Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sülh Şurasının ilk iclası Qəzza üçün nə vəd edir?

Sülh Şurasının ilk iclası Qəzza üçün nə vəd edir?

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fevralın 19-da Sülh Şurasının ilk iclası keçiriləcək. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Sülh Şurasına üzv ölkələr iclasda Qəzza sektorunun bərpası üçün 5 milyard dollardan çox vəsait ayıracaqlarını açıqlayacaqlar.

Ayrılacaq maliyyə dəstəyinin icra mexanizmi necə tənzimlənəcək və bu Qəzzadakı vəziyyətə müsbət təsir göstərəcəkmi?

“Xalq Cəbhəsi” məsələni siyasi şərhçilərlə müzakirə edib.

Siyasi şərhçi Şəhla Cəlilzadə qeyd edib ki, müasir beynəlxalq hüququn, o cümlədən BMT çərçivəsində edilən çağırışların bir çox məsələnin, ələlxüsus, 77 ildən çoxdur ki, mövcud Fələstin məsələsinin həllində həlledici olmadığını görürük: “Fələstin münaqişəsinin BMT-nin yaşı qədər tarixçəsi var. Beynəlxalq hüquq sisteminin işlək olmaması münaqişələrin həllinə dair ənənəvi olmayan, yeni mexanizmlərin ortaya çıxmasına səbəb olub. Bu baxımdan yaradılan Sülh Şurası dünya siyasəti üçün tamamilə yeni bir fenomendir. Sülh Şurası Qəzzada fəaliyyət göstərəcək Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) fəaliyyətini, o cümlədən burada sülhün, təhlükəsizliyin bərpası və yenidən qurma işlərini koordinasiya etmək məqsədilə ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında təsis olunub”.

Beynəlxalq sülhyaradıcı missiyaya

Ş.Cəlilzadə deyib ki, Qəzzada beynəlxalq sülhyaradıcı missiyaya həqiqətən də ehtiyac var idi, çünki 2023-cü ildən etibarən davam edən qırğınları və insanlıq böhranını sona çatdırmaq, bölgədə həyatı bərpa etmək artıq dünyanın məsuliyyətindədir: “Bu istiqamətdə çoxsaylı çağırışlar, o cümlədən ərəb-islam dünyasından da edilirdi. 2024-cü ilin mayında Ərəb Liqası, 2025-ci ilin martında İslam Əməkdaşlıq Təşkilatı Fələstində beynəlxalq sülhməramlıların yerləşdirilməsinə çağırış etmişdi. Sülh Şurası həm də bu çağırışlara bir cavab olaraq formalaşıb və bölgədə mühüm və dünya tarixi üçün yeni bir missiya ilə fəaliyyətinə başlayır. 19 fevralda Sülh Şurasının ilk iclası keçiriləcək və müəyyən vəsaitlər ayrılacaq. Həmçinin ISF qüvvələrinin də qarşıdakı yaxın dövrdə bölgəyə yerləşdirilməsi müzakirə olunur. Bu missiyanın nə dərəcədə uğurlu olacağı, ayrılacaq vəsaitlərin və sülhməramlı kontingentin quruculuq və sülh məqsədlərinə nə dərəcədə xidmət edib-etməyəcəyi qarşıdakı tarixi dövrdə məlum olacaq”.

Azərbaycanın Sülh Şurasında təmsil olunması…

O, Azərbaycanın daima beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verən dövlətlərdən olduğunu vurğulayaraq əlavə edib ki, ölkəmiz NATO ilə birgə Əfqanıstan, Kosovoda sabitliyin bərpası əməliyyatlarında, Türkiyə ilə birgə Suriyada quruculuq əməliyyatlarında iştirak edib və geniş təcrübə qazanıb: “Həmçinin imzalanmış Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında Azərbaycanın beynəlxalq sülhməramlı səylərə dəstəyi və bu sahədə ABŞ ilə əməkdaşlığı vurğulanır. 13 oktyabr 2025-ci il tarixində Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət olunan 30-a yaxın dövlətdən birinin Azərbaycan olması və cənab Prezident İlham Əliyevin bu sammitdə iştirakı ölkəmizin Yaxın Şərqdə sülhməramlı fəaliyyətə dəstək olacağına ilkin işarə idi. Davos Forumunda Donald Trampın sadəcə iki dövlət başçısı, o cümlədən cənab Prezident İlham Əliyevlə ikitərəfli görüşü oldu. Bu, ölkəmizə və onun rəhbərinə verilən dəyərin göstəricisi olmaqla yanaşı, həm də Azərbaycanın qarşıdakı dövrdə beynəlxalq sülhməramlı missiyaya qoşulacağının xəbərçisi idi. Məhz bu Forumda Azərbaycanın Sülh Şurasında iştirakı təsdiqləndi. ISF qüvvələrində Azərbaycanlı hərbçilərin iştirakı ilə bağlı yekun qərar hələ ki, yoxdur. Bununla yanaşı həm ərəb-islam dünyasına mənəvi yaxınlığı, həm də ABŞ və İsraillə praqmatik əməkdaşlığı olan Azərbaycanın Sülh Şurasında təmsil olunması, Qəzzada bərpa-quruculuq işlərinə dəstəyi ölkəmizin beynəlxalq sülhyaradıcı və sülhqoruyucu statusunu daha da gücləndirəcək”.

“HƏMAS-ın tərk-silah edilməsi əsas şərtdir”

Siyasi şərhçi Taleh Əliyev söyləyib ki, Qəzza Sülh Şurası elan edilərkən təkcə Qəzza probleminin həll edilməsi ilə bağlı deyil, eyni zamanda, digər beynəlxalq məsələlərin həlli ilə, xüsusilə də münaqişə və müharibə şəraitində olan problemlərin həllində yaxından iştirak etmək məqsədilə yaradılmış bir qurumdur: “Bu baxımdan fevralın 19-da keçiriləcək tədbir də Sülh Şurasının ilk tədbiri olaraq nəzərdə tutulur. Bu ilk tədbirdə də qurum üçün 5 milyard dollar vəsaitin üzv ölkələrdən ayrılması, əslində, məntiqə uyğun və qanuna uyğun bir prosesdir. Bu vəsaitin birbaşa Qəzzaya sərf olunacağına gəldikdə isə qənaətimə görə, bu, hələlik tezdir. Çünki bu günlərdə İsrail Baş naziri Netanyahunun açıqlamasına görə Qəzzadakı sülh prosesinin ikinci mərhələsinə keçid etməsi üçün ilk növbədə Qəzzada yerləşən HƏMAS silahlı qruplaşmasının tərk-silah edilməsi əsas şərtdir”.

T.Əliyev əlavə edib ki, bu, baş verməyənə qədər yəqin ki, biz Qəzza bölgəsində sülh quruculuğu prosesinin növbəti mərhələsinə keçidinin şahidi olmayacağıq: “Amma bununla belə yeni təsis olunan Sülh Şurasının ilk toplantısı olduğuna görə qurumun institusionallaşması və bütövlükdə Qəzza münaqişəsi başqa olmaqla digər problemlərdə aktiv iştirakı üçün qurumun fəaliyyətinin maliyyələşməsi baxımından 5 milyard dollar vəsaitin ayrılması real görünür və yəqin ki, bu baş verəcək”.

“Vəsait necə xərclənəcək?”

Siyasi şərhçi Turab Rzayev qeyd edib ki, Qəzza sektorunun bərpası ilə kifayət qədər məbləğ toplana biləcək: “Çünki ən azından Tramp hər ölkədən dəvət olunmaq üçün Sülh Şurasına 1 milyard dollar vəsait ödəmək lazım olduğunu bildirib. Buna qoşulan dövlətlər var, hələ ki düşündüyünü deyən dövlətlər var, tam olaraq qoşulmayan dövlətlər var, gözləyən dövlətlər var. Düşünürəm ki, qoşulan dövlətlərdən bir neçə milyard vəsait yığmaq mümkün olacaq”.

T.Rzayevin sözlərinə görə, burada vəsaitin necə xərclənəcəyi işin maraqlı tərəfidir: “Çünki bir tərəfdən Tramp, İsrail və ABŞ rəsmiləri orada kazinoların qurulmasından, yeni yaşayış məntəqələrindən, göydələnlərdən, yeni bahalı yaşayış məskənlərinin tikilməsindən danışırlar. Belə olan halda bu, necə başa tutacaq? Bu layihə necə reallaşacaq? O vəsait həqiqətən də əhaliyə çatacaqmı, yoxsa tikint və ya digər istiqamətə xərclənəcək? Tikintiyə həsr olunan hissəsi həqiqətən oradakı fələstinlilərə, qəzzalılara təsir göstərəcəkmi? Mən tam olaraq anlaya bilmirəm ki, burada söhbət qəzzalılardan gedirsə, niyə onlara ucuz və sürətli tikilə bilən hazır evlər tikmirlər, bunun əvəzinə göydələnlər tikirlər, hansı ki, göydələnlərin 1 kvadrat metri minlərlə dollarla ölçülür. Belə olan halda qəzzalıları niyə ucuz evlə təmin etmirlər, bahalı ev tikirlər?. Əgər bahalı evlər tikib bunu yəhudilərə, amerikalılara, avropalılara satacaqlarsa, o zaman bunun qəzzalılara hansı xeyiri olacaq tam olaraq bəlli deyil”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Fevral 2026 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri