Icma.az
close
up
RU
Sülhə aparan Zəngəzur yolu Dəyirmi Masa keçirilib

Sülhə aparan Zəngəzur yolu Dəyirmi Masa keçirilib

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Sentyabrın 5-də Media İnkişaf Mərkəzi İctimai Birliyinin (MİM İB) təşkilatçılığı ilə “Zəngəzur dəhlizi: regional kommunikasiyalar sülhə əlavə təminat kimi” mövzusunda dəyirmi masa keçirilib.

Qeyd edək ki, tədbir Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi MİM İB-nin icra etdiyi “Qərbi Azərbaycan: mədəni, hüquqi, siyasi bağlar” adlı layihə çərçivəsində keçirilib. 

Təşkilatın sədri Qabil Rüstəmov tədbirə gələn qonaqları, ekspertləri və jurnalistləri salamlayaraq, bildirib ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin mühüm istiqamətlərindən biri də regional kommunikasiya xətlərinin açılması və bölgədə əməkdaşlıq mühitinin yaradılmasıdır. “Zəngəzur yolunun açılması təkcə Azərbaycanın öz eksklavı olan Naxçıvanla maneəsiz nəqliyyat əlaqəsinin bərpası və Asiya-Avropa nəqliyyat əlaqəsinin yaxşılaşdırılması baxımından deyil, həm də bölgə dövlətlərinin siyasi və iqtisadi əməkdaşlığının bərpası baxımından faydalı bir hadisə olacaq” – təşkilat sədri bildirib. 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev çıxışında bildirib ki, sülh prosesi intensivləşdikcə Qərbi Azərbaycan mövzusuna da diqqət artır.

“Xüsusi ilə Zəngəzur dəhlizi məsələsi ilə bağlı müzakirələri incələsək, görərik ki, fərqli yanaşmalar var. Ancaq bizim öz ekspertlərimiz, vətəndaş cəmiyyətləri tərəfindən illərdir bu məsələlər müzakirə olunur və artıq həm dövlətin, həm də cəmiyyətin bu məsələ ilə bağlı formalaşmış rəyi var” - deyə o, bildirib.

Bakı Mətbuat Klubunun sədri Arif Əliyev Zəngəzur yolunun açılmasının istər siyasi, istər nəqliyyat, istərsə də çox böyük gəlir mənbəyi olaraq iqtisadi baxımdan əhəmiyyətini qeyd edib. “Zəngəzur dəhlizi həmçinin Ermənistanında dünya iqtisadi sisteminə qoşulması üçün yeganə yoldur. Biz uzun illərdir bu məsələnin media işıqlandırılmasını monitorinq edirik. Gələn ay yenidən monitorinq aparacağıq. Zəngəzur məsələsi Azərbaycan mediasının işıqlandırdığı məsələlər arasında 5-ci yerdədir. Gözləyirəm ki, oktyabrda keçirəcəyimiz monitorinqdə bu məsələ ilk pillələrdə yer alacaq” – A.Əliyev bildirib.

Nəqliyyat və kommunikasiya məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Zəngəzur yolunun bir kommunikasiya layihəsi kimi əhəmiyyəti ilə bağlı hazırladığı təqdimatı nümayiş etdirib. Ekspert bildirib ki, ölkəmizin indiyədək Gürcüstan limanlarına və Bakı-Tbilisi-Qars yolu ilə Türkiyəyə çıxışı var idi. Yeni reallıq bu imkanların daha da artdığını göstərir. O, Zəngəzur dəhlizinin əhəmiyyətini 3 mərhələ üzrə dəyərləndirib:

1) Ölkədaxili

2) Türk dünyası

3) Qitələrarası

R.Ağamirzəyev deyib ki, Zəngəzur dəhlizi üzrə həmçinin Culfa üzərindən İran ərazisinə də nəqliyyat dəhlizi yaradıla bilər. Həmçinin, Türkiyənin “Kalkınma yolu” adlandırdığı, Yaxın Şərq ölkələri ilə quru əlaqəsini təmin edən marşrutun bu xəttə birləşdirilməsi imkanı olacaq. “Mərkəzi Asiya ölkələri üçündə bu yol cəlbedicidir. Zəngəzur dəhlizi vasitəsi ilə onlar Afrika və Avropa bazarlarına çıxış əldə edəcəklər. Son hadisələr - Rusiya-Ukrayna müharibəsi, husilərin Qırmızı dənizdə hücumu, İsrail-İran münasibətlərinin gərginləşməsi, o cümlədən Rusiya və İranın sanksiyalar altında olması bu yolun əhəmiyyətini artırmaqdadır. Çünki başqa alternativ yoxdur” - deyə ekspert bildirib.

Siyasi analitik İlqar Vəlizadə bildirib ki, Zəngəzur bölgəsinin siyasi və təsərrüfat-iqtisadi tarixi barədə danışıb. O, deyib ki, 1868-ci ildə Rusiya imperiyası məhz təsərrüfat rayonu olaraq Zəngəzur qəzasını yaratmışdır. “Oranın əhalisi azərbaycanlılar idi. Əsasən heyvandarlıqla məşğul idilər. Dağlıq ərazisində yaylaqların, düzənliklərdə isə qışlaqların olması səbəbindən vahid ərazi sistemi olaraq qəbul olunurdu. Zəngəzur dəhlizi dedikdə təkcə cənub başa düşülür. Halbuki bu anlayış Şahbuzdan Laçına qədər olan ərazini də özündə birləşdirir. Sərhədlər açılsa, bu yol bütün istiqamətləri özündə birləşdirəcək. Bu yol həm də şimal və cənub istiqamətini özündə birləşdirir. Rusiya, çox güman ki, köhnə yoldan istifadə edəcək. Çünki digər istiqamət artıq “Tramp marşrutu” adlandırılır, ona görə də siyasi baxımdan onların bu yoldan istifadə edəcəyini düşünmürəm” – analitik bildirib.

Tədbirdə çıxış edən digər jurnalistlər və QHT təmsilçiləri də mövzu ilə bağlı fikirlərini bölüşüblər.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Sentyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri