Icma.az
close
up
RU
Sülhün altına mina qoyulub: Ermənistanı xəritələrin taleyini düşünməyinə məcbur etməliyik

Sülhün altına mina qoyulub: Ermənistanı xəritələrin taleyini düşünməyinə məcbur etməliyik

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kəlbəcərdə beş Azərbaycan hərbçisinin mina partlayışı nəticəsində yaralanması Ermənistanın işğal dövründə həyata keçirdiyi sistemli və planlı mina terrorunun acı nəticəsidir. Bu, təsadüfi bir təhlükə deyil!  Ermənistanın azad edilmiş ərazilərimizi uzunmüddətli humanitar və hərbi təhlükəyə çevirmək məqsədi ilə basdırdığı minalərin məntiqi davamıdır. Rəsmi İrəvan hələ də işğal zamanı basdırdığı minaların tam xəritəsini təqdim etməkdən imtina edir, bu isə beynəlxalq hüququn və xüsusilə müharibə sonrası humanitar prinsiplərin açıq şəkildə pozulması deməkdir. Hər dəfə belə bir faciə baş verdikcə, Ermənistanın regionda sülh və sabitliyə deyil, daha çox qarşıdurma və təhlükə mənbəyi kimi çıxış etdiyi bir daha təsdiqlənir. Tərəflər arasında sülh danışıqları aparıldığı bir zamanda mina qurbanlarının artması, Ermənistanın səmimiyyəti və gerçək niyyətləri ilə bağlı ciddi suallar doğurur. 

Xatırladaq ki,  Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşüb. Baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur. 

5 hərbi qulluqçunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır. 


Millət vəkili  Azər Badamov “Sherg.az”a açıqlamasında deyib ki, torpaqlarımızın işağlı zamanı basdırılmış minalar və partlanmamış hərbi sursatlar həm hərbiçilərimiz üçün, həm də öz doğma yurdlarına qayıdan mülki insanlar üçün təhlükə mənbəyi olaraq qalmaqdadır: 


 “Müharibənin başa çatdığı 5 ilə yaxın dövürdə 300-dən çox insanımız minaya düşərək həlak olmuş və ya da xəsarət almışdır.  Müharibə döyüş meydanında başa çatsa da təəssüf ki, mina müharibəsi davam etməkdədir.  Ermənisrtana və beynəlxalq təşkilatlara dəfələlərlə müraciət etməyimizə baxmayaraq hələ də minalanmış ərazilərin dəqiq xəritələri ölkəmizə təqdim olunmamışdır. Təqdim olunan xəritələrin dəqiqliyi isə cəmi 20%-dək olmuşdur.  Bu da həm ərazilərin minalardan təmizlənmə işlərimizi, həm də azad olunmuş ərazilərin yenidən qurub bərpasını çətinləşdirir. O cümlədən 5 əsgərimizin minaya düşərək xəsarət alması ürək üzücü hadisədir. Belə ki, Ermənistan minalanmış ərazilərin dəqiq xəritələrini bizə təqdim etməməkdə davam etdkcə beynəlxalq təşkilatlar qarşısında bu məsələni mütəmadi qaldırmalı və beynəlxalq normalar çərçivəsində tələbimizi çatdırmalıyıq. Ola bilsin ki, Ermənistanda xəritlərlə bağlı dəqiqləşmə aparmaq çətindir. Çünki, orada hakimiyyətin gücü zəifdir və xəritələr əlində olan şəxslər qəsdən gizlədib iki ölkə arasında münasibətlərin normallaşmasına bu yolla mane olmağa çalışırlar. Amma hər halda biz tələbimiz beynəlxalq platformalarda və diplomatik kanllarla mütəmadi çatdırmalı, Ermənistan hakimiyyətini xəritələrin taleyini düşünməyinə məcbur etməliyik. Ermənistan əgər sülh istəyirsə düşmənçiliyi davam etdirməməli və belə cinayətlərdən əl çəkməlidir”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Avqust 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see210

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see203

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see192

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see175

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see143

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see138

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see137

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see137

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see133

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see133

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see131

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see130

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see128

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see126

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see124

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see124

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see123

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see123

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see121

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri