Icma.az
close
up
RU
Sülhün ictimai dialoq MƏRHƏLƏSİ Bakı və İrəvan arasında etimad quruculuğu prosesi başlayır

Sülhün ictimai dialoq MƏRHƏLƏSİ Bakı və İrəvan arasında etimad quruculuğu prosesi başlayır

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında mühüm görüş baş tutub. Görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Azərbaycan tərəfindən Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İsgəndərli, Kamalə Məmmədova, Ermənistan tərəfindən isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.
Tərəflər sülh prosesinin perspektivlərini, humanitar məsələləri, iqtisadi və logistik imkanları, habelə etimadın möhkəmləndirilməsi yollarını müzakirə ediblər. Görüş çərçivəsində gələcək planların hazırlanması və birgə təşəbbüslərin istiqamətləri müəyyənləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:
İrəvanda Ermənistan və Azərbaycan nümayəndələri arasında dəyirmi masa KEÇİRİLDİ - FOTO


Siyasi iradənin təntənəsi
Bu görüş, Vaşinqtonda avqustun 8-də əldə edilən razılaşmadan sonra bölgədə sülhün bərqərar olması istiqamətində atılan ardıcıl addımların məntiqi davamıdır.
Sülh prosesinin praktiki tətbiqi çərçivəsində ilk böyük hadisə isə Azərbaycanın işğal dövründən mövcud olan Ermənistanla yük tranziti məhdudiyyətlərinin hamısını aradan qaldırması oldu. Bu barədə ilk bəyanatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə keçirdikləri mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev səsləndirdi:
“Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb. Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb – Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir”.
Çox keçmədi ki, qarşı tərəfdən də eyni məzmunlu bəyanatı eşitdik. Ermənistan Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür etdi:
 

“Bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə Ermənistan ərazisindən tranzitini təmin etməyə hazırıq”.


Parlament diplomatiyası və siyasi dialoq
Sülh prosesinin davamı olaraq oktyabrın 21-də Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin rəhbəri Alen Simonyan arasında görüş baş tutdu.
Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
“Xalq diplomatiyası”nın təzahürü
Siyasi razılaşmaların ardınca baş tutan İrəvan görüşü həm də “xalq diplomatiyası”nın yenidən aktivləşməsi kimi dəyərləndirilir. Məhz bu məqsədlə Bakı ilə İrəvan arasında ilk çarter reysi həyata keçirildi — bu, 37 ildən sonra iki ölkə arasında ilk mülki uçuş oldu.
Bu faktın özü simvolik məna daşıyır. Çünki sonuncu dəfə iki ölkə arasında hava əlaqəsi 1988-ci ilin dekabrında — Spitak zəlzələsi zamanı qurulmuşdu. Episentri Spitak şəhəri olan zəlzələ zamanı 25 mindən artıq adam həlak olmuş, 170 min nəfər isə xəsarət almışdı. Zəlzələdən sonra ilk olaraq Ermənistana Azərbaycan yardım əlini uzatmışdı. 11923 saylı hərbi hissənin heyətindən ibarət xilasedici dəstə hərbi hissənin komandiri Vaqif Əhmədovun rəhbərliyi ilə Ermənistanın zəlzələ baş vermiş Spitak şəhərinə getdi. Onda azərbaycanlı briqada yüzlərlə yaralı ermənini dağıntılar altından xilas etdi. 
 

Dekabrın 11-də isə Azərbaycandan Spitaka yardım məqsədi ilə könüllülərdən ibarət ikinci qrup yığıldı. Lakin könüllüləri Spitaka aparan “İL-76”təyyarəsinin vurulması nəticəsində 78 nəfər azərbaycanlı həlak olmuşdu.


Bu hadisədən sonra iki ölkə arasında mülki uçuşlar dayandırılmışdı. İndi isə sülh prosesinin bərpası ilə həmin “hava körpüsü” yenidən açılır.
Qərbin yoxa çıxan kölgəsi
Məlum olduğu kimi, uzun illər bölgədəki dialoqlar Qərb institutlarının təşəbbüsləri ilə aparılırdı. Vətəndaş cəmiyyətləri arasında görüşlər, müzakirələr hər zaman üçüncü ölkələrin vasitəsilə reallaşırdı. Ancaq bu dəfə vəziyyət fərqlidir. Artıq Azərbaycan və Ermənistan təşəbbüsü öz əllərinə alıblar.
Sülh prosesinin həm siyasi, həm də ictimai səviyyədə Qərbin vasitəçiliyi olmadan davam etməsi, regional subyektivliyin bərpası baxımından mühüm hadisədir. Bu, həm də göstərir ki, hər iki ölkə öz gələcəklərini kənar diktələrlə deyil, qarşılıqlı etimadla qurmaq istəyir.
Revanşizm təhlükəsi və yeni düşüncə zərurəti
Bütün bu proseslərə baxmayaraq, Ermənistanda revanşist meyillər hələ də qalmaqdadır. Köçəryan–Sarkisyan cütlüyü, “Qarabağ klanı”, Rusiyadakı erməni əsilli oliqarxlar, diaspor və kilsə hələ də köhnə, xam xəyallarından oyana bilmirlər. Onlar mütəmadi olaraq sülh prosesini hədəf alan bəyanatlar səsləndirir, erməni cəmiyyətində revanşizm ruhunu alovlandırmağa çalışırlar.
 

Ancaq müharibə dövrü artıq keçmişdə qalıb, Cənubi Qafqazda sülh pəncərəsi açılıb. Burada revanşizmə, absurd xəyallara yer yoxdur. Ona görə də erməni xalqı keçmişin saxta nostalgiyasına qapılmamalı, gələcəyi düşünməlidir. Gələcək isə silahlarda, savaşlarda deyil, sülhdə və sosial-iqtisadi əlaqələrin qurulmasındadır.


Unutmaq olmaz ki, Azərbaycan cəmiyyəti də illərlə müharibə şəraitində yaşayıb. Ancaq indi əsas məqsəd hər iki xalqı sülhə hazırlamaq, qarşılıqlı ünsiyyət və etimadı möhkəmləndirməkdir.
Uzun, amma qaçılmaz yol
İrəvan görüşü hələ başlanğıcdır. Qarşıda cəmiyyətlərin bir-birini anlamaq və etimadı bərpa etmək baxımından uzun, lakin zəruri bir proses dayanır.
Bu gün başlayan təmaslar ilk addımlardır, lakin davamlı sülhün əsasını məhz bu cür cəsarətli addımlar qoyur. Əsas odur ki, etimad quruculuğu prosesi uğurla davam etdirilsin və iki ölkənin birgə sülh şəraitində yaşaması zərurəti cəmiyyət təfəkküründə də qəbul olunsun.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Oktyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri