Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Bazar 60 faiz kiçilib...

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Sülh sazişinə bir addım: İrəvan niyə yolu uzadır?

Sülh sazişinə bir addım: İrəvan niyə yolu uzadır?

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Ötən həftə Ermənistanla Azərbaycan arasında sülh sazişi mətninin tam yekunlaşdırılmasına dair hər iki tərəfdən verilən rəsmi bəyanat beynəlxalq gündəmin əsas məsələlərindən biri olaraq qalmaqdadır. Bu, əksər dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən təqdir olundu, alqışlandı. Amma təəssüf ki, saziş mətnini tam razılaşdırmaq hələ sülh müqaviləsinin imzalanması demək deyil. Ona görə ki, açıq qalan bir sıra mühüm detallar var ki, İrəvan onları yerinə yetirməlidir. Əks halda, regionda dayanıqlı sülhün bərqərar olması mümkün deyil. Bunlardan ən vacib olanı Ermənistan konstitusiyasıdır ki, bəlli olduğu kimi, həmin sənəddə Azərbaycana qarşı ərazi iddiaları yer alıb.

Başqa bir məqam isə ondan ibarətdir ki, Ermənistanın davranışları heç də sülhdə maraqlı olduğunu göstərmir. Məlumdur ki, saziş layihəsindəki 17 maddənin hər birinin razılaşdırılmasına dair verilən açıqlamadan dərhal sonra Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozdu. Artıq üç gündür ki, gün ərzində dəfələrlə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur.

Belə olanda isə sual yaranır: Ermənistan nə istəyir? Əgər sülhdə səmimidirsə, o zaman atəş açmaqda məqsəd nədir? Əgər bu, orduda hansısa dairələrinin sifarişi ilə edilirsə, yenə də burda günahkar və məsuliyyət daşıyan Ermənistan rəhbərliyidir. Bütün bunlara görə də İrəvana etimad sıfır səviyyəsindədir.

Azərbaycan Prezident İlham Əliyev ötən həftə XII Bakı Qlobal Forumundakı nitqində bu məqama toxunaraq deyib: “Əslində Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Biz onların hər hansı sözünə inanmırıq. Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökumətinə. Onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir. Əlbəttə ki, virtual olaraq”.

Ermənistanın tutduğu mövqe, sözdə bir, əməldə başqa cür davranması sülh prosesinin yekunlaşmasına təbii ki, mənfi təsir göstərir. Ermənistan hələ ki, sülhlə imitasiya etməkdədir. Özünü dünyaya sülhpərvər kimi təqdim edir, buna görə də Azərbaycanla yarımçıq sülh müqaviləsi imzalamağa çalışır. Amma Bakı bu məsələdə qətiyyətli mövqe ortaya qoyub, ondan geri addım atmayacaq.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli mövzu ilə bağlı “525”ə deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin yaxın zamanlarda imzalanması az ehtimal olunur: “Çünki sülh müqaviləsi layihəsi razılaşdırılsa da, ondan kənar bizim üçün vacib məsələlər var ki, Ermənistan tərəfindən həmin məsələlər qəbul edilməyib. Söhbət ilk növbədə Ermənistan konstitusiyasının dəyişdirilməsi, eyni zamanda, ATƏT-in Minsk qrupunun buraxılması kimi vacib məsələlərdən gedir. Digər məqamlar da var, amma mən bu ikisini fərqləndirmək istərdim. Görünən odur ki, Ermənistan hakimiyyəti bu məsələlərdə hələ də konstruktiv mövqe nümayiş etdirmək niyyətində deyil. Bunları əsas götürərək hesab edirəm ki, Ermənistan hökuməti bu məsələlərdə konstruktivlik nümayiş etdirməyəcəksə, yaxın zamanlarda sülh müqaviləsinin imzalanacağını da gözləmirəm”.

Ekspert söyləyib ki, Azərbaycanın bu məsələlərdə mövqeyi prinsipialdır: “Biz, qəti olaraq Ermənistandan tələb edirik ki, Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Konstitusiya dəyişdirilməlidir. Keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk qrupu buraxılmalıdır və s. Yəni bunlar edilməyənə qədər mən gözləmirəm ki, yaxın zamanlarda sülh müqaviləsi imzalansın”.

Ermənistanın son günlər atəşkəsi mütəmadi pozmasına toxunan ekspert deyib ki, İrəvanın davamlı olaraq şərti sərhəddə atəşkəsi pozması, hərbi təxribatlar törətməsi ondan xəbər verir ki, regionda davamlı sülhdə maraqlı deyil: “Bir tərəfdən sülhdən danışır, sülh ritorikasından davamlı istifadə edir, digər tərəfdən hərbi təxribatlar törətməsi Ermənistanın bölgədə davamlı sülhün formalaşması ilə bağlı səmimi mövqedə olmadığının nümayişidir. Eyni zamanda da biz nələri müşahidə edirik. Ermənistan son illər intensiv olaraq silahlanır, şərti sərhəddə, xüsusilə də son aylarda yeni atəş nöqtələri qurub, istehkam xətləri çəkib, hərbi texnika daşınır və s. Bütün bunların fonunda da hərbi təxtibatlar törədilir. Hər halda hesab edirəm ki, Ermənistanın bu təxribatları törətməkdə məqsədi bütövlükdə ondan ibarətdir ki, müəyyən mənada həm də bizə güc nümayiş etdirirlər. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni bir geosiyasi, hərbi reallıqlar formalaşıb. O reallıqları müəyyən mənada dəyişmək gücündə olduqlarını nümayiş etdirməyə cəhd göstərirlər”.

