Suma “Zirə”dən ayrıldı
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Zirə”nin 21 yaşlı vingeri Salifi Suma “Zirə” ilə yolları ayırıb.
“Football-plus.az” xəbər verir ki, qvineyalı futbolçu artıq “Zirə”nin düşərgəsində deyil. Komandanın ötəngünkü məşqindən çəkilən şəkillərdə Suma gözə dəyməmişdi. Bu gün klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə ilə əlaqə saxladıqda dəqiq heç nə deyə bilmədi. Amma məsələ aydın oldu ki, futbolçu artıq komandanı tərk edib.
Kiyev “Dinamo”su ilə bağlı variant aradan qalxandan sonra “Zirə”nin ulduzunun “Maribor”u seçəcəyi daha real görünür. Transfer edən klubun adı və məbləğ tezliklə ictimaiyyətə məlum olacaq.
Qeyd edək ki, premyer-liqada 69 oyuna çıxan Suma 17 qol vurub, 9 məhsuldar ötürmə verib.
MÜZƏFFƏR QULUZADƏ

