Sumqayıtda “Bəy hamamı”nda yanğın məhdudlaşdırılıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Sumqayıt şəhərində “Bəy hamamı” yanır. “Report” xəbər verir ki, hadisə Niyazi və Çerkassı küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Baxış sayı:74
Bu xəbər 25 Noyabr 2024 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















