Icma.az
close
up
RU
Baydendən amerikansayağı “demokratiya” dərsi və yaxud ABŞ nin ƏSL SİMASI Yeni Çağ Media

Baydendən amerikansayağı “demokratiya” dərsi və yaxud ABŞ nin ƏSL SİMASI Yeni Çağ Media

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın Ağ Evi tərk edən və yerini Donald Trampa verən 46-cı prezidenti Co Bayden sonuncu qərarı ilə dünyaya şoka saldı. Bu, həm də özünü “demokrat” adlandıran Baydenin demokratiyaya sonuncu zərbəsi idi.

Bayden Ağ Evi tərk etməsinə dəqiqələr qalmış ailə üzvlərinin “əfvi” ilə bağlı qərar verdi. Bu, onun ABŞ prezidenti kimi sonuncu qərarı idi və bu imkanını Amerika xalqına yox, məhz ailəsinə sərf etməsi onun əsl simasını da ortaya çıxarır.

Baydenin qardaşı Ceyms Baydeni və həyat yoldaşı Saranı, bacısı Valeri Baydeni və əri Con T.Ouensi və digər qardaşı Frensis Baydeni əfv edib. İddia edib ki, bu qərarı “ailəsini Trampdan qorumaq” məqsədi daşıyır, halbuki, ABŞ-da “Bayden ailəsi” ilə bağlı aparılan araşdırmalar onların qaranlıq biznesə malik olduğunu, prezidentin qohumluğundan sui-istifadə edərək, qanunları pozduğunu ortaya çıxarır. Respublikaçılar tərəfindən aparılmış “Bayden ailəsinin araşdırması” ilə bağlı materiallar da bunu sübut edir.

Məlumatlara görə, Baydenin qardaşları və bacısı, eləcə də onların həyat yoldaşları Çindən tutmuş, avropanın müxtəlif ölkələrinə qədər bir çox bölgədə qeyri-legitim əlaqələrə malikdir. Onlar Baydenin prezidentliyindən istifadə edərək, qeyri-qanuni biznes qurublar və qanunları pozublar.

Bayden isə faktiki olaraq, onları əfv etməklə ABŞ prezidenti kimi vəzifə səlahiyyətlərini sui-istifadə etdi. Hərçənd ki, bu onun ilk belə addımı deyil. Bundan öncə Bayden oğlu Hanteri də həbsdən azad etmişdi. Hanter vergi qaçaqmalçılığında və xaricdə qeyri-qanuni biznesdə ittiham olunurdu, hətta silah qaçaqmalçılığı ilə məşğul olduğu haqda məlumatlar vardı. Bu ittihamlar onu onilliklər boyunca həbsə məhkum etməyə imkan verirdi. Məhkəmə Hanterlə bağlı ittihamları təsdiqləmişdi. Lakin Bayden vəzifə səlahiyyətlərindən istifadə edərək, oğlunu əfv etdi. Bununla da lazım olanda demokratiya və qanunun aliliyi prinsiplərini heçə saydığını nümayiş etdirdi.

Ağ evi tərk etməmişdən dəqiqələr öncə ailə üzvlərini əfv etməsi də demokratların lideri olan Baydenin əslində anti-demokrat olduğunu bir daha təsdiqlədi. Bu, ABŞ-ın Baydensayağı demokratiyasının sonuncu nümunəsi hesab oluna bilər.

Son 4 ildə bütün dünya Baydensayağı demokratiyanın dəfələrlə şahidi olub. Bayden Administrasiyasının demokratik prinsipləri ABŞ-ın maraqlarına qurban verdiyi, əslində demokratiyadan alət kimi istifadə etdiyi bəlli idi. Görünür ki, dünyada bu cür hərəkət edən Bayden ABŞ daxilində demokratiyanı özünün və ailəsinin maraqlarına da qurban verir./demokrat.az

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 21 Yanvar 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see195

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see194

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see180

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see139

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see138

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see132

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see125

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see119

Yeməkdən dərhal sonra çay içmək olmaz Yan təsiri var

01 Dekabr 2025 09:52see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri