Icma.az
close
up
RU
Sunday Scaries nədir, necə öhdəsindən gəlmək olar?

Sunday Scaries nədir, necə öhdəsindən gəlmək olar?

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bazar axşamlarını bir təşviş döngəsinə çevirmədən, həftəyə daha nəzarətli bir başlanğıc etmək mümkündür.

Milli.Az xəbər verir ki, bazar günü nəzəriyyədə həftənin ən sakit günü olmalıdır. Paltarlar yuyulub, ev yığışdırılıb, qəhvə içilib, bəlkə qısa bir gəzinti edilib. Ancaq gün irəlilədikcə zəhnin temposu dəyişir. Günorta saatlarında yüngül bir narahatlıq başlayır. Ürəyiniz daha sürətlə vururmuş kimi hiss edirsiniz. Mədənizdə bir ağırlıq yaranır. Birdənbirə ertəsi günün görüləcək işlər siyahısı, e-poçtlar, görüşlər, çatdırılmalı işlər ya da dərs məsuliyyətləri zehninizdə fırlanmağa başlayır. Gün bitmədən, həftə başlamadan gələn bu təzyiq hissi son illərdə populyar bir adla anılır: Sunday scaries (Bazar günü qorxusu).

Sunday scaries tam olaraq nədir?
"Sunday scaries", bazar günü axşam saatlarında bəlli olan təşviş və sıxışmışlıq hissidir. Bəzi insanlarda bu duyğu yalnız yüngül bir narahatlıq olaraq qalır. Bəzilərində isə yuxuya getməyi çətinləşdirən, diqqəti pozan, bədənsəl simptomlarla güclənən bir təşviş halına gəlir. Daxili danışıqlar sürətlənir. "Yetişdirə biləcəmmi?" düşüncəsi üstünlük təşkil edir. Bazar ertəsi səhəri hələ gəlmədən, sanki həftə çoxdan başlamış kimi hiss edilir.

Bu vəziyyət həftə sonunun həqiqətən dincəlmə sahəsi olmaqdan çıxması ilə yaxından əlaqəlidir. Çünki bir çox insan üçün həftə sonu, işin yoxluğunda rahatlama zamanı deyil, həftənin yorgunluğunu kompensasiya etməyə çalışma dövrüdür. Gündəlik həyatın təxirə salınmış işləri, sosial öhdəliklər və rəqəmsal diqqət dağınıqlığı birləşdiyində, bazar axşamı artıq sakit bir bağlanış deyil, yeni həftəyə hazırlıq stresi yaradır.

Bu vəziyyətin ən vacib səbəbi, keçid hissidir; həftə sonu ilə həftə içi arasında dəqiq bir sərhədin olmaması. Şənbə və bazar günləri dincəlmək üçün nəzərdə tutulmuş kimi görünsə də, modern yaşam bu iki günü də funksional hala gətirir. Alış-veriş edilir, təmizlik olunur, ailə görüşləri planlaşdırılır, təxirə salınan işlər tamamlanır. Nəticədə həftə sonu, zəhnin tamamilə boşalmasına icazə verməyən bir ara dövrə çevrilir.

Digər vacib amil isə bazar ertəsi gününün rəmzi ağırlığıdır. Bazar ertəsi yalnız həftənin ilk günü deyil, həm də yenidən performans göstərməyə başlama anıdır. Ekranların açıldığı, bildirişlərin geri döndüyü, məsuliyyətlərin görünür olduğu gün. Bu səbəbdən bazar axşamı yalnız sabahla bağlı deyil, bir mənada yenidən sistemə qayıtmaq hissidir.

İşlə bağlı təşvişmi, yoxsa daha böyük bir problem?
"Sunday scaries" hər zaman adi bir stres reaksiyası deyil. Bəzən sadə bir sıxlıq hissinin hüdudlarını aşır və şəxsin iş mühiti ilə bağlı daha ciddi bir problem yaşadığını göstərir. Əgər bazar axşamı təşvişi müntəzəm şəkildə təkrar olunursa, bunu yalnız həftəlik yorğunluq kimi qiymətləndirmək kifayət etməz.

Bu nöqtədə özünüzə dürüst suallar verməlisiniz: Sizi çətinliyə salan şey həqiqətən iş yüküdür, yoxsa iş mühitinin emosional atmosferi? İş yoldaşları ilə yaşanan gərginlik, rəhbərlik təzyiqi, qeyri-müəyyənlik ya da dəyərsizlik duyğusumu? Bu hiss bəzi hallarda, qeyri-sağlam bir iş rejiminə qarşı bədənin verdiyi təbii bir reaksiya ola bilər.

"İdeal işçi" təzyiqi təşvişi necə böyüdür?
Bu təşvişi bəsləyən ən güclü faktorlardan biri, modern iş dünyasının yaratdığı "ideal işçi" mifidir. Hər şeyə yetişən, hər an əlçatan, daimi məhsuldar, davamlı motivasiyalı və emosional olaraq təsirlənməyən bir profil. Bu mədəniyyət, insanın dincəlmə hüququnu belə performansa çevirir. Həftə sonu "yenidən enerji toplama" sahəsi deyil, daha yaxşı bir bazar ertəsinə hazırlaşma layihəsinə çevrilir. Bu təzyiq sürdükcə, bazar axşamı gələn təşviş yetərsizlik hissi ilə birləşir.

"Sunday scaries" ilə başa çıxmağın yolları
 Bu təşvişlə mübarizədə ən təsirli addım, onu boğmağa çalışmaq deyil, nə zaman başladığını fərq etməkdir. Adətən bazar günü günortadan sonra başlayır. Nə zaman başladığını və necə irəlilədiyini görmək, nəzarət hissindən doğan gücü geri gətirir.

Zehin boş qaldıqda, gələcək həftənin qayğıları daha asan səthə çıxır. Bu səbəbdən bazar gününün ikinci yarısını şüurlu şəkildə strukturlaşdırmaq vacibdir. Bir gəzinti, sakit bir film, yüngül bir ev nizamı ola bilər, amma mütləq günün sonunda zəhni yavaşladacaq bir qapanış fəaliyyəti olmalıdır.

Əgər bazar ertəsi səhəri sıx görüşlərlə, aqressiv bir templə başlayırsa, bazar axşamı təşvişi qaçılmaz olar. İlk saatlarda daha sadə işlər planlaşdırmaq, çətin danışıqları həftənin ortasına saxlamaq işə yarayır. Bazar ertəsini idarəolunan etdiyinizdə, bazar axşamı zəhniniz daha az təhlükə qəbul edər.

Ne zaman ciddiyə almaq lazımdır?
Bu hiss həftələr boyu davam edirsə, yuxu rejiminizi pozursa, bazar gününü tamamilə səmərəsiz hala gətirirsə və bədəninizdə xroniki stres simptomları yaradırsa, bu artıq sadə bir narahatlıq deyil. Bu nöqtədə həyat nizamınızı, iş mühitinizi və sərhədlərinizi yenidən dəyərləndirməlisiniz. Çünki bəzən "Sunday scaries", mövcud nizamın dəyişməli olduğunun ən açıq siqnalıdır.

Həftə sonu yalnız dincəlmək üçün deyil, yenidən özünüzə qayıtmaq üçün də var. Bazar axşamı gələn təşviş, çox vaxt sizə tək bir şey söyləyir: Daha çox sərhəd, daha çox balans və daha çox nəfəs sahəsi lazımdır.
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 İyun 2026 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see434

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see208

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see195

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see186

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see183

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see180

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see179

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see176

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri