Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Sülhlə bağlı Ermənistana təzyiq artır RƏY

Sülhlə bağlı Ermənistana təzyiq artır RƏY

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İrəvanın son günlərdə sülhlə bağlı hərəkətlənməsi Vaşinqtondan gələn tələbdir

 Noyabrın 1-də Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mger Qriqoryanın sədrliyi altında növbəti görüş keçirildi. İki dövlət arasında sərhədin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya rəhbərlərinin görüşü zamanı tərəflər dövlətdaxili prosedurların onların dövlətləri tərəfindən yerinə yetirilməsi barədə bildirişləri mübadilə etdilər. Növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ətrafında fikir mübadiləsi apardılar. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəldilər. Ayrıca olaraq nəqliyyat kommunikasiyaları məsələləri də müzakirə olundu. Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, sərhədin delimitasiya və demarkasiyası prosesinin növbəti mərhələsi Sünik vilayətində (Zəngəzur) keçirilə bilər. Spiker delimitasiya prosesinin hansı ərazidə davam etdiriləcəyi ilə bağlı sualı da cavablandırıb: “Hər şey mümkündür. Davam etmək üçün əsas ola biləcək müxtəlif arqumentlər, əsaslar, suallar var. Şimalda, cənubda davam etmək mümkündür. Ümumilikdə Sünikdən (Zəngəzur), yaxud daha konkret olan hansısa hissədən başlamaq da mümkündür. Bununla bağlı müzakirələr gedir. 12, 50 və ya 100 kilometrlik sərhədimizin bərpası tariximizin mühüm məsələsidir, bunu həll etsək, hamımız razı olmalı və şükür etməliyik”. Azərbaycanla danışıqların gedişindən danışan Simonyan qeyd edib ki, bir çox ikitərəfli məsələləri həll etməmişik, siyasi iradə olarsa, bütün bu məsələləri həll etmək olar: "Hesab edirəm ki, davam edən müzakirələr də buna yönəlib. Sərhədin delimitasiya qaydasının mövcudluğu həm Ermənistan, həm də Azərbaycan üçün böyük qələbədir".

Politoloq Fuad Abbasov "Sherg.az”a açıqlamasında deyib ki, Kazanda Azərbaycan və Ermənistan dövlət başçılarının görüşündən sonra İrəvanın fəallaşması və sərhəd delimitasiyası ilə bağlı komissiyaların müzakirələri müsbət haldır. Analitik vurğulayıb ki, Ermənistan bunu özbaşına, öz iradəsi ilə həyata keçirmir: 

"Bunu İrəvan hökumətindən başda ABŞ olmaqla Qərb tələb edir. Əslində, Azərbaycanın da istəyi sülh prosesində irəliləyişə nail olmaqdır. Məhz buna görə Ermənistan qarşısında müəyyən tələblər qoyulur. Kazan görüşündən, daha doğrusu, BRICS sammitindən əvvəl ABŞ Prezidenti C.Baydenin Azərbaycan rəhbərliyinə göndərdiyi məktublarda Ermənistanla sülh müqaviləsinin tez zamanda imzalanmasına diqqət çəkilirdi. Böyük ehtimal Bayden İrəvan hökumətinin başçısı Nikol Paşinyana da eyni mesajları göndərmişdi. O baxımdan sülh prosesinin sürətlənməsi normal və təbiidir. Rəsmi Bakı hər zaman öz mövqeyini ortaya qoyub və sülh prosesinin sürətlənməsində maraqlı olduğunu açıqlayıb. Ancaq bir daha qeyd edirəm ki, İrəvanın son günlərdə sülhlə bağlı hərəkətlənməsi Vaşinqtondan gələn tələb üzərinədir. Əfsuslar olsun ki, Ermənistan rəhbərliyi, o cümlədən hökumət nümayəndələri konstitusiyanın dəyişdirilməsindən, bu məsələnin zəruriliyindən danışmırlar. Əgər Ermənistan "konstitusiyadan Azərbaycana qarşı ərazi iddiaları çıxarıldı" şəklində açıqlama versə, İrəvan hökumətinin sülhdə daha ciddi olduğunu, səmimi yanaşdıqlarını görəcəyik. Əks halda onsuz da bütün dünyanın bildiyi həqiqətləri ara-sıra hansısa erməni rəsminin dilə gətirməsi mənasızdır. Bu da Azərbaycan üçün heç nə dəyişmir".

 F.Abbasov bəyan edib ki, nə Paşinyan, nə də onun hökumətinin üzvləri konstitusiyanın dəyişdirilməsi barədə konkret fikir bəyan edirlər:

 "Davamlı olaraq "sülh sazişinin 80 faizi razılaşdırılıb, müqaviləni imzalamağa hazırıq" kimi bəyanatları dilə gətirirlər. Bunlar ABŞ-dən gələn sifarişlər əsasında Paşinyanın səsləndirdiyi tezislərdir. Əgər Ermənistan tərəfi həqiqətən Azərbaycanla sülh sazişinin imzalanmasını istəsəydi, ən qısa müddətdə konstitusiya ilə bağlı referendum elan edərdi. Sülh danışıqlarını ancaq bununla sürətləndirmək və müsbət sonluğa çatdırmaq mümkündür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Noyabr 2024 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see769

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see424

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see301

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see287

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see268

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see268

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see267

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see266

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see249

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see240

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see237

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see232

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see231

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see231

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see228

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see227

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see213

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see211

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see208

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri