Icma.az
close
up
RU
Sülhə gedən yolda real addımlar: Regional danışıqların yeni mərhələsi

Sülhə gedən yolda real addımlar: Regional danışıqların yeni mərhələsi

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan–Ermənistan münasibətlərində danışıqların intensivləşməsi, xüsusilə də Münxendə keçirilən son görüşlər regionda sülh gündəliyinin daha konkret mərhələyə daxil olduğunu göstərir.

Tərəflərin kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı etimadın bərpası istiqamətində atdığı addımlar artıq prosesin texniki müzakirələrdən siyasi qərarlara doğru irəlilədiyini nümayiş etdirir.

Hazırkı mərhələ sülh sazişinin imzalanmasına gətirib çıxara biləcək ən kritik addımın müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və tərəflərin strateji iradəsi bu prosesdə həlledici rol oynaya bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində kifayət qədər ciddi addımlar atılır: 

"Artıq irəliyə doğru intensiv şəkildə atılan addımlar sırasında ilk olaraq Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması dayanır. Ardınca isə həmin razılaşdırılmış sülh sazişi mətninin Vaşinqtonda üçtərəfli imza ilə, yəni Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə paraflanması olduqca ciddi addım kimi qiymətləndirilə bilər".

Onun sözlərinə görə,  yekun proses məhz yekun sülh sazişinin rəsmi imzalanmasından sonra başa çata bilər və bu məsələ bir dəfəlik həllini tapmış olar: 

"Bununla belə, yekun sülh sazişinin imzalanması üçün bəzi şərtlərin yerinə yetirilməsi vacibdir. İlk növbədə Paşinyan hakimiyyətinin növbəti parlament seçkilərində qalib gəlməsi mühüm amil hesab olunur".

Həmsöhbətimiz qeyd edib ki, əks halda hakimiyyətə Rusiyanın təsir şəbəkəsinə bağlı siyasətçilər gələ bilər ki, bu da yekun sülh sazişinin imzalanmasını ləngidə və ya bloklaya bilər. Bu baxımdan Paşinyan hakimiyyətinin növbəti parlament seçkilərində qalib gəlməsi önəmli faktordur.

"Əgər Paşinyan hakimiyyəti növbəti parlament seçkilərində qələbə qazanarsa, Ermənistanda referendum keçiriləcəyi və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəaların ləğvi ilə bağlı qərar veriləcəyi bildirilir. Rəsmi İrəvanın açıqlamasına görə, Ermənistanın yeni Konstitusiyası mart-aprel aylarına qədər hazır olacaq və bundan sonra sənəd referenduma çıxarılacaq",- müsahibimiz əlavə edib.

Elçin Xalidbəyli onu da deyib ki,  Azərbaycan indiki mərhələdə cəmi bir şərt irəli sürür: 

"Bu şərt Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasıdır. Bu addım atıldıqdan sonra sülh sazişinin imzalanması qarşısında heç bir əngəl qalmayacaq. Paşinyan hakimiyyəti növbəti parlament seçkilərində qalib gələrsə, Ermənistanda referendum keçiriləcək, Konstitusiyada dəyişiklik ediləcək və bu dəyişiklikdən sonra Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişi rəsmi şəkildə imzalanmış olacaq".

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Fevral 2026 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri