Icma.az
close
up
RU
Sülh, yoxsa ticarət?

Sülh, yoxsa ticarət?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-cü il 26 noyabrda gecə Livanda ABŞ-nin vasitəçiliyi ilə İsrail və "Hizbullah" arasında atəşkəs rejimi qüvvəyə minib.

Bu addım sərhəd boyu minlərlə insanın həyatına son qoyan münaqişəni azaltmağı vəd edir. Lakin davamlı sülhün perspektivi sual altındadır.

Razılaşmaya əsasən, İsrail qoşunları 60 gün ərzində Livanı tərk edəcək, "Hizbullah" isə sərhəd bölgələrindən çıxacaq. Bu ərazilər Livan ordusunun nəzarətinə veriləcək. Atəşkəs rejiminə nəzarət üçün beynəlxalq komitə yaradılıb. Həmçinin, bu komitə İsrailin "Hizbullah" tərəfindən yaranan təhlükə zamanı cavab tədbirləri görmək hüququnu tanıyır.

Razılaşma BMT-nin 2006-cı ildə qəbul edilmiş 1701 saylı qətnaməsini xatırladır. Bununla belə, hazırkı razılaşma "Hizbullah"ın hərbi infrastrukturunu bərpa etməsinin qarşısını almaq üçün əlavə nəzarət mexanizmlərini ehtiva edir.

ABŞ Prezidenti Cozef Bayden ümid edir ki, bu atəşkəs Yaxın Şərqdə ümumi sülhə gətirib çıxaracaq. İsrailin Baş naziri Benyamin Netanyahu isə qeyd edib ki, atəşkəsin müddəti "Hizbullah"ın hərəkətlərindən asılı olacaq. Lakin İsraildə razılaşma tənqid edilir. Sorğular göstərir ki, əksər vətəndaşlar onun effektivliyinə şübhə ilə yanaşır.

Livanda isə yerli ordunun cənub bölgələrinə nəzarəti təmin edib-etməyəcəyi ilə bağlı suallar yaranır. Livan hərbçiləri resurs çatışmazlığından şikayətlənirlər. "Hizbullah"la mümkün qarşıdurma isə yeni daxili gərginliklə nəticələnə bilər.

Bundan sonra nə olacaq?

Xarici sabitliyə baxmayaraq, sülh perspektivləri hələ də qeyri-müəyyəndir. Razılaşmanın gələcəyi hər iki tərəfin onun şərtlərinə əməl etmək istəklərindən asılıdır. Livan çətin bir sınaq qarşısındadır. Ölkə "Hizbullah"ın cənuba qayıtmasının qarşısını alaraq daxili gərginliyin artmasına yol verməməlidir.

ABŞ-nin təşəbbüsü ilə əldə edilən razılaşma mühüm diplomatik uğur sayıla bilər. Lakin keçmiş təcrübə göstərir ki, Yaxın Şərqdəki münaqişələrdə atəşkəs tez-tez olur və  yalnız müvəqqəti fasilə xarakteri daşıyır.

Mövzu ilə bağlı israilli politoloq, siyasi elmlər namizədi, “Aziznews.com” saytının redaktoru Yuri Boçarov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Livanda atəşkəs sazişinin bağlanması  bu ölkə ilə İsrail arasında sülhün bağlanmasına səbəb olmayacaq. Həm “Hizbullah”, həm də İranla qarşıdurma məsələsini gündəmdən çıxarmayacaq:

“Bu, İsrailin şimal sərhədində ən azı müvəqqəti sakitliyə gətirib çıxaracaq və gələcəkdə Qəzza zolağında da müharibənin bitməsinə imkan verəcək.Üstəlik,"Kan-11" saytının adı açıqlanmayan yüksək rütbəli mənbəyə istinadən verdiyi məlumata görə, Livanla razılaşma təkcə silah embarqosunu ləğv etməyəcək, həm də Qəzza zolağı ilə bağlı məsələlərdə Amerikanın İsrailə təzyiqini azaldacaq. Mənbələrin bildirdiyinə görə, Ağ Ev Administrasiyası Benyamin Netanyahuya Co Baydenin İsrail siyasətinə qarşı çıxması səbəbindən hələ də embarqoda olan silahları İsrailə təhvil verəcəyinə söz verib".

Trampın Yaxın Şərqdə sülhə ehtiyacı varmı?

Politoloq hesab edir ki, iki aydan sonra Co Bayden siyasi səhnədən çəkiləcək və bu səbəbdən hazırda onu imzasının tarixi dərsliklərə düşəcəyi bir sülh protokolu maraqlandırır. Bundan sonra Livanda nə baş verəcəyi isə onu qətiyyən maraqlandırmır:

"Çünki gərginlik artarsa, artıq günahkar Donald Tramp olacaq. Trampın Yaxın Şərqdə sülhə ehtiyacı varmı? Seçki vədlərinə əsasən, bəli. Amma bu, seçki kampaniyasının bir hissəsi idi. İndi onun əsas məqsədi "Amerikanı yenidən böyük etmək" şüarını yerinə yetirməkdir.  ABŞ adətən öz gücünü başqa ölkələrin ərazilərində müharibələr vasitəsilə sübut edir. Hazırda Trampın qarşısında Avropa İttifaqı və Çinlə iki “ticarət müharibəsi” var. Hələ ki, bu müharibələr ticarət xarakteri daşıyır, çünki ABŞ ticarətdəki disbalans səbəbindən bu ölkələr qarşısında uduzur. Amma bu “ticarət müharibələri” Yaxın Şərqdə sülhə gətirib çıxara bilərmi? Bu, hələ dəqiq deyil”.

Həmsöhbətimizin fikrincə, "sülh müqaviləsi" layihəsinin müəlliflərini yalnız onların imici maraqlandırır:

“Eyni məsələ Fransa Prezidenti Emmanuel Makrona da aiddir. O, Avropa arenasında öz siyasi oyunları üçün "sülh yaradan" obrazına ehtiyac duyur".

“Bu gün Livanda uzunmüddətli sülh kimə lazımdır?” sualına cavab verən politoloq bildirib ki, nə Livanda, nə də İsraildə cəbhəyanı zonada yaşayanlar nəzərə alınmır: 

“Çünki onlar artıq bir ildir ki, davam edən raket hücumları səbəbindən qaçqın vəziyyətindədirlər və müharibənin dağıtdığı evlərinə geri dönəcəkləri günü gözləyirlər. Burada söhbət siyasətçilərdən və Yaxın Şərqdəki geosiyasətdən gedir”.

“Burada heç nə ticarətsiz baş vermir”

Politoloq qeyd edib ki, atəşkəs sazişi "Hizbullah"ın Litani çayının şimalına çəkilməsini və Livan ordusunun ölkənin cənubundakı bütün sərhəd zonasını nəzarətə götürməsini nəzərdə tutur. Onun sözlərinə görə, ABŞ və digər Qərb ölkələri Livan ordusuna böyük ümidlər bəsləyir. Amma bu ordu həm silah, həm təminat, həm də ən əsası motivasiya baxımından  "Hizbullah" döyüşçülərindən geri qalır:

“Kim dedi ki, druzlar, xristianlar və şiələrdən ibarət Livan ordusu bu əraziləri "təmizləməyə" hazırdır?" Bunu noyabrın 23-də Livan ordusunun komandiri Cozef Aun bəyan etdi və dedi ki, ordu "Hizbullah"la qarşıdurmaya daxil olmaq niyyətində deyil, çünki bu, orduda üsyana və qardaş qanı tökülməsinə səbəb olacaq.

Qərb ölkələrindən birinin Beyrutda olan yüksək rütbəli mənbəsi Cozef Aunun sözlərini təsdiqləyib. O, "Livan ordusunun "Hizbullah"ı Litani çayının cənubuna çəkilməyə məcbur edəcəyini düşünənlər yanılırlar", - deyib. Rəsmiyə görə, belə bir missiya geniş siyasi razılıq tələb edəcək. Çünki Livan ordusu müxtəlif etnik qruplardan ibarətdir, daxili münaqişəyə və vətəndaş müharibəsinə səbəb olacaq işləri görmək istəmir.

Eyni zamanda, unutmaq olmaz ki, biz Yaxın Şərqdə yaşayırıq və burada heç nə ticarətsiz baş vermir. Buna görə də ehtimal etmək olar ki, Cozef Aun sülh müqaviləsi ərəfəsində özünə müəyyən üstünlüklər qazanmaq istəyir. Xüsusilə amerikalılar Livan ordusunu həm pul, həm də silahlarla gücləndirməyə söz veriblər.

Təklif olunan saziş layihəsinə görə, Livan ordusu Cənubi Livan kəndlərindən silah çıxarılması üçün genişmiqyaslı əməliyyat həyata keçirməlidir. ABŞ hərbçiləri isə bu prosesə ciddi nəzarət etməlidirlər.

Amma bunu kim nəzarətdə saxlayacaq? BMT-nin sülhməramlı kontingenti illərdir ki, Livan sərhədlərindəki missiyasını yerinə yetirməkdən boyun qaçıraraq İsrailə qarşı qərəzli yanaşmasını sübut edib. Son illərin hadisələri göstərdi ki, onların “Hizbullah" tərəfindən idarə olunan sərhəd kəndlərində nəzarəti həyata keçirmək üçün nə hüququ, nə də istəyi var. ABŞ müşahidəçilərinin bu missiyanın öhdəsindən gələ biləcəyi isə böyük sual altındadır".

Səbinə Uğur
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Dekabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see237

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see129

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see120

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see120

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri