Sumqayıtın deputatı Ramazan bayramını şəhid ailələri ilə birgə keçirdi
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclisin deputatı Səbinə Salmanovanın təşəbbüsü ilə Ramazan bayramı münasibətilə bir qrup şəhid ailəsinin üzvləri üçün bayram süfrəsi təşkil edilib.
Səmimi şəraitdə baş tutmuş bayram tədbirində qəhrəman şəhidlərimizin döyüş yolundan söz açılıb, onların əziz xatirəsi ehtiramla xatırlanıb.
Millət vəkili şəhidlərimizin valideynlərinin qayğıları ilə yaxından tanış olub, onları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.
Deputat Səbinə Salmanova Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət və qayğısından bəhs edib.
O, Ramazan bayramı münasibətilə şəhid ailələrinə və onların yaxınlarına, əzizlərinə təbriklərini çatdırıb.
Deputat bildirib ki, biz birlikdə daha güclüyük və şəhidlərimizin əziz xatirəsini yaşatmaq bizim ən böyük borcumuzdur:
“Vətənimizin azadlığı uğrunda canından keçən hər bir şəhidimizin əziz xatirəsi hər zaman bizimlədir və qəlbimizdə əbədi yaşayacaq”.
Şəhid valideynləri cənab Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirərək, onların bu kateqoriyadan olan şəxslərə göstərdikləri qayğı və diqqəti yüksək qiymətləndiriblər.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 30 Mart 2025 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