Bəs Ermənistan nə etmək istəyir: yeni müharibə, yoxsa sülh prosesini yekunlaşdırmaq?

Ekspertə görə, Ermənistanın dəqiq istəyinin nədən ibarət olması hələ də qeyri-müəyyəndir: “Hesab edirəm ki, Ermənistan Azərbaycanla yarımçıq bir sülh müqaviləsi imzalamağa çalışır. Bununla da dünyaya nümayiş etdirsin ki, sülhdə maraqlıdır, sülhpərvər dövlətdir. Ancaq digər tərəfdən də qeyd etdiyim kimi, Azərbaycanın sülh sazişinin imzalanması ilə bağlı haqlı və legitim tələblərini qəbul etməməklə, eyni zamanda, hərbi təxribatları davam etdirməklə bölgədə davamlı sülhdə maraqlı olmadığını göstərir”.

Rusiyalı politoloq Sergey Markedonov da son inkişaflara münasibət bildirib. O, sosial şəbəkə hesabında yazıb ki, Ermənistan və Azərbaycan sülh sazişi imzalamağa yaxınlaşıblar: “Yeni il bayramı ərəfəsində, 2024-cü ilin dekabrında Prezident İlham Əliyev Bakı və İrəvanın kompromis əldə edə bilmədiyi iki məqamı qeyd etdi. Müzakirələr beynəlxalq məhkəmələrdəki iddialar, o cümlədən üçüncü qüvvələrin dövlət sərhədində yerləşdirilməməsi ilə bağlı idi. Bu iddiaların hər ikisi erməni tərəfinə ünvanlanmışdı, çünki məhz Ermənistan ərazisində Avropa İttifaqının müşahidə missiyasını yerləşdirib və Azərbaycanla bağlı Beynəlxalq Ədalət Məhkəməsində iddiaları olub. Prezident Əliyevin həmin açıqlamalarından bir neçə ay sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıq şəkildə bəyan edib ki, Ermənistan mübahisəli məqamlarla bağlı təklifləri qəbul edib. Az sonra rəsmi kanallar vasitəsilə İrəvandan məlumat gəldi və Ermənistan tərəfi kompromisə getməyə hazır olduğunu təsdiqlədi. Baş nazir Nikol Paşinyan dedi ki, bu müddəaların ideal ifadəsini tapa bilməyəcəyimiz bəlli olanda biz, Təhlükəsizlik Şurası formatında müzakirələr apardıq və sənədin mövcud məzmununun kompromis həll variantı sayıla biləcəyi qənaətinə gəldik”.

Rusiyalı ekspert daha sonra suallar edib: “Uzun müddətdir davam edən bu münaqişənin tarixinə son qoymaq olarmı? Çoxdan gözlənilən sülh əldə olunurmu və Qafqaz yeni dövrə qədəm qoyurmu? Bütün bu suallara müsbət cavab vermək istərdim. Ancaq indi də bütün sülh konstruksiyasının sabitliyinə müəyyən şübhələr qalmaqdadır. Dünya ictimaiyyətinin Bakı və İrəvandan gələn xəbərlərə kifayət qədər təmkinli reaksiyası yəqin ki, bununla izah olunur. Məsələ hətta onda deyil ki, kompromis sazişləri yekun mətndə təcəssüm etdirməlidir”.

Növbəti mərhələdə Bakının gözləntilərinə diqqət çəkən politoloq xarici işlər naziri Ceyhun Bayramovdan sitat gətirib: “Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddialarını özündə əks etdirən Konstitusiyasına dəyişiklik etməlidir”.

Amma Markedonov əlavə edib ki, İrəvanda yenə də başqa cür düşünürlər: “Nikol Paşinyanın sözlərinə görə, sülh sazişinin hazırlanması, eləcə də Ermənistan Konstitusiya Məhkəməsinin ərazi iddialarının olmaması ilə bağlı qərarı artıq problemi bağlayıb. Gördüyümüz kimi, tam deyil... Lakin konstitusiya münaqişələri ilə yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası və “dəhliz” problemi həll olunmamış qalır. Sülh müqaviləsinin mətnində bu barədə yazılmayıb, amma praktikada bu məsələlərin həlli demək olar ki, daha vacibdir. Bir sözlə, regiona sülhün gəlməsi üçün nəinki söz və sənədlər, həm də əməli hərəkətlər lazımdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Mart 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see531

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see402

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see388

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see374

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see352

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see351

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see307

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see261

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see255

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see247

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see239

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see235

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see231

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see224

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see217

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see203

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see201

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see200

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see198

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri