Icma.az
close
up
RU
Sülhə düşmən kəsilən Ermənistanın ƏSL SİMASI: “Onlar 2020ci ildə məcbur qalıb saziş imzaladılar” Yeni Çağ Media

Sülhə düşmən kəsilən Ermənistanın ƏSL SİMASI: “Onlar 2020ci ildə məcbur qalıb saziş imzaladılar” Yeni Çağ Media

Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Əslində, Ermənistanın hazırkı siyasətində heç bir yenilik yoxdur. Faktiki olaraq, Ermənistan dövləti yaranandan etibarən, onların rəhbərlərinin dediklərinə inanmağın özü sadəlövhlükdür. Burada söhbət ondan gedir ki, ermənilərin dedikləri ilə əməlləri heç vaxt üst-üstə düşməyib və onlar heç vaxt Azərbaycana qarşı ərazi iddiası, habelə digər iddialardan əl çəkməyib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi təhlilçi Nadir Şəfiyev deyib.

Politoloq Ermənistanın silahlanması fonunda sülh danışıqlarından yayınması ilə verdiyi bəyanatları şərh edib.

Onun sözlərinə görə, ilk gündən yürüdülən siyasət bu günə kimi davam edir:

“Sadəcə olaraq, 2020-ci ildə onların burnu əzilmiş və sınmış vəziyyətdə idilər. Ona görə məcburiyyət qarşısında qalıb sazişin imzalanmasına getmişdilər və geri çəkilmişdilər. Hazırda isə beynəlxalq miqyasda havadarlarının aktivləşməsini görərək ermənilərin özləri də fəallaşırlar və həmin qudurğanlığı biz yenidən görürük. Bu, həmin Paşinyandır ki, biz nə qədər onu digərlərindən daha ağıllı saysaq da, Cıdır düzündə rəqs edirdi, kabab yeyib, araq içərək, azərbaycanlıları hədələyirdi və “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini işlədirdi”.

N. Şəfiyev əlavə edib ki, bu gün vəziyyət bir qədər başqa cürdür:

“Bu gün onlar zəif tərəfdir və ona görə də dilləri qısadır. Amma Fransa, Hindistan, Almaniya və digər Qərb dövlətlərinin onlara dəstək verməsi, eləcə də hazırda Donald Trampın seçilməsi ilə onun ətrafında vəzifəyə təyin olunmuş, ən azından, 3 nəfərin ermənipərəst mövqedə və Amerikanın erməni konqresi ilə yaxın münasibətlərdə olmaları erməniləri dikləşdirir. Amma qanuni və hüquqi tərəfi götürəndə hamı çox gözəl başa düşür ki, sülh müqaviləsinin imzalanmasında Azərbaycanın tələbləri tamamilə müvafiq normalara uyğundur. Çünki bu yaxınlarda Ermənistanın hüquqşünasları da bəyanat vermişdilər ki, həmin məsələ ilə bağlı hətta ratifikasiya dövründə də problem yarana bilər”.

“Bu nə ilə bağlıdır? Əgər sülh müqaviləsi indi olduğu kimi imzalanarsa, Ermənistan konstitusiyasında dəyişikliklər edilməzsə və bunun ratifikasiyası üçün parlament razılıq versə belə, Konstitusiya Məhkəməsi onun hüquqi cəhətdən Ermənistan qanunvericiliyinə uyğun olmadığını təsbit edib ləğv edə bilər, yəni ratifikasiyanı qəbul etməz. Belə olan halda, sülh müqaviləsi, sadəcə olaraq, bir kağız parçası olacaq. Bunun üçün heç uzaq gələcəyi də gözləmək də lazım deyil. Hazırda Ermənistanın mövcud Konstitusiya Məhkəməsi bu qərarı və müqaviləni təsdiqləməyəcək. Ona görə ki Ermənistanın konstitusiyasında göstərilən müstəqillik aktında Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsd və ərazi iddiası var. Bu iddiaya da sülh müqaviləsi, habelə tərəflərin bir-birinin ərazi bütövlüyünün tanınması məsələsi qətiyyən uyğun gəlmir”, – deyə o, söyləyib.

“O ki qaldı Ermənistanın hazırda ritorikasının getdikcə sərtləşməsinə, bu, beynəlxalq aləmdə müəyyən dəyişikliklərin baş verməsi, Ermənistanın silahlandırılmasında Qərb ölkələri ilə Hindistanın xüsusi canfəşanlıq göstərməsi və təəssüflər olsun ki, eyni zamanda, bizim cənub qonşularımızın Ermənistana dəstək verməsi ilə bağlıdır. Son nəticədə isə bu, hazırda formalaşmaqda olan ABŞ-nin yeni seçilmiş prezidentinin ətrafında ermənipərəst qüvvələrinin olması ilə də əlaqədardır”, – həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 15 Noyabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri