Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Sülhü sabotaj edən səfir

Sülhü sabotaj edən səfir

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İranın Ermənistandakı səfiri Mehdi Sübhani növbəti dəfə Zəngəzur dəhlizi əleyhinə çıxış edib. 

Ermənistandakı bütün diplomatik fəaliyyəti Zəngəzur dəhlizinin açılmasına qarşı mübarizədən ibarət olan Subhani səfir kimi səlahiyyətlərinin başa çatmasına baxmayaraq, təxribatçı missiyasından əl çəkmək istəmir. “Heç bir dəhliz olmayacaq, heç bir məcburetmə də olmayacaq”. 

Bunu diplomatik missiyası başa vurmaq ərəfəsində olan Mehdi Sübhani sentyabrın 9-da parlamentdə jurnalistlərlə söhbətində deyib. O əlavə edib ki, söhbət eksterritoriallıqdan deyil, yoldan gedir. “Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətnində (Söhbət ABŞ-də imzalanmış bəyannamədən gedir - red.) heç bir dəhlizdən bəhs edilmir”, - Sübhani qeyd edib. Mehdi Sübhaninin açıqlaması “Tramp maşrutu”nun və ya Zəngəzur dəhlizinin açılmasından İran rejiminin kifayət qədər narahat olduğundan xəbər verir. 

Təbii ki, artıq prosesə start verilib və həm Azərbaycan, həm də Ermənistan nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına dair razılığa gəldiyindən İran yeni reallıqları dəyişmək iqtidarında olmadığını anlayır. Digər tərəfdən, Zəngəzur dəhlizi birbaşa prezident Trampın təşəbbüsü və adı ilə bağlıdır. Yəni İran ABŞ üçün strateji əhəmiyyət daşıyan geoiqtisadi layihənin qarşısını ala bilməyəcəyinin fərqindədir. 

Əks təqdirdə, regionda baş verə biləcək toqquşma İrana çox ciddi zərbə vura bilər. Ona görə də rəsmi Tehran bu cür fikirləri ortaya atmaqla daha çox bölgədə nəqliyyat əlaqələrinin açılmasını və Azərbaycanla Ermənistan arasında sülh prosesini sabotaj etməyə çalışır. Mehdi Sübhani sülh sazişində dəhlizdən bəhs edilməməsi barədə iddia irəli sürməklə İranı “Tramp marşrutu”nun reallaşmasına mane olacaq güc kimi təqdim etməyə çalışır. 

Ancaq səfir söhbətin yoldan getdiyini dilə gətirməklə dolayısı ilə Zəngəzur dəhlizinin açılmasının qaçılmaz reallığa çevrildiyini etiraf edir.  Qeyd edək ki, Azərbaycan Ermənistan ərazisində eksterritoriallığn olmasını əsas şərt kimi irəli sürməyib. Rəsmi Bakının əsas şərti Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və təhlükəsiz hərəkətin təmin olunmasından ibarətdir. “Tramp marşrutu” da bunun realladıra biləcək bir layihədir. 

İkincisi, “Tramp marşrutu” “Orta dəhliz”in bir hissəsi olduğundan mahiyyət etibarı ilə dəhliz sayılır. Sadəcə, bu dəhlizin təhlükəsizliyinin təmin olunmasında Ermənistan da ikinci tərəf kimi iştirak edə bilər ki, bunun da şərtləri müqavilə ilə razılaşdırılacaq. Yəni İranın 2022-ci ildən bəri Zəngəzur dəhlizini özünün “qırmızı xətt” elan etməklə əngəlləmək planı iflasa uğrayıb. 

Dəhliz və ya yol adlanmasından asılı olmayaraq, Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçid üçün imkan yaranıb. Əslində, Mehdi Sübhaninin qeyd edilən açıqlaması İranın son vaxtlar bu məsələdəki mövqeyində baş verən dəyişikliyin əlaməti kimi də başa düşülə bilər. Belə ki, İran rejimi ABŞ qarşısında geri çəkildiyini büruzə verməmək üçün “dəhliz deyil, yoldur” ifadəsini irəli sürür. 

Yəni İran üçün “qırmızı xətt” hesab ediləcək və onun regiondakı strateji maraqlarına təhlükə yaradacaq hər hansı bir səbəb qalmadığına işarə edir. Çünki İran tərəfi Zəngəzur dəhlizindən istifadə etməklə regional nəqliyyat şəbəkəsindən yalnız fayda götürməkdən başqa yolunun qalmadığını yaxşı başa düşür. Ona görə də indiyə qədər səsləndirdiyi populist bəyanatları Mehdi Sübhaninin diplomatik ifadələri ilə ört-basdır etməyə çalışır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: İran Ermənistan Mehdi Sübhani

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see661

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see629

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see627

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see502

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see463

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see440

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see415

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see393

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see349

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see343

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see341

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see330

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see327

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see324

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see322

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see318

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see312

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see310

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see305

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see288
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri