Icma.az
close
up
RU
Əbu Dabi görüşü: Azərbaycan Ermənistan normallaşmasında yeni mərhələ və regional sülhə doğru real addımlar

Əbu Dabi görüşü: Azərbaycan Ermənistan normallaşmasında yeni mərhələ və regional sülhə doğru real addımlar

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“2026-cı il fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla keçirdiyi görüş regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilir. Bu görüş yalnız iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan növbəti addım deyil, eyni zamanda Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmininə xidmət edən strateji yanaşmanın tərkib hissəsidir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, görüş zamanı tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə Vaşinqtonda keçirilmiş Sülh Sammitinin nəticələrinin icrası istiqamətində əldə olunan irəliləyişi yüksək qiymətləndirərək, bu prosesin davamlı xarakter almasının vacibliyini vurğulayıblar. Bu fakt göstərir ki, Azərbaycan-Ermənistan normallaşması artıq formal bəyanatlar mərhələsini aşaraq real, praktik və ölçülə bilən nəticələr mərhələsinə qədəm qoyub.

Nicat İsmayılov

“Əbu-Dabi görüşünün diqqətçəkən məqamlarından biri tərəflərin sülhün konkret dividendlərini artıq real həyatda müşahidə etdiklərini vurğulamalarıdır. Bu, ilk növbədə, ikitərəfli ticarətin başlanması, Azərbaycanın Ermənistana neft məhsulları ixracının davam etməsi və üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin təmin olunması kimi mühüm iqtisadi addımlarla ifadə olunur. Bu proses regionda iqtisadi qarşılıqlı asılılığın formalaşmasına, etimad mühitinin gücləndirilməsinə və uzun illər davam etmiş qarşıdurmanın yerini əməkdaşlığa verməsinə şərait yaradır. Azərbaycanın bu məsələdə nümayiş etdirdiyi konstruktiv mövqe, cənab Prezident İlham Əliyevin sülhə və regional inteqrasiyaya verdiyi strateji önəmin bariz göstəricisidir”-deyən politoloq bildirib ki, tərəflərin ikitərəfli ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmaq barədə razılığa gəlmələri xüsusi əhəmiyyət daşıyır.

Nicat İsmayılov vurğulayıb ki, bu, Cənubi Qafqazda yeni iqtisadi platformaların formalaşmasına, regional bazarların inteqrasiyasına və nəqliyyat-logistika dəhlizlərinin genişlənməsinə şərait yarada bilər: “Xüsusilə TRIPP və digər bağlantı layihələrinin müzakirəsi regionun nəqliyyat və kommunikasiya xəritəsinin yenidən formalaşdırılması baxımından strateji önəm daşıyır. Bu layihələr yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə Avrasiya məkanında ticarət əlaqələrinin güclənməsi, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin effektivliyinin artırılması baxımından mühüm imkanlar yaradır”.

“Əbu-Dabi görüşündə vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin alqışlanması və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığın əldə olunması sülh prosesinin sosial-humanitar ölçüsünü ön plana çıxarır. Uzun illər davam edən münaqişənin yaratdığı psixoloji baryerlərin aradan qaldırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dialoq mühitinin formalaşdırılması dayanıqlı sülhün əsas şərtlərindən biridir”-deyə politoloq qeyd edib.

Politoloqun fikrincə, bu baxımdan Azərbaycan tərəfinin humanitar əməkdaşlıq təşəbbüsləri sülh gündəliyinin dərinləşdirilməsinə, regionda yeni təhlükəsizlik arxitekturasının qurulmasına xidmət edir.

“Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və uzaqgörən siyasət nəticəsində Azərbaycan regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas təşəbbüskarı kimi çıxış edir. Azərbaycanın milli maraqlara əsaslanan, beynəlxalq hüquqa söykənən və regional sabitliyi hədəfləyən bu siyasəti artıq beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.

Əbu-Dabi görüşü bir daha sübut etdi ki, Azərbaycan yalnız hərbi-siyasi qələbə ilə kifayətlənmir, əldə olunmuş tarixi nəticələri dayanıqlı sülh və inkişaf platformasına çevirməyi əsas strateji məqsəd kimi qarşıya qoyur.

Cənab Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını təsdiqləmələri və ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəlmələri region üçün mühüm mesajdır. Bu razılaşma Cənubi Qafqazda münaqişələr dövrünün başa çatmaqda olduğunu, əməkdaşlıq və tərəfdaşlıq mərhələsinin isə artıq reallığa çevrildiyini göstərir”-deyən Nicat İsmayılov bildirib ki, Əbu-Dabi görüşü sülh prosesinin dönməz xarakter aldığını nümayiş etdirərək, region xalqlarına təhlükəsizlik, rifah və sabitlik vəd edən yeni geosiyasi reallığın formalaşdığını təsdiqləyir.

Politoloq vurğulayıb ki, fevralın 4-də keçirilmiş bu görüş təkcə Azərbaycan-Ermənistan münasibətlərində deyil, bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasında mühüm dönüş nöqtəsi kimi tarixə düşmək potensialına malikdir: “Prezident İlham Əliyevin liderliyi ilə yürüdülən sülh siyasəti regionu davamlı sabitlik və tərəqqi yoluna çıxarmaq baxımından strateji əhəmiyyət daşıyır”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Fevral 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see354

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see202

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see191

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see169

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see142

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri