Sülh təşəbbüsü, yoxsa davam edən müharibə? Kreml planı niyə qəbul etmir?
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya-Ukrayna müharibəsinin başa çatmasını özündə ehtiva edən növbəti 20 bəndlik sülh planı hazırlanıb. ABŞ, Avropa liderləri və Ukrayna da bu plana müsbət yanaşır. Nəhayət, Kremlin bu planla razılaşmaq ehtimalı varmı?
Rusiya–Ukrayna müharibəsinin dayandırılması məqsədilə yeni sülh təşəbbüsü gündəmə gəlib. Müharibənin başa çatmasını nəzərdə tutan 20 bəndlik plan artıq beynəlxalq müzakirə predmetinə çevrilib.
ABŞ, Avropa liderləri və Ukrayna tərəfindən müsbət qarşılanan bu planla bağlı Kremlin mövqeyi necə olacaq – Rusiya razılığa gələ bilərmi?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya–Ukrayna müharibəsinə dair artıq bir neçə sülh planı irəli sürülüb. Onun sözlərinə görə, bundan əvvəl ABŞ prezidenti Donald Trampın 28 bəndlik sülh planı mövcud olsa da, Avropa İttifaqı və Ukrayna tərəfindən qəbul edilməyib.
” İndi isə yeni – 20 bəndlik plan hazırlanıb. Rusiya tərəfi bu sənədi qəbul etməyəcəyini artıq açıq şəkildə bəyan edib. Səbəb isə planın Rusiyanın əsas tələblərini özündə ehtiva etməməsidir. Rusiya Donbasın bütövlükdə öz nəzarətində qalmasını istəyir. Bu isə planın qırmızı xəttidir və sənəddə təsbit olunmayıb”, – deyə Əsədullazadə vurğulayıb.
Onun sözlərinə görə, planda Rusiya və Ukraynanın qarşılıqlı hücum etməməsi, Zaporoje Atom Elektrik Stansiyası ilə bağlı müddəalar, eləcə də Rusiyanın Xarkov, Sumı və Xerson istiqamətlərindən geri çəkilməsi nəzərdə tutulur.
“Təbii ki, Rusiya bu bəndləri də qəbul etmir”, – deyə o əlavə edib.
M. Əsədullazadə hesab edir ki, mövcud sülh planının qəbul olunması real görünmür və müharibənin davam edəcəyi ehtimalı yüksəkdir.
“Bu münaqişə təkcə ərazi problemi deyil, ciddi geosiyasi qarşıdurmadır. Rusiya özünü yenidən fövqəldövlət kimi təsdiqləmək və təsir zonalarını formalaşdırmaq istəyir. Buna görə də Qərbə qarşı təzyiq siyasətini davam etdirir. Ukrayna da müharibəni dayandırmaq niyyətində deyil, hətta Yeni il atəşkəsinə belə getmir”, – deyə politoloq bildirib.
Onun qənaətincə, Rusiya səfərbərlikləri davam etdirir və prinsipial mövqeyindən geri çəkilməyəcək: “Bu səbəbdən sənəd qəbul olunmayacaq”.
Ayşən
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 25 Dekabr 2025 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















