Icma.az
close
up
RU
Sülhə mina basdırılır: Ermənistan xəritə ilə alver edir

Sülhə mina basdırılır: Ermənistan xəritə ilə alver edir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməlidir” 


Kəlbəcərdə hərbi qulluqçuların minaya düşməsi ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, 5 hərbi qulluqçunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır. Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşüb.


 Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır.


Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Sherg.az-a açıqlamasında Üçtərəfli bəyannaməyə əsasən, Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməli olduğunu xatırladıb: 

“Tərəflər arasında danışıqların intensivləşdiyi, sülh prosesinə yaxınlaşdığımız vəziyyətdə belə Ermənistan mina xəritələri məsələsində konstruktiv mövqe nümayiş etdirmir. Halbuki əminliklə deyə bilərik ki, dəqiq mina xəritələri Ermənistanda var və onlar harada, hansı kəndlərdə, hansı ərazilərdə minaların basdırıldığını dəqiq bilirlər. 4 kəndin Azərbaycana geri verilməsi ilə bağlı razılıq əldə etdikdən sonra həmin kəndlərin ərazilərindəki mina xəritələri elə erməni ordusu tərəfindən qısa müddətdə təmizləndi. Bu, bir daha onu göstərir ki, ermənilər hansı ərazilərdə minaların olduğunu dəqiq bilirlər və öz təhlükəsizlikləri üçün bu mina xəritələrinin dəqiq yerlərini təsbit edərək təmizləyirlər. Amma Azərbaycana verdikləri mina xəritələri təəssüf ki, özünü doğrultmadı”.

Hüquq müdafiəçisinin sözlərinə görə, Ermənistan mina xəritələri üzərindən də siyasi oyun quraraq müharibə cinayəti törətməyə davam edir: “Düşünürəm ki, mütəmadi olaraq BMT-nin Təhlükəsizlik Şurasında, digər beynəlxalq təşkilatlarda mina xəritələri məsələsini gündəmə gətirməliyik. Beynəlxalq təşkilatların Ermənistana bu məsələdə təzyiq göstərməsinə çalışmalıyıq. Amma beynəlxalq təşkilatlarda, xüsusən xristian Avropasında ikili standartlar artıq həyat tərzinə çevrilib. Qərbin marağında olan məsələlərdə qısa müddət ərzində qərarlar çıxarılır və həyata keçirilir. Buna rəğmən Azərbaycan mina xəritələri məsələsini hər zaman gündəmdə saxlamalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Avqust 2025 07:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri