Icma.az
close
up
RU
Sülhün dialoq və etimad körpüsü

Sülhün dialoq və etimad körpüsü

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Çoxtərəfli təhlükəsizliyə Bakı və Daşkəndin ortaq baxışı

Dünya sürətlə dəyişir və beynəlxalq sistem bu dəyişikliklərə adekvat cavab verməkdə çətinlik çəkir. SSRİ-nin süqutundan sonra yaranmış yeni beynəlxalq konfiqurasiyada baş verən hadisələr göstərir ki, uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması üçün məsuliyyət daşıyan təşkilatlar – BMT, ATƏT və digər beynəlxalq qurumlar dəyişikliklər qarşısında əksər hallarda aciz qalırlar. Son 30 ildə bu təşkilatların islahatlara ehtiyacı barədə çox danışılıb, lakin əməli addımlar atılmayıb.

Bu təşkilatların dünyada baş verənlərə təsir imkanları getdikcə azalır, qlobal təhlükəsizlik məsələləri isə mürəkkəb xarakter alır. Siyasi, sosial-iqtisadi və regional ziddiyyətlərin yığılması uzunmüddətli münaqişə potensialını artırır. Belə bir şəraitdə preventiv diplomatiya yalnız nəzəri konsepsiya deyil, real və strateji ehtiyac kimi önə çıxır. Məhz bu formatda Özbəkistanın təşəbbüsü və Azərbaycanın prosesdə oynaya biləcəyi rol xüsusi əhəmiyyət kəsb edir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2027-ci ili Preventiv Diplomatiya ili elan etmək istəyi maraqla qarşılanıb. Bu ideya təsadüfi deyil və Daşkəndin son illər apardığı xarici siyasət kursunun məntiqi davamıdır. Özbəkistan regionda açıq dialoqa, mehriban qonşuluğa və qarşılıqlı etimada əsaslanan yeni siyasi mühit formalaşdırmağa çalışır. Mərkəzi Asiyada dövlətlərarası münasibətlərin sağlam əsaslar üzərində qurulması, regional inteqrasiyanın gücləndirilməsi və münaqişə risklərinin minimuma endirilməsi bu siyasətin əsas prioritetlərindəndir. Preventiv diplomatiya təşəbbüsü də məhz bu yanaşmanın beynəlxalq müstəviyə çıxarılması kimi qiymətləndirilir. Bu prosesdə Azərbaycanın mövqeyi və təcrübəsi örnəkdir.

Onu da qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatının ən fəal və təşəbbüskar üzvlərindən biridir. Bakının 2019–2023-cü illərdə Hərəkata sədrliyi təşkilatın fəaliyyətində keyfiyyətcə yeni mərhələ açıb. Bu dövr Hərəkatın tarixində çoxsaylı təşəbbüslərlə yadda qalıb. Bunlardan biri də quruma üzv olan dövlətlərin Parlamentlər Şəbəkəsinin yaradılması idi. Prezident İlham Əliyev bu təşəbbüslə Beynəlxalq Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış etmişdi. Dövlətimizin başçısı bütün üzv dövlətlər tərəfindən dəstəklənən bu təşəbbüsü Azərbaycanda reallaşdırdı.

Azərbaycanın özünün keçdiyi mürəkkəb tarixi yol preventiv yanaşmaların əhəmiyyətini açıq şəkildə göstərir. Uzun illər davam edən münaqişə dövründə beynəlxalq ictimaiyyətin vaxtında və təsirli mexanizmləri işə sala bilməməsi problemin dərinləşməsinə, risklərin qalmasına səbəb oldu. Nəticədə münaqişənin həlli daha çətin və baha başa gəldi. Bu təcrübə təkcə regional deyil, qlobal miqyasda da dərs kimi dəyərləndirilə bilər. Azərbaycanın yaşadığı reallıq göstərdi ki, preventiv diplomatiya yalnız humanist çağırış deyil, həm də rasional və strateji zərurətdir.

Münaqişənin aktiv mərhələsi başa çatdıqdan sonra Azərbaycanın xarici siyasət gündəliyində postmünaqişə bərpası və dayanıqlı sülhün təmin edilməsi əsas yer tutdu. Bakının təhlükəsizlik anlayışının iqtisadi və sosial ölçüləri də əhatə etdiyini göstərir. Azərbaycan üçün təhlükəsizlik təkcə hərbi balans məsələsi deyil, eyni zamanda, qarşılıqlı asılılıq, iqtisadi inkişaf və regional inteqrasiya ilə sıx bağlıdır. Bu yanaşma preventiv diplomatiyanın mahiyyəti ilə üst-üstə düşür və münaqişələrin köklü səbəblərinin aradan qaldırılmasına yönəlir.

Bundan başqa, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə qurum, sadəcə, siyasi bəyanatlar platforması olmaqdan çıxararaq, beynəlxalq problemlərin müzakirə olunduğu və konkret mövqelərin formalaşdırıldığı təsirli mexanizmə çevirməyə çalışdı. Dövlətlərin suveren bərabərliyi, beynəlxalq hüququn selektiv tətbiqinin yolverilməzliyi, çoxtərəfli dialoqun gücləndirilməsi kimi prinsiplər Bakının sədrliyi dövründə Hərəkatın əsas xəttinə çevrildi.

Ölkəmizin cəmi 3 illik sədrliyi dövründə Qoşulmama Hərəkatına verdiyi impuls və təşkilatın beynəlxalq miqyasda artan nüfuzu dünya birliyinin Azərbaycana olan etimadının göstəricisidir. Məhz bu etimad sayəsində Azərbaycanın təşkilata sədrliyinin daha bir il müddətinə uzadılmasına dair qərar qəbul olundu. Bütün bunlar onu göstərir ki, Azərbaycan təşkilata sədrliyi dövründə 2019-cu ilədək amorf bir qurum kimi tanınan Qoşulmama Hərəkatını qlobal siyasətin ön cərgəsinə çıxarmağa və beynəlxalq təşəbbüslərin müəllifinə çevirməyə nail oldu.

Məhz bu nöqtədə Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakteri daha aydın görünür. Bu barədə XQ-yə açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Roza Bayramlı bildirdi ki, hər iki ölkə xarici siyasətində çoxvektorluq və bloklardan kənarlıq prinsipini əsas tutur: “Bakı və Daşkənd hərbi-siyasi alyanslardan uzaq duraraq, strateji muxtariyyətini qorumağa çalışır və siyasi-diplomatik vasitələrə üstünlük verir. Bu oxşar yanaşma onların Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyətini daha da asanlaşdırır. Özbəkistanın preventiv diplomatiya təşəbbüsü ilə Azərbaycanın bu sahədəki təcrübəsi bir-birini tamamlayır və sinerji yaradır.

Bundan başqa, Azərbaycan və Özbəkistan təkcə siyasi baxımdan deyil, həm də coğrafi və iqtisadi müstəvidə bir-birini tamamlayan ölkələrdir. Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiya arasında mühüm nəqliyyat və kommunikasiya körpüsü rolunu oynayır. Orta Dəhliz layihəsi, Xəzər üzərindən tranzit imkanlarının genişlənməsi, regional logistika şəbəkələrinin inkişafı hər iki ölkənin maraqlarına cavab verir. Bu layihələr təkcə iqtisadi fayda gətirmir, eyni zamanda, qarşılıqlı asılılığı artıraraq münaqişə risklərini azaldan mühüm preventiv mexanizm funksiyası daşıyır.

Özbəkistanın Qoşulmama Hərəkatına sədrliyə hazırlaşması fonunda Azərbaycanın institusional təcrübəsi xüsusi dəyər kəsb edir. Bakı Hərəkatın iş mexanizmlərinin təkmilləşdirilməsi, onlayn və fövqəladə Zirvə görüşlərinin təşkili, qlobal çağırışlara operativ reaksiya verilməsi sahəsində təcrübə toplayıb. Bu təcrübənin Daşkəndlə paylaşılması, birgə təşəbbüslərin hazırlanması preventiv diplomatiya gündəliyinin konkret məzmunla zənginləşdirilməsinə xidmət edə bilər. Əsas məsələ bu təşəbbüslərin deklarativ səviyyədə qalmaması, real proqramlar və mexanizmlərlə dəstəklənməsidir”.

Ekspertin sözlərinə görə, Beynəlxalq sistemin getdikcə daha çox fraqmentləşdiyi, etimadın azaldığı bir dövrdə Azərbaycan və Özbəkistan kimi dövlətlərin əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır: “Ölkələrin ortaq baxışı göstərir ki, təhlükəsizlik yalnız güc balansı ilə deyil, dialoq, qarşılıqlı hörmət və inklüziv yanaşmalarla təmin oluna bilər. Qoşulmama Hərəkatının bu ruhda yenidən canlandırılması beynəlxalq münasibətlərdə konstruktiv alternativlərin mövcud olduğunu sübut edə bilər”.

Beləliklə, Özbəkistanın yeni təşəbbüsü və Azərbaycanın bu prosesdə fəal iştirakı qurumun gələcəyi üçün yeni perspektivlər açır. Bu əməkdaşlıq təkcə iki ölkənin milli maraqlarına deyil, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşmasına xidmət edir. Bakı və Daşkəndin ortaq səyləri göstərir ki, müasir dünyada dayanıqlı sülhə aparan yol qarşıdurmadan deyil, vaxtında görülən tədbirlərdən, dialoqdan və qarşılıqlı etimaddan keçir. Preventiv diplomatiya məhz bu yolun əsas istiqamətlərindən biri kimi getdikcə böyük əhəmiyyət qazanır, iki ölkə arasında strateji əməkdaşlığın mərkəzi elementinə çevrilir.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp diplomatiya ilə yanaşı hərbi təzyiq kartını da masada saxlayır

22 İyun 2026 07:41see352

Qarabağ dan kimlər gedir, kimlər gələcək? Qurban Qurbanov danışdı

21 İyun 2026 12:21see314

Almaniya Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

21 İyun 2026 04:11see284

Almaniya 1/16 finalda: Pley offa üçüncü vəsiqə

21 İyun 2026 02:22see275

Niderland dünya çempionatlarında 100 qol vuran komandaların siyahısına daxil olub

21 İyun 2026 02:01see274

İran ABŞ ni Yaxın Şərqdə enerji tədarükünün dayandırılması ilə hədələdi

21 İyun 2026 01:38see273

30 dəqiqədə şou göstərdi Undav matçın ən yaxşısı seçildi

21 İyun 2026 02:16see263

200 sərnişin Bakıya gəldi, baqajları İstanbulda qaldı BİABIRÇI HADİSƏ

20 İyun 2026 22:50see234

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? VİDEO

21 İyun 2026 22:57see230

İnfarktdan sağ çıxanlar: Bir neçə saat əvvəl bunu yeyiblər

21 İyun 2026 01:55see217

Pakistanın Baş naziri və ordu komandanı ABŞ İran danışıqları üçün İsveçrəyə uçub

21 İyun 2026 02:00see216

“Bu cür qadınlarımız yadplanetlilərə oxşayır“ Taleh Yəhyayevdən ŞOK sözlər

21 İyun 2026 10:17see215

Niderland İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

21 İyun 2026 04:26see211

Benzinlə bağlı gözlənilməz qərar BU ÖLKƏDƏ

20 İyun 2026 23:55see197

Rusiyanın hücumları zamanı Zelenski öldürülüb? Video yayıldı

21 İyun 2026 17:42see191

Sinəsini böyütdü, ölümdən son anda döndü

22 İyun 2026 01:47see185

Yamal ərəb azarkeşlərə belə cavab verdi Foto

22 İyun 2026 02:50see173

Noyer dünya çempionatında rekorda imza atdı

21 İyun 2026 01:37see167

“Müttəfiqlər qurbanı öyrədir“ Ukrayna və Qərb arasında tarixi yaddaş və siyasi gərginlik“ Ramiz Yunus

21 İyun 2026 19:51see155

Livanda ölənlərin sayı 4057 nəfərə çatdı

21 İyun 2026 01:07see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri