Sülh Şurasında iştirak Azərbaycana nə vəd edir? Komitə sədri açıqladı
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikası ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olması dəvətini qəbul edib.
Tramp ümumilikdə 60 ölkəyə dəvətnamə göndərib. Bu gün Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.
Bəs Sülh Şurasındakı təmsilçilk ölkəmizə nələr vəd edir?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Modern.az-a bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, bu gün beynəlxalq hüquq faktiki olaraq işləmir:
"Beynəlxalq hüququn işləməməsinin ən bariz sübutu isə məhz onu təbliğ edən və qorumağa borclu olan beynəlxalq təşkilatların dərin institusional böhran içərisində olmasıdır. Azərbaycan bunu öz üzərində dəfələrlə və açıq şəkildə yaşayıb.
Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, eləcə də dünyanın ən ali beynəlxalq qurumu sayılan Birləşmiş Millətlər Təşkilatı - bütün bu platformalarda qəbul edilən, lakin illərdir icra olunmayan dörd qətnamə həmin qurumların acizliyinin rəsmi təsdiqidir. Minsk qrupundan danışmaq belə istəmirəm, çünki o, artıq tarixin zibilliyinə tullanıb.
Məhz bu reallıqlar fonunda beynəlxalq qayda və münasibətlər sistemi sürətlə dəyişir. Mövcud boşluğun doldurulması zərurəti yaranıb".
Komitə sədri vurğulayıb ki, bu kontekstdə ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü təşəbbüs qətiyyən təsadüfi deyil:
"Çünki beynəlxalq müstəvidə dövlətlərarası münasibətlərin hansısa formada tənzimlənməsi qaçılmazdır və bu təşəbbüsü öz üzərinə götürən ölkə bir daha sübut edir ki, dünyanın əsas güc mərkəzi məhz ABŞ-dir.
ABŞ bu təşəbbüslə bir daha göstərdi ki, qlobal proseslərə real təsir imkanına malik ölkələri seçərək masaya dəvət edir. Diqqətçəkən məqam da odur ki, bu platformaya bütün dövlətlər deyil, məhz son dövrdə beynəlxalq müstəvidə ən parlaq və əhəmiyyətli nəticələrə imza atan aktorlar çağırılıb.
Bu baxımdan, dünya miqyasında son illərin ən mühüm siyasi hadisəsi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasıdır. Müharibədən, xaosdan, qaçqınlıqdan və humanitar fəlakətdən sabitliyə, inkişafa və sülhə aparan yolun memarı məhz Azərbaycandır. Bu miqyasda alternativ bir nümunə göstərmək faktiki olaraq mümkün deyil.
Təsadüfi deyil ki, Davosda Ermənistan Prezidentinin dilindən Azərbaycan Prezidentinə ünvanlanan söz əslində bir təşəkkür idi. Ermənistanın sülh prosesində Azərbaycanın mövqeyini qəbul etməsi, bu siyasətə “hə” deməsi artıq beynəlxalq ictimai rəyin də Azərbaycana baxışını dəyişib. Bu gün “Azərbaycan” deyiləndə artıq ədalət, sülh və inkişaf anlayışları xatırlanır.
Məhz bu səbəbdən Sülh Şurasının təsisçi platformasında Azərbaycanın yer alması tamamilə məntiqidir. Ermənistanın həmin şuraya dəvət olunması sülh prosesinin nəticəsi kimi qiymətləndirilirsə, Azərbaycanın orada iştirakı səbəbdir. Səbəbin özü Azərbaycandır. Memar, yaradıcı və təşəbbüskar Azərbaycandır.
Bu baxımdan, Sülh Şurasının yaradılması və onun Davosdakı təntənəli təsis olunma mərasimində Prezident İlham Əliyevin də işgtirakı tarixi hadisədir. Bu, Azərbaycanın artıq tamamilə yeni - “Ali Liqa” adlandırılan ölkələr kateqoriyasına daxil olmasının rəsmi təsdiqidir. Eyni zamanda, bu addım ABŞ-nin sülh prosesinə və Azərbaycanın roluna verdiyi yüksək dəyərin göstəricisidir.
Bir çoxları 8 avqust tarixli Vaşinqton görüşündən sonra bu proseslərin illərlə çəkəcəyini düşünürdü. Lakin cəmi bir neçə ay ərzində Azərbaycan real və konkret addımlar atdı: Ermənistana neft, qaz, benzin və taxıl tədarükü başladı, qeyri-hökumət təşkilatları arasında təmaslar quruldu, humanitar və iqtisadi əlaqələr formalaşdırıldı. Ermənistan rəhbərliyi artıq elektrik sistemlərinin, dəmir yollarının birləşdirilməsindən danışır.
Bu proseslərin müəllifi Azərbaycandır. Elə buna görə də Davosda Prezident İlham Əliyev haqqında “böyük və dahi siyasətçi” ifadəsinin işlədilməsi təsadüfi deyil".
S.Seyidov vurğulayıb ki, Avrasiyanın gələcəyi birbaşa Azərbaycanın siyasəti ilə bağlıdır:
"Məsələyə emosional prizmadan baxsaq, bir vətəndaş olaraq dövlət başçısının Azərbaycan bayrağını bu qədər yüksəyə qaldırması qürur və minnətdarlıq doğurur. Ermənistan rəhbərliyinin Azərbaycan Prezidentinə açıq təşəkkürü bu siyasətin nəticəsidir.
Siyasi baxımdan isə faktlar daha da aydındır: Davosda Prezident İlham Əliyevin iştirak etdiyi panel “Avrasiyanın gələcəyi” adlanırdı. Həmin müzakirələrdə Zəngəzur dəhlizi, Orta Dəhliz, regional sülh, qonşularla münasibətlər və Azərbaycanın strateji rolu əsas mövzu idi.
Bu isə onu göstərir ki, Avrasiyanın gələcəyi birbaşa Azərbaycanın siyasəti ilə bağlıdır. Bu, unikal və tarixi prosesdir.
Nəticə etibarilə, Azərbaycan bu gün Avrasiyanı birləşdirən, regionda sabitliyin və inkişafın əsas təminatçısı, qlobal siyasətdə söz sahibi olan bir ölkə kimi çıxış edir. Bu böyük uğur isə birbaşa Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və ardıcıl siyasətinin nəticəsidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 22 Yanvar 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















