praqmatik düşünən diaspor nümayəndələri də var. Onlar hesab edirlər ki, Ermənistanın davamlı müharibə vəziyyətində qalması nə dövlətə, nə də diasporun özünə fayda gətirir. Əksinə, sülh imkanı Ermənistanı iqtisadi cəhətdən gücləndirə və ölkə ilə diaspor arasında yeni əməkdaşlıq layihələrinin başlanmasına şərait yarada bilər. Bu qrup daha çox gənc nəsli, eləcə də biznes dairələrini əhatə edir. Diasporun parçalanmış mövqeyi Ermənistanın daxili siyasətinə də birbaşa təsir edir. Sülh tərəfdarı hökumət beynəlxalq aləmdə dəstək axtararkən, mühafizəkar diaspor təşkilatları köhnə şüarlarla çıxış edir. Bu isə həm İrəvanın manevr imkanlarını daraldır, həm də diasporun öz nüfuzuna mənfi təsir göstərir. Beləliklə, xaricdəki erməni diasporu Ermənistan üçün həm resurs, həm də problem mənbəyidir. Onun bir hissəsi sülh yolunu strateji zərurət kimi qəbul etsə də, digərləri hələ də revanşist ritorikadan əl çəkmir. Bu yanaşma gələcəkdə Ermənistanın sülh sazişi ətrafında atacağı addımlara birbaşa təsir göstərəcək.

Bütün bunlara baxmayaraq, ekspertlər hesab edirlər ki, sülhün Ermənistana gətirəcəyi faydalar inkarolunmazdır. İlk növbədə, dövlət sərhədlərinin tanınması və sabitlik xarici investorların ölkəyə marağını artıra bilər. İkinci mühüm məqam isə Ermənistanın regional layihələrə qoşulmaqla uzun illərdir itirdiyi iqtisadi dividendləri qazanmaq imkanıdır. Bundan əlavə, qonşu ölkələrlə normal münasibətlərin qurulması erməni gənclərinin ölkədən kütləvi şəkildə köçməsinin qarşısını qismən ala bilər. Bu isə dövlətin gələcəyi üçün həyati əhəmiyyət kəsb edən amildir.

* * *

Belə mürəkkəb geosiyasi konfiqurasiya fonunda Ermənistan Baş nazirinin “X”dəki sonuncu paylaşımı onun Azərbaycanla sülh prosesinə münasibətdə ardıcıllığını bir daha nümayiş etdirdi. Paşinyanın Prezident Donald Trampın vasitəçiliyinə təşəkkür etməsi, əslində, Ermənistan diplomatiyasının Qərbə yönələn xəttini möhkəmləndirmək niyyətindən xəbər verir. O, sülhün institusionallaşdırılması anlayışını qabartmaqla imzalanmış sazişin yalnız kağız üzərində qalmayacağını, dövlət strukturlarının və hüquqi mexanizmlərin dəstəyi ilə uzunmüddətli formata çevriləcəyini vurğulayır. Bu, həm beynəlxalq tərəfdaşlara, həm də Ermənistan cəmiyyətinə ünvanlanan siyasi mesajdır.

Paşinyanın TRIPP (Zəngəzur dəhlizi) layihəsini xüsusi qeyd etməsi də diqqətəlayiqdir. Çünki dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin reallaşdırılması təkcə regional nəqliyyat məsələsi deyil, həm də ölkənin iqtisadi inteqrasiyasına açılan qapıdır. İllərlə izolyasiya şəraitində yaşayan Ermənistan üçün bu dəhliz real inkişaf şansı yaradır. Hökumət rəhbəri bununla göstərməyə çalışır ki, sülh yalnız siyasi sabitlik deyil, həm də konkret iqtisadi dividendlər deməkdir. Bununla belə əminlikə qeyd etmək olar ki, Paşinyanın açıqlaması daxildə birmənalı qarşılanmayacaq. Müxalif dairələr, xüsusilə revanşist qüvvələr Zəngəzur mövzusunu “milli təhlükəsizlik” məsələsi kimi təqdim edərək müqavimət göstərirlər. Lakin Paşinyan öz paylaşımında keçmiş davakar ritorikaya qayıtmaq niyyətində olmadığını açıq göstərir. Onun Trampa təşəkkürü həm də Qərbin dəstəyinə arxalanaraq daxili təzyiqlərə qarşı dayanıqlılıq nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilər. Nəticə etibarilə Paşinyanın bəyanatı onun sülh prosesində yeni mərhələyə hazır olduğunu göstərir. Nikol daha təkcə diplomatik sənəd imzalamaqdan deyil, bu sənədi hüquqi-siyasi sistemin bir parçasına çevirməkdən danışır. Bu isə bölgədə sabitliyin davamlı olması üçün vacib addımdır. Ermənistan üçün seçim aydındır: ya institusional sülh, ya da qeyri-müəyyənlik və böhran. Paşinyan açıq şəkildə birincini seçdiyini bəyan edir.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see426

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see393

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see377

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see335

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see326

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see270

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see220

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see218

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see212

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see211

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see200

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see200

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see198

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see190

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see187

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see185

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see182

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see178

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see166

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri