Icma.az
close
up
RU
Süni intellekt biologiyanı “sənaye miqyasına” çıxarır və elmi kəşfləri 10 20 il irəli aparır

Süni intellekt biologiyanı “sənaye miqyasına” çıxarır və elmi kəşfləri 10 20 il irəli aparır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 noyabr, Sevda Cəfərova, AZƏRTAC

Botanika İnstitutunun Bitki ehtiyatları şöbəsinin doktorantı Elnarə İsgəndərli Çinin Ningbo şəhərində beynəlxalq təlim proqramında iştirak edib.

AZƏRTAC Elnarə İsgəndərli ilə məxsusi müsahibəni təqdim edir.

-Çində iştirak etdiyiniz təlim sizin üçün nə ilə xarakterik oldu və orada əsasən nə öyrəndiniz?

-Çində keçirilən təlim tamamilə praktiki idi – biz kağız üzərində deyil, real işləyən laboratoriyalarda süni intellektin biologiyada necə işlədiyini birbaşa gördük. Ən çox təsir edən məqam odur ki, Raman spektroskopiyası və EPR kimi analitik cihazlardan gələn nəhəng məlumatlar bir neçə saniyə ərzində süni intellekt tərəfindən təmizlənir, şərh olunur və diaqnostik nəticəyə çevrilir. Həmçinin robotlaşdırılmış laboratoriya xətlərini, bioloji nümunələrin tam avtomatlaşdırılmış analizi sistemlərini və “deep learning” əsasında qurulmuş proqnoz modellərini yerindəcə sınaqdan keçirdik. Bu təlim mənə süni intellektin artıq “gələcək” olmadığını, bu gün Çində gündəlik laboratoriya işinin ayrılmaz hissəsi olduğunu göstərdi.

-Ümumilikdə, süni intellektin biologiya elmində tətbiqinin əhəmiyyəti nədən ibarətdir?

-Süni intellekt biologiyanı kökündən dəyişir. Əgər əvvəllər bir alim günlərlə mikroskop arxasında oturub yüzlərlə şəkli əl ilə analiz edirdisə, indi süni intellekt eyni işi dəqiqələr ərzində, üstəlik insan gözündən daha dəqiq görür. Genetik məlumatların, toxuma şəkillərinin, kimyəvi spektrlərin böyük həcmini insan beyni təhlil edə bilməz – AI isə bunu rahatlıqla bacarır. Nəticədə xərçəngin erkən diaqnozu, yeni dərmanların kəşfi, epidemiyaların proqnozu xeyli sürətlənir və ucuzlaşır. Ən əsası – insan səhvləri minimuma enir. Bir sözlə, süni intellekt biologiyanı “sənaye miqyasına” çıxarır və elmi kəşfləri 10-20 il irəli aparır.

-Çin təcrübəsinə əsasən, süni intellektin biologiyada tətbiqi orada hansı üsullar və modellərlə həyata keçirilir?

-Çində süni intellekt artıq laboratoriyanın “əməkdaşı” kimi işləyir. Bir damla qan və ya toxuma nümunəsi cihazdan keçən kimi Raman və EPR spektrləri birbaşa “deep learning” şəbəkələrinə ötürülür və saniyələr içində nəticə çıxır: xərçəng hüceyrəsi vardır, ya yoxdur, hansı mikrotoksindir, hansı mutasiyadır – 95–98 faiz dəqiqliklə. Bütün proses robot əllərlə avtomatlaşdırılıb: nümunəni insan əlinə dəymədən robot götürür, cihaz ölçür, AI analiz edir, nəticəni alimin ekranına göndərir.

Mikroskopik şəkillərdə isə “deep learning” modelləri hüceyrə anomaliyalarını insan patoloqdan daha dəqiq tapır. Ölkənin nəhəng biobanklarında milyardlarla genetik və klinik məlumat AI ilə birləşdirilib – bu da yeni epidemiyaların proqnozunu xeyli dəqiqləşdirib. Bir sözlə, Çində süni intellect biologiyanı “tam avtomatlaşmış kəşf fabrikinə” çevirib: insan yalnız ideya verir və son qərarı təsdiqləyir, qalan hər şeyi maşınlar edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri