Icma.az
close
up
RU
Sülh, sabitlik və inkişaf yolu

Sülh, sabitlik və inkişaf yolu

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

XX əsrin sonlarında müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan böyük tarixi sınaqlarla üz-üzə qaldı. 1990-cı illərin əvvəlləri Azərbaycan üçün olduqca ağır sınaqlar dövrü idi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilir, ölkə daxilində siyasi qarşıdurmalar dərinləşir, iqtisadi böhran və anarxiya müstəqilliyimizi təhlükə altına alırdı. Dövlət institutları dağılmaq, xalq isə öz gələcəyinə inamını itirmək həddinə çatmışdı.
1991-ci ildə elan olunmuş istiqlal ilk baxışdan xalqın əsrlər boyu arzuladığı azadlığa qovuşması kimi görünsə də, daxildəki siyasi böhranlar, vətəndaş qarşıdurması, iqtisadi tənəzzül və torpaq itkiləri müstəqilliyi ciddi təhlükə altına salmışdı. Belə bir mürəkkəb zamanda Azərbaycan cəmiyyətinin yeganə ümid ünvanı Heydər Əliyev oldu.
Dövlətçiliyin süqut təhlükəsi yarandığı bir zamanda xalqın təkidli tələbi ilə Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı və Azərbaycan tarixində yeni bir mərhələ başladı. 1993-cü ilin iyununda baş verən siyasi böhran Azərbaycanın müstəqilliyini itirmək həddinə gətirmişdi. Dövlət idarəçiliyində xaos, separatçılıq meylləri, torpaqların işğalı, iqtisadi fəlakət və mərkəzdənqaçma meylləri ölkəni uçuruma aparırdı. Məhz bu ağır tarixi anda xalq Heydər Əliyevi xilaskar lider kimi Bakıya dəvət etdi. Onun hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin süqutunun qarşısını aldı, xaosa son qoydu və müstəqilliyi qoruyub saxladı.
Azərbaycan tarixində elə günlər var ki, onların siyasi və milli əhəmiyyəti yalnız bir dövr üçün deyil, gələcək nəsillər üçün də örnək və dərsdir. 1993-cü il 3 oktyabr tarixi də məhz belə günlərdən biridir. Bu gün xalqın böyük etimadı ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və ölkənin müasir dövlətçilik tarixində yeni mərhələnin əsası qoyuldu.
1993-cü il 3 oktyabrda keçirilən prezident seçkilərində Heydər Əliyevin qələbəsi yalnız siyasi uğur deyildi, həm də xalqın öz dövlətini qorumaq, müstəqilliyini itirməmək iradəsinin ifadəsi idi. Azərbaycan xalqı həmin gün sabitlik, təhlükəsizlik və inkişaf naminə öz liderinə sarsılmaz etimad göstərdi.
Dövlətçilikdə dönüş nöqtəsi Heydər Əliyevin Prezident seçilməsi ilə başladı. Ölkədə siyasi sabitlik təmin olundu, dövlət institutları möhkəmləndi, beynəlxalq münasibətlərdə balanslı və praqmatik kurs formalaşdı, Azərbaycanın gələcək inkişafını müəyyənləşdirən neft strategiyası reallaşdırıldı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsası qoyuldu.
Məhz 3 oktyabrdan sonra Azərbaycan müstəqilliyini qoruyub saxlaya bildi, zəif və dağılmaq təhlükəsində olan dövlətdən regionun aparıcı və nüfuzlu ölkəsinə çevrilməyə doğru möhkəm addımlar atdı. Bu gün biz 3 oktyabrı sadəcə bir seçki tarixi kimi deyil, Azərbaycanın dövlətçilik tarixində dönüş günü, milli iradənin təntənəsi kimi dəyərləndiririk. Heydər Əliyev o gün Prezident seçilməklə, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi və gələcəyə doğru strateji yol xəritəsini müəyyənləşdirdi.
Müstəqilliyin qorunması və dövlətçilik təməllərinin möhkəmləndirilməsini fəaliyyəti dövründə prioritet edən ulu öndər Heydər Əliyev ilk növbədə ölkədə sabitliyin bərpasını təmin etdi. Daxili çəkişmələr dayandırıldı, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. 1994-cü ilin “Əsrin müqaviləsi” isə Azərbaycanın iqtisadi gələcəyini təmin etməklə yanaşı, müstəqilliyin möhkəmlənməsi üçün siyasi təminat rolunu oynadı.
Ulu Öndər yaxşı anlayırdı ki, müstəqilliyi qorumaq üçün güclü dövlət qurumları, sabit siyasi sistem və iqtisadi inkişaf lazımdır. Buna görə də Konstitusiya islahatları həyata keçirildi, hüquqi dövlət quruculuğuna başlanıldı, dövlət institutları formalaşdırıldı.
Ümummilli Lider Heydər Əliyevin siyasi portreti Azərbaycan tarixində xüsusi bir fenomen kimi qiymətləndirilir. Onun dövlət idarəçiliyi yalnız fövqəladə idarəçilik qabiliyyəti ilə deyil, həm də milli ideologiya – azərbaycançılıq prinsipləri ilə seçilirdi. Azərbaycançılıq ölkənin milli həmrəyliyinin, dövlət müstəqilliyinin və xalqın milli kimliyinin əsas dayağına çevrildi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun əsas məqsədi sabit, güclü və müasir Azərbaycan dövləti yaratmaq idi. Bu istiqamətdə o, həm siyasi, həm iqtisadi, həm də ideoloji sahədə davamlı addımlar atdı. Xüsusilə gənc nəsildə milli özünüdərk və dövlətçilik ruhunun güclənməsi üçün təhsil, mədəniyyət və ictimai-siyasi həyatda dərin islahatlar həyata keçirdi.
Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin uzaqgörən xarici siyasəti Azərbaycanın beynəlxalq aləmdə müstəqil dövlət kimi tanınmasını və mövqeyinin möhkəmlənməsini təmin etdi. Onun “neft strategiyası” yalnız iqtisadi inkişaf planı deyildi, həm də siyasi kurs idi. “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq enerji xəritəsinə çıxışını təmin etdi, ölkəni dünya güclərinin maraq dairəsinə daxil etdi və təhlükəsizlik zəmanəti yaratdı.
Azərbaycanın beynəlxalq təşkilatlara qoşulması, balanslaşdırılmış siyasət yürüdülməsi və qonşu dövlətlərlə münasibətlərin tənzimlənməsi müstəqilliyin qorunmasında həlledici rol oynadı. Dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik fəlsəfəsi bir çox çıxışlarında öz əksini tapmışdır. Onun “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” fikri bu gün də xalqın milli ideya yolunu işıqlandırır. O, dəfələrlə vurğulayırdı ki, dövlət müstəqilliyi sadəcə siyasi akt deyil, həm də xalqın tarixi qüruru, milli kimliyi və gələcək nəsillərə ən böyük mirasıdır.
Ümummilli lider Heydər Əliyev yalnız bir siyasi xadim deyil, həm də müasir Azərbaycanın banisi, müstəqilliyin xilaskarı və möhkəmləndiricisidir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi süqut təhlükəsindən xilas oldu, sabitlik və inkişaf yoluna qədəm qoydu. Bu gün müstəqil Azərbaycan dövləti möhkəm təməllər üzərində inkişaf edirsə, bu, ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik məktəbinin bəhrəsidir. Onun siyasi irsi və dövlətçilik fəlsəfəsi Azərbaycan xalqının müstəqilliyini qorumaq və gələcəyə inamla addımlamaq üçün ən etibarlı yol xəritəsidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri