Icma.az
close
up
RU
Sumqayıtda müəllimlərin attestasiyası ilə bağlı məlumatlandırma sessiyası keçirilib Fotolar

Sumqayıtda müəllimlərin attestasiyası ilə bağlı məlumatlandırma sessiyası keçirilib Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə 2025–2026-cı illər ərzində attestasiya keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu gün Sumqayıt şəhərindəki “Kimyaçı” Mədəniyyət Sarayında bununla bağlı məlumatlandırma sessiyası keçirilib.

Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sistemli islahat yönümlü işlərin həyata keçirildiyindən, Nazirliyin “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası çərçivəsində 2024/2025-ci tədris ili üçün məktəblərə təhsilalanların qəbulu prosesinin ilk dəfə olaraq elektron qaydada həyata keçirildiyindən danışıb. Eyni zamanda qeyd edib ki, bu il Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil ocaqlarına 158 müəllim işə qəbul edilib. Qəbul prosesi ilk dəfə olaraq “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə aparılıb. İşə qəbul olunanların ilk dəfə olaraq 65 faizi ali təhsillidir. Müəllimlərin peşə bilik və bacarıqlarının qiymətləndirilməsi prosesinin 2025-ci il fevralın 3-də başlayacağını bildirən nazir müşaviri söyləyib ki, ilk olaraq 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin attestasiyadan keçirilməsi nəzərdə tutulur. Daha sonra Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regional mədəniyyət idarələri üzrə ilin sonunadək prosesin yekunlaşdırılması planlaşdırılır. İlkin mərhələdə ümumilikdə 4100 müəllimin peşəkarlıq bacarıqlarının qiymətləndirilməsi nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb. Proqramlar artıq nazirliyin culture.gov.az rəsmi səhifəsində də yerləşdirilib.

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Eldar Qocayev attestasiyanın hüquqi əsasları, habelə attestasiyası keçirilməyən işçilər haqqında məlumat verib.

Qeyd edək ki, musiqi və incəsənət məktəbləri müəllimlərinin peşəkar bilik və bacarıqlarının ölçülməsi ilə bağlı ilk məlumatlandırma dekabrın 6-da Bakıdakı Muzey Mərkəzində keçirilmişdir, növbəti həftə Xırdalan şəhərində müəllimlərlə görüş keçirilməsi planlaşdırılır.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri