Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Sülh sazişi 2026 cı ilin sonunadək İMZALANA BİLƏR

Sülh sazişi 2026 cı ilin sonunadək İMZALANA BİLƏR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda imzaladığı Birgə Bəyannamə Cənubi Qafqazda uzun illər davam edən münaqişəyə son qoymaq istiqamətində tarixi addım kimi qiymətləndirilir. Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə olunan razılaşma regionda yeni siyasi və iqtisadi imkanlar yaradır.

Modern.az-ın məlumatına görə, bu barədə "Foreign Policy" jurnalında dərc olunan məqalədə bildirilib. Məqalənin müəllifi ABŞ Milli Müdafiə Universitetinin Strateji Tədqiqatlar İnstitutunun araşdırmaçısı Ceffri Mankoffdir.

O yazır ki, razılaşma yalnız Bakı və İrəvan üçün deyil, bütün Cənubi Qafqaz üçün dönüş nöqtəsidir. ABŞ uzun müddətdən sonra postsovet məkanında ən böyük diplomatik təşəbbüslərindən birinə imza ataraq bölgəyə qayıdışını nümayiş etdirdi.

Mankoff hesab edir ki, Azərbaycanın 2020-ci ildəki hərbi qələbəsi və 2023-cü ildə Qarabağın tam azad edilməsi yeni reallıq yaratdı. Paşinyan bu məğlubiyyət fonunda sülhün zəruriliyini qəbul etdi, Bakı isə üstün mövqeyindən çıxış edərək daha sərt şərtlər irəli sürdü. Sazişə görə, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, sərhədlərin müəyyənləşdirilməsi və diplomatik münasibətlərin qurulması nəzərdə tutulur.

Ən mübahisəli məqam Naxçıvana gedən dəhliz ilə bağlıdır. Azərbaycan bu yolun maneəsiz açılmasını tələb edir, Ermənistan isə suverenliyinə təhlükə yarada biləcək xarici hərbi nəzarətə qarşı çıxır. ABŞ diplomatiyasının əsas yeniliyi dəhlizin inkişaf hüquqlarının eksklüziv olaraq Vaşinqtona verilməsi təklifidir. Digər mühüm məsələ Ermənistan Konstitusiyasına dəyişikliklərdir.

Razılaşma hər iki ölkə üçün mühüm faydalar vəd edir. Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq əldə edərək enerji və infrastruktur layihələrinə sərmayə cəlb edə, həmçinin müdafiə sahəsində məhdudiyyətlərin aradan qalxmasına nail ola bilər. Ermənistan isə uzun illərdir bağlı olan sərhədlərin açılması, Türkiyə ilə normallaşma və regional ticarət şəbəkələrinə qoşulmaq imkanı qazanır. Bu proses “Orta Dəhliz” layihəsini gücləndirərək regionu Avropa və Asiya arasında strateji körpüyə çevirə bilər.

Bununla belə, risklər də az deyil. Ermənistanda siyasi qeyri-sabitlik və çevriliş cəhdləri, Rusiyanın və İranın kəskin narazılığı, habelə ictimai etimadın zəifliyi sülh prosesini çətinləşdirir. Moskva artıq Ukraynada Azərbaycan şirkətlərinə məxsus obyektlərə hücum etməklə xəbərdarlıq edib, İran isə ABŞ-ın bölgədə möhkəmlənməsini açıq şəkildə rədd edir.

Müəllifin qənaətinə görə, bütün risklərə baxmayaraq, bu sənəd Cənubi Qafqazda yeni dövrün başlanğıcını simvolizə edir. Bu addım yalnız siyasi liderlərin cəsarətini deyil, həm də ABŞ və Fransanın diplomatik səylərini əks etdirir. Onilliklərdir davam edən münaqişənin sonlanması, regionun inteqrasiyası və beynəlxalq güclərin maraqlarının yenidən formalaşması Cənubi Qafqaz üçün yeni perspektivlər açır.

Mankoff yazır ki, Vaşinqtonda imzalanan çərçivə razılaşması hələ yekun sülh sənədi deyil. ABŞ administrasiyası bu ilkin sazişin gələcəkdə tam sülh müqaviləsinə çevriləcəyini gözləyir.

Məqalədə göstərilir ki, Tramp administrasiyası 2026-cı ilin sonuna qədər yekun sülh sazişinin imzalanıb ratifikasiya olunacağına ümid edir. Yəni 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan sənəd yalnız çərçivə razılaşmasıdır, əsas sülh sazişinin isə 2026-cı ildə rəsmiləşdirilməsi planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Avqust 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri