Sumqayıtda yeniyetmə qızın döyülməsi ilə bağlı araşdırma başladı
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Sosial şəbəkələrdə Sumqayıtda yeniyetmə qızın döyülməsi ilə bağlı görüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli "Unikal"a bildirib ki, görüntülərlə bağlı araşdırmalara başlanılıb.
“Sosial şəbəkələrdə azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir”, - açıqlamada qeyd olunub.
Qeyd edək ki, görüntülərdə azyaşlı qız amansızcasına döyülüb. Həmyaşıdına şiddət göstərən qızın da şəhər sakini olduğu iddia edilir.

Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır
03 Dekabr 2024 11:58
Sumqayıtda yeniyetmə qazdan boğulub öldü
24 Dekabr 2024 18:40
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb
23 Dekabr 2024 08:25
Sumqayıtda yeniyetmə tanışı tərəfindən bıçaqlanıb
23 Dekabr 2024 08:22
Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır (YENİLƏNİB)
03 Dekabr 2024 10:43

