Icma.az
close
up
RU
Sülhyaratma prosesində yeni mərhələ

Sülhyaratma prosesində yeni mərhələ

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Konstitusiya dəyişdirilməli, ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verilməlidir

Təxminən otuz il ərzində Ermənistanın işğalçılıq siyasətinə görə sabitliyi pozulan, təhlükəsizliyə təhdidlərlə üz-üzə qalan Cənubi Qafqaz coğrafiyası hazırda heç vaxt olmadığı qədər sülhə yaxındır. Azərbaycanın 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı qələbələr sayəsində formalaşdırdığı yeni reallıqlar regionda davamlı sülh və əmin-amanlıq üçün fundamental baza qismində çıxış edir. Regionun, xalqların, dövlətlərin gələcəyi naminə bu fürsətdən maksimum dərəcədə istifadə olunmalıdır.

Sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesi yekunlaşıb

Artıq postmüharibə dövründə başlayan sülhyaratma prosesində yeni mərhələyə keçid edildiyi fikrini ifadə edə bilərik. Belə ki, bu günlərdə  sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesi yekunlaşıb. Xəbər verildiyi kimi, sülh sazişi layihəsi bütövlükdə, 17 bənddən ibarətdir.  Aparılan ikitərəfli dialoqun nəticəsi olaraq 15 bənd üzrə razılaşma əldə olunsa da, son iki bənd rəsmi İrəvanın manipulyativ mövqe sərgiləməsi səbəbindən uzun müddət idi ki, açıq qalırdı. Nəhayət, bu yaxınlarda Ermənistan tərəfi həmin açıq maddələr üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul edib, əlaqə kanalları vasitəsilə öz mövqeyini ölkəmizə çatdırıb. Ona görə də mətn üzrə işlərin yekunlaşdırıldığını qeyd etmək mümkündür. Vurğulamaq yerinə düşər ki, indiyədək razılaşdırılmamış bəndlər bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq və başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi.

Sülhyaratma prosesində əldə olunan son razılaşma Azərbaycanın ardıcıl şəkildə prinsipial siyasi iradə ortaya qoymasının nəticəsidir. Məlumdur ki, ölkəmiz qalib tərəf olmasına rəğmən, müharibə başa çatandan az sonra sülh təşəbbüsündən çıxış edib. Azərbaycanın qətiyyətli mövqeyi bellədir ki, nəhayət, müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq lazımdır. Region onillikləri əhatə edən münaqişədən sonra rahatlıq tapmalı, nəfəs almalı və ölkələrin potensialı əməkdaşlığa, inkişafa istiqamətləndirilməlidir. Dünya tarixindən bəllidir ki, müharibələrin qalib tərəfləri sülh üçün müəyyən şərtlər irəli sürürlər, imtiyazlar tələb edirlər. Azərbaycan bu sahədə də bir ilkə imza atmaqla gündəmə gətirdiyi sülh təşəbbüsündə ona hər hansı bir imtiyaz  verilməsini istəmədi. Xatırladaq ki, Azərbaycanın ilkin olaraq qarşı tərəfə göndərdiyi beş bənlik sülh paketi sırf ədalət prinsipinə və beynəlxalq hüquq normalarına əsaslanır.

Azərbaycan sülhyaratma prosesində əldə olunan bütün razılaşmaları alqışlayıb. O cümlədən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yayıb. “Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik”, - deyə sənəddə vurğulanıb.

Bununla belə, məğlub Ermənistan barəsində eyni fikirləri söyləmək mümkün deyil. İkinci Qarabağ müharibəsinin başa çatmasından sonrakı dörd ildə sülh sazişi layihəsinin tam həcmdə razılaşdırlmamasının  bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür. Rəsmi İrəvan sülhyaratma prosesinin indiyədək keçilən bütün mərhələlərində çağırışlara etinasız yanaşması ilə diqqət mərkəzində olub. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın diplomatik kanallarla çatdırdığı təkliflər, təşəbbüslər rəsmi İrəvan tərəfindən aylarla cavabsız qalırdı. Sonradan isə bu təşəbbüslərə qarşlıqı etimad quruculuğunu pozmağa hesablanan absurd “düzəlişlər” edilib geri göndərilirdi.

Ermənistanın postmüharibə mərhələsində revanşizm mövqeyindən çıxış etməsi də sülh prosesinə ağır zərbə olub. Müharibədə ağır kapitulyasiyaya uğrayan bu ölkə Fransa kimi dövlətlərin təhriki ilə yeni müharibə hazırlıqları görür. Ermənistanın sülh sazişi layihəsi üzrə son iki bəndi razılaşdırması ilə bu ölkənin sürətlə silahlanma yolu tutması, Fransadan, Hindistandan silahlar alması, sərhəddə hücum məqsədilə xüsusi istehkamlar qurması, havadarları ilə hərbi əməkdaşlığı gücəndirməsi bir araya sığmır. Sual olunur: Sülh prosesinin getdiyi bir vaxtda  Ermənistanın hərbi büdcəsini əhəmiyyətli dərəcədə artırması, Avropa İttifaqının sülhə xidmət etməyən sülh fondundan bu ölkəyə hərbi məqsədlər üçün vəsaitlər ayrılması hansı çirkin məqsədlərə xidmət edir? Rəsmi İrəvan  həqiqət anını bütün miqyası ilə dərk edərək belə manipulyativ davranışlardan birdəfəlik əl çəkməli və öz məsuliyyətini dərk etməlidir. Bu ölkədə anlamalıdırlar ki, sülh ilk növbədə Ermənistana lazımdır.

Ermənistanın atmalı olduğu növbəti addımlar

İndiyədək açıq qalan iki bənd üzrə razılığını ifadə etməsi heç də Ermənistanın sülhyaratma prosesində səmimi olduğu anlamında qəbul edilə bilməz. Yuxarıda sadalanan faktlar belə qənaətə gəlməyə əsas verir. Eyni zamanda, Ermənistanın  atmalı olduğu növbəti addımlar var. Prezident İlham Əliyev bu günlərdə ölkəmizin ev sahibliyi etdiyi XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bu məsələyə xüsusi diqqət çəkib. “Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Beləliklə, biz onların hər hansı bir sözünə inanmırıq” deyən dövlətimizin başçısı vurğulayıb: “Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökuməti. Bir daha bütün bunlar göstərir ki, onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın. Orada Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bizə lazımdır ki, ATƏT-in Minsk qrupu buraxılsın. Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır”.

Ermənistanın indiki mərhələdə atmalı olduğu addımlara Azərbaycan XİN-in bəyanatında da vurğu edilib. Sitat: “Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq”.

Göründüyü kimi, Azərbaycanın sülhə sadiqliyi prinsipial səciyyə daşıyır, qarşı tərəfə verilən mesajlar konkret və aydındır. Azərbaycan qalıcı və uzunmüddətli sülh istəyir. Sülh sazişinin imzalanması üçün fundamental hüquqi zəmin olmalıdır. Ancaq Ermənistanın konstitusiyasında yer alan bəzi müddəalar özündə ölkəmizə qarşı ərazi iddialarını ehtiva edir. Konstitusiya hər hansı bir dövlətin, o cümlədən də Ermənistanın fəaliyyətlərinin əsas istinad mənbəyidir. Konstitusiya ilə bağlı ziddiyyət ortada ikən sülh sazişinin imzalanması tamam məntiqsiz yanaşma olardı.

ATƏT-in Minsk qrupu il bağlı oxşar məntiqsizlik də ortadadır. Ermənistan rəhbərliyi həmçinin bu prinsipial məsələdən də yayınmağa çalışır. Məsələn, son olaraq Ermənistanın  xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Minsk qrupunun buraxılması məsələsindən danışıb. Mirzoyanın sözlərinə görə, sülh sazişinin imzalanmasından sonra Minsk qrupunun fəaliyyətinə ehtiyacın qalmadığını demək olar. “Sülh sazişinin imzalanmasından sonra deyə bilərik ki, Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur, biz institusional olaraq hesab edə bilərik ki, münaqişə sona çatıb”, - deyə o vurğulayıb.

A.Mirzoyanın bu açıqlaması rəsmi İrəvanın sülhyaratma prosesində səmimi olmadığını növbəti dəfə təsdiqləyir. Biz indiki komanda da daxil olmaqla  Ermənistan rəhbərlərinin manipulyasiyalarının, verdikləri vədlərdən qaçmalarının dəfələrlə şahidi olmuşuq. Mirzoyanın absurd açqlaması da bu qəbildəndir. Axı nə üçün rəsmi İrəvan reallıqda ölü bir qurum olan Minsk qrupuna süni nəfəs verməyə çalışır və onun de-fakto olduğu kimi, de-yure də ləğvinə səy göstərmir?

Yeri gəlmişkən, sülh sazişi layihəsinin son iki bəndinin razılaşdırması Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. Nə qədər təəccüblü görünsə də, iki müharibənin faciələrini yaşamış Ermənistan cəmiyyətində son razılaşma təqdir olunmur, əksinə “ölkənin sənd üzərində kapitulyasiyası” anlamında təqdim edilir. Belə görünür ki, ermənilər “Dəmir yumruq” dərsindən lazımı nəticə çıxarmayıblar və hələ də N.Paşinyanın dilə gətirdiyi “xəyali Ermənistan” xülyasındadırlar. Reallığı dərk etməmək və baş verənlərdən düzgün nəticə çıxartmamaq bir toplumun faciəsidir. Nəhayət, vaxt çatıb ki, ermənilərin ilk növbədə onların özləri üçün zərərli olan ümummilli ideyaları tarixin zibilliyinə atılsın...

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Mart 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see319

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see263

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see221

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see201

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see184

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see181

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see153

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri