Icma.az
close
up
RU
Sülhə aparan Zəngəzur yolu Dəyirmi masa keçirilib

Sülhə aparan Zəngəzur yolu Dəyirmi masa keçirilib

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Sentyabrın 5-də Media İnkişaf Mərkəzi İctimai Birliyinin (MİM İB) təşkilatçılığı ilə “Zəngəzur dəhlizi: regional kommunikasiyalar sülhə əlavə təminat kimi” mövzusunda "dəyirmi masa" keçirilib.

Qeyd edək ki, tədbir Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi MİM İB-nin icra etdiyi “Qərbi Azərbaycan: mədəni, hüquqi, siyasi bağlar” adlı layihə çərçivəsində keçirilib. 

Təşkilatın sədri Qabil Rüstəmov tədbirə gələn qonaqları, ekspertləri və jurnalistləri salamlayaraq, bildirib ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin mühüm istiqamətlərindən biri də regional kommunikasiya xətlərinin açılması və bölgədə əməkdaşlıq mühitinin yaradılmasıdır.

“Zəngəzur yolunun açılması təkcə Azərbaycanın öz eksklavı olan Naxçıvanla maneəsiz nəqliyyat əlaqəsinin bərpası və Asiya-Avropa nəqliyyat əlaqəsinin yaxşılaşdırılması baxımından deyil, həm də bölgə dövlətlərinin siyasi və iqtisadi əməkdaşlığının bərpası baxımından faydalı bir hadisə olacaq”, - təşkilat sədri bildirib. 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev çıxışında bildirib ki, sülh prosesi intensivləşdikcə Qərbi Azərbaycan mövzusuna da diqqət artır.

“Xüsusi ilə Zəngəzur dəhlizi məsələsi ilə bağlı müzakirələri incələsək, görərik ki, fərqli yanaşmalar var. Ancaq bizim öz ekspertlərimiz, vətəndaş cəmiyyətləri tərəfindən illərdir bu məsələlər müzakirə olunur və artıq həm dövlətin, həm də cəmiyyətin bu məsələ ilə bağlı formalaşmış rəyi var” - deyə o, bildirib.

Bakı Mətbuat Klubunun sədri Arif Əliyev Zəngəzur yolunun açılmasının istər siyasi, istər nəqliyyat, istərsə də çox böyük gəlir mənbəyi olaraq iqtisadi baxımdan əhəmiyyətini qeyd edib.

“Zəngəzur dəhlizi həmçinin Ermənistanında dünya iqtisadi sisteminə qoşulması üçün yeganə yoldur. Biz uzun illərdir bu məsələnin media işıqlandırılmasını monitorinq edirik. Gələn ay yenidən monitorinq aparacağıq. Zəngəzur məsələsi Azərbaycan mediasının işıqlandırdığı məsələlər arasında 5-ci yerdədir. Gözləyirəm ki, oktyabrda keçirəcəyimiz monitorinqdə bu məsələ ilk pillələrdə yer alacaq” - A.Əliyev bildirib.

Nəqliyyat və kommunikasiya məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Zəngəzur yolunun bir kommunikasiya layihəsi kimi əhəmiyyəti ilə bağlı hazırladığı təqdimatı nümayiş etdirib.

Ekspert bildirib ki, ölkəmizin indiyədək Gürcüstan limanlarına və Bakı-Tbilisi-Qars yolu ilə Türkiyəyə çıxışı var idi. Yeni reallıq bu imkanların daha da artdığını göstərir.

O, Zəngəzur dəhlizinin əhəmiyyətini 3 mərhələ üzrə dəyərləndirib:

1) Ölkədaxili

2) Türk dünyası

3) Qitələrarası.

R.Ağamirzəyev deyib ki, Zəngəzur dəhlizi üzrə həmçinin Culfa üzərindən İran ərazisinə də nəqliyyat dəhlizi yaradıla bilər. Həmçinin, Türkiyənin “Kalkınma yolu” adlandırdığı, Yaxın Şərq ölkələri ilə quru əlaqəsini təmin edən marşrutun bu xəttə birləşdirilməsi imkanı olacaq.

“Mərkəzi Asiya ölkələri üçündə bu yol cəlbedicidir. Zəngəzur dəhlizi vasitəsi ilə onlar Afrika və Avropa bazarlarına çıxış əldə edəcəklər. Son hadisələr - Rusiya-Ukrayna müharibəsi, husilərin Qırmızı dənizdə hücumu, İsrail-İran münasibətlərinin gərginləşməsi, o cümlədən Rusiya və İranın sanksiyalar altında olması bu yolun əhəmiyyətini artırmaqdadır. Çünki başqa alternativ yoxdur” - deyə ekspert bildirib.

Siyasi analitik İlqar Vəlizadə bildirib ki, Zəngəzur bölgəsinin siyasi və təsərrüfat-iqtisadi tarixi barədə danışıb. O, deyib ki, 1868-ci ildə Rusiya imperiyası məhz təsərrüfat rayonu olaraq Zəngəzur qəzasını yaratmışdır.

“Oranın əhalisi azərbaycanlılar idi. Əsasən heyvandarlıqla məşğul idilər. Dağlıq ərazisində yaylaqların, düzənliklərdə isə qışlaqların olması səbəbindən vahid ərazi sistemi olaraq qəbul olunurdu. Zəngəzur dəhlizi dedikdə təkcə cənub başa düşülür. Halbuki bu anlayış Şahbuzdan Laçına qədər olan ərazini də özündə birləşdirir. Sərhədlər açılsa, bu yol bütün istiqamətləri özündə birləşdirəcək. Bu yol həm də şimal və cənub istiqamətini özündə birləşdirir. Rusiya, çox güman ki, köhnə yoldan istifadə edəcək. Çünki digər istiqamət artıq “Tramp marşrutu” adlandırılır, ona görə də siyasi baxımdan onların bu yoldan istifadə edəcəyini düşünmürəm” – analitik bildirib.

Tədbirdə çıxış edən digər jurnalistlər və QHT təmsilçiləri də mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri