Sülh Şurasının təsisçi üzvlərindən biri olması Azərbaycanın beynəlxalq sülh prosesində aktiv rolunu göstərir Rəy
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev Davos səfəri zamanı müxtəlif beynəlxalq liderlərlə görüşlər keçirib və Davos İqtisadi Forumunun tədbirlərində fəal iştirak edib. Forum çərçivəsində dövlətimizin başçısı iqtisadi panel sessiyalarında çıxış edərək qlobal iqtisadiyyat, siyasi məsələlər və regional sülh istiqamətində fikir mübadiləsi aparıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.
Deputat Davos İqtisadi Forumu çərçivəsində Azərbaycanın da təsisçi üzvlər sırasında olduğu ABŞ-ın Sülh Şurası barəsində danışıb. Ülviyyə Həmzəyeva vurğulayıb ki, Şuranın əsas məqsədləri arasında münaqişələrdə davamlı barışığın təşviqi, xüsusilə İsrail-Fələstin, Qəzza və digər gərgin bölgələrdə sülhün dəstəklənməsi, beynəlxalq dialoq və əməkdaşlığın gücləndirilməsi var. Azərbaycanın bu sənədin təsisçi üzvlərindən biri olması isə ölkəmizin beynəlxalq sülh prosesində aktiv rolunu göstərir.
“Bundan əlavə forum çərçivəsində Prezident İlham Əliyev ABŞ-ın Prezidenti Donald Tramp ilə görüşüb. Görüş zamanı iki ölkə arasındakı münasibətlərin inkişafı və regional sülh gündəliyinin irəliləməsi müzakirə olunub. Xüsusilə Azərbaycan-Ermənistan arasındakı sülh prosesi, ticarət, regional əməkdaşlıq və strateji əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Düşünürəm ki, bu görüş Azərbaycan ilə ABŞ arasında diplomatik əlaqələrin daha da güclənməsinə töhfə verib. Qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin Davos səfəri sadəcə rəsmi tədbir olmayıb, eyni zamanda, Azərbaycanın beynəlxalq diplomatik mövqeyini gücləndirib və regiondakı sülh prosesində fəal rolunu nümayiş etdirib”, - deyə deputat vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 27 Yanvar 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















