Icma.az
close
up
RU
Sülh sazişi paraflandı: Rusiya və İran hansı addımları ata bilər? (ŞƏRH)

Sülh sazişi paraflandı: Rusiya və İran hansı addımları ata bilər? (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, dünən ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması mərasimi reallaşdı. Bu hadisə bölgədə yeni situsiyanın yaranması ilə yanaşı, Azərbaycan və Ermənistan arasında 30 il davam edən qanlı savaşın yekunlaşması kimi dəyərləndirilir. 44 günlük savaşda qələbə qazanan Azərbaycan bu dəfə diplomatik müstəvidə böyük uğur əldə edə bildi.

İndi çoxlarını bir sual düşündürür: İran və Rusiyanın məsələyə münasibəti necə olacaq? Aydın məsələdir ki, hər iki ölkə bu prosesdən məmnun deyil. Bəs, belə olan halda İran və Rusiya Azərbaycanla Ermənistan arasında sülh anlaşmasını pozmaq və Zəngəzur dəhlizinin ləğvi üçün hansı addımları ata bilər? 

Məsələni Qaynarinfo-ya şərh edən siyasi şərhçi Fikrət Fəraməzoğlu bildirib ki, İran Zəngəzur dəhlizinə birmənalı olaraq qarşıdır:

"Tehran bunu özünün ərazi bütövlüyünə təhdid kimi görür. İran hesab edir ki, dəhliz açılarsa, onun Qara dənizə və Avropaya "yeganə" çıxış yolu bağlanacaq".

Ekspert qeyd edir ki, İranın bu yanaşması bəhanədən başqa bir şey deyil:

"Əslində, bu, bəhanədir. İran həqiqətən də Orta Dəhlizin açılmasından sonra özünün geosiyasi əhəmiyyətini itirmək riski üz-üzə qalacaq. İranın yalnız Zəngəzur dəhlizinə deyil, eləcə Əfqanıstan və Pakistanı Qərblə birləşdirəcək Lazur dəhlizi məsələsinə qarşı çıxması da buna görədir. Çünki bütün bu yollar vahid dəhlizə birləşməklə, İranın logistik mərkəz ölkəsindən, ikinci dərəcəli ölkəyə çevirəcək. Eyni zamanda, İran Yaxın Şərdəki jandarm funksiyasını, Orta Asiya yüklərinin okean vasitəsi ilə daşınması imkanlarından məhrum olacaq. Bunu bildiyindən hər vəchlə prosesi əngəlləmək istəyir. Elə təlaşı və təhdid dilini işə salması da bununla bağlıdır".

Fikrət Fəraməzoğlu vurğulayıb ki, SEPAH-a bağlı ekspert və dairələr son günlər açıq şəkildə Zəngəzur dəhlizini önləmək üçün İranın hərbi vasitələrə əl ata biləcəyini dilə gətirirlər:

"Lakin indiki şəraitdə İranın belə bir avanturaya getməsi real görünmür. Çünki aqibətinin fəlakətli olacağını da hesablamamış deyil. Bu, böyük ehtimalla qorxutmaq məqsədi daşıyır. Lakin analoji şeyləri Azərbaycan və ya Ermənistanda təxribat törədə biləcəyi məsələsində demək mümkün deyil. Yəni, İran bu iki ölkədə istənilən təxribata əl ata bilər".


Siyasi şərhçi hesab edir ki, əgər İran belə bir şeyə əl atarsa, daha çox Azərbaycanın üzərində köklənə bilər:

"Çünki İran Zəngəzur dəhlizinin açılması məsələsində Bakını "günahkar" bilir. Göstərdiyi bütün təpkilər də birbaşa Azərbaycanadır".

Fikrət Fəraməzoğlu Rusiyanın mümkün addımları barədə danışarkən deyib ki, burada durum bir qədər fərqlidir:

"Rusiyanın Azərbaycana birbaşa təsir imkanları yoxdur. Yəni, Azərbaycanda Ermənistandan fərqli olaraq, Rusiya hərbi bazası mövcud deyil. Düzdür, Bakıda "5-ci kolon" mövcuddur. Son Rusiya-Azərbaycan gərginliyi fonunda onların bir qisminin adları mediada yayıldı".

Ekspert hesab edir ki, Rusiyanın ata biləcəyi adımlar sırasında hədəflər təkcə, ölkə daxili deyil, eyniylə Azərbaycanın xaricdəki layihələri də ola bilər:

"Məsələn, son günlər Ukraynadakı SOCAR-a məxsus infarstrukturun raket və dornla vurulması, habelə rumunların iddia etdiyi kimi, Azərbaycan neftinə ruslar tərəfindən xlor qatılması kimi halların baş verməsi intensivləşə bilər".

Ekspertin fikrincə, Rusiya Ermənistanda daha çox güc sərf edəcək:

"Əvvəla, Ermənistanda qarşıdan kritik parlament seçkiləri gəlir. Kreml artıq Samvel Karapetyanı "birləşdirici fiqur" olaraq ortaya atıb. Gümrüdəki hərbi bazasına küçə döyüşlərində istifadə edilən silahlar göndərir. Kilsəni Paşinyan hökumətinə qarşı qaldırmaq üçün addımlar atır və sairə. Düşünürəm ki, Rusiya Paşinyanı devirmək üçün əsas qüvvəsini sərf edəcək və özünün marionetlərindən birini hakimiyyətə gətirməklə dəhliz məsələsinin üzərindən xətt çəkməyə çalışacaq".

Siyasət şöbəsi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Avqust 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri