Icma.az
close
up
RU
Sülh sazişi mətninin paraflanması mühüm hüquqi addımdır

Sülh sazişi mətninin paraflanması mühüm hüquqi addımdır

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Qarabağ münaqişəsi hərbi-siyasi yolla həll edildikdən sonra Azərbaycan regionda təhlükəsizlik rejiminin formalaşması üçün öz mövqeyini ortaya qoydu və qalib dövlət olmasına rəğmən, beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə əsaslanaraq böyük sülh sazişinin bağlanması təklifini irəli sürdü. Ermənistan bu məsələdə qeyri-konstruktiv mövqe tutaraq, saziş layihəsinə Qarabağla əlaqədar məsələni daxil etmək istəyirdi, ancaq Azərbaycan tərəfinin qəti mövqeyi ondan ibarət idi ki, bu bizim daxili işimizdir və heç bir halda dövlətlərararası müqavilənin predmeti ola bilməz. Yalnız 2023-cü ilin lokal anti-terror əməliyyatından sonra Ermənistan bu yanaşma ilə razılaşmalı oldu və ikitərflı Sazişin müddəalarına dair razılıq əldə edildi.  

Tarixi əhəmiyyətli növbəti mühüm addım Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin cari ilin 8 avqustunda Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması  olmuşdur. Bəyannamənin 1-ci maddəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətni xarici işlər nazirləri tərəfindən ABŞ Prezidentinin iştirakı ilə paraflanmışdır və eyni zamanda, Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin vacibliyi, iki dövlət arasında sülhün təmin edilməsinin  və gücləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Nəzərə almaq lazımdır ki, paraflanma beynəlxalq hüquqi termindir və onun tövsifini  vermək üçün “Müqavilələr hüququ haqqında” 23 may 1969-cu il tarixli Vyana Konvensiyasına müraciət etmək lazımdır. Azərbaycan Respublikası həmin Konvensiyaya 2 oktyabr 2017-ci il tarixində qoşulmuşdir.

Xatırlatmaq lazımdır ki, Konvensiyanın 12-ci maddəsi “İmzalama yolu ilə müqavilənin məcburiliyinə razılıq” adlanır və həmin maddənin 2-ci hissəsində ağaşıdakılar nəzərdə tutulur:

Həmçinin oxuyun:

Bakıda gözlənti: Pezeşkian Pakistana buna görə gedib – İmran Xalid şifrələri açır

birincisi, danışıqlarda iştirak edən dövlətlərin bu cür razılığa gəldiyi müəyyən olunduğu təqdirdə, mətnin paraflanması müqavilənin imzalanması hesab olunur;

ikincisi, dövlətin nümayəndəsi tərəfindən müqavilənin ad referendum imzalanması həmin dövlət tərəfindən təsdiq edildiyi təqdirdə, müqavilənin yekun imzalanması hesab olunur. Latın termini olan ad referendum, yəni təsdiq olunana qədər, təsdiq olunma şərti ilə anlamına gəlir və ad referendum imzalanma dövlətin təmsilçisi tərəfindən beynəlxaql müqavilənin şərti imzalanmasıdır.

Beynəlxalq müqavillələr hüququnda paraflanma həmçinin müqavilənin mətninin razılaşdırılması və onun yekun xarakteri daşımasını təsdiq edən müvafiq səlahiyyətli şəxslər tərəfindən ilkin imzalanması prosedurudur. Paraflanma bir çox hallarda beynəlxalq müqavilə mətninin autentikliyini, yəni rəsmi dövlət dilində olan mətnlərin eyniliyini  də təsdiq edir. Bu prosedur əsasən danışıqların yekunlaşdığını və tərəflərin razılaşdırdığı mətnin artıq imzalanmağa hazır olduğunu təsdiqləyir.

Birmənalı olaraq qeyd edilməlidir ki, Vaşinqtonda paraflanan saziş Cənubi Qafqaz regionuna uzunmüddətli sülh gətirir. Təəssüf ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı açıq-aşkar ərazi iddialarının yer alması sazişin yekun imzalanmasına və onun parlamentlər tərəfindən ratifikasiya olunmasına imkan vermədi, ancaq bu hüquqi maneə aradan qaldırıldıqdan sonra sülh sazişi istənilən vaxt imzalana bilər. Əgər Ermənistanın həqiqi niyyəti bölgədə sülhün bərqərar olunmasıdırsa, təxirə salınmadan Konstitusiyasında müvafiq dəyişikliləri etməlidir.

Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü,
hüquq elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Avqust 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri