Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Süni intellekt əsrində dilimizi itirməyək, inkişaf etdirək

Süni intellekt əsrində dilimizi itirməyək, inkişaf etdirək

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Naşı, savadsız insanlar dilimizi korlayır

Efirdə, radio dalğalarında, elektron informasiya vasitələrində ədəbi dil normaları kobud şəkildə pozulur

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azəbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə ana dilinin – dövlət dilinin qorunmasının vacibliyini vurğuladı və bu istiqamətdə fəaliyyətin yol xəritəsini çəkdi, əsas konturları göstərdi. Cənab Prezident dilimizin saflığına diqqət çəkərək ehtiyac duyulmadğı halda əcnəbi sözlərdən istifadənin qəbuledilməz olduğunu söylədi. Prezidentin çıxışı sübut etdi ki, Azərbaycan dilinin qorunması, ədəbi dil normalarının inkişafı zəruridir, eyni zamanda dövrün tələbinə uyğun olaraq dilimizin müasir texnologiyalara inteqrasiyası da dövlət siyasətinin əsas prioritetləri sırasında olmalıdır. Dünən Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda da dilimizin saflığı və inkişafı məsələləri müzakirə olunub. Konfransda Milli Məclisin sədri Sahibə Qafarova, millət vəkilləri ilə yanaşı, AMEA-nın prezidenti İsa Həbibbəyli, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, elm və təhsil naziri Emin Əmrullayev, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Audiovizual Şuranın sədri İsmət Səttarov, ziyalılar, alim və tədqiqatçılar iştirak ediblər. Milli Məclisin sədri Sahibə Qafarova konfransda çıxışı zamanı qeyd edib ki, Azərbaycan dili bu gün inkişaf edir, lakin qlobal proseslər qarşıya yeni tələblər qoyur. Dünya dəyişir, yeni texnologiyalar icad olunur və dilimizin həm qorunması, həm də modernləşdirilməsi üçün sistemli yanaşmaya ehtiyac yaranır. Parlamentin fəal iştirakı və qanunvericilik təşəbbüslərinin dəstəklənməsi bu hədəflərə çatmağı mümkün edir. Azərbaycan dilinin qarşısında müasir dünyanın dinamikasından irəli gələn yeni vəzifələr dayanır. Sahibə Qafarovanın sözlərinə görə, bu vəzifələri şərti olaraq bir neçə əsas çağırış kimi qruplaşdırmaq olar. Bunlara dilin saflığının qorunması, rəqəmsallaşma və yeni texnologiyalara inteqrasiya, terminologiyanın elmi əsaslarla yenilənməsi və digər mühüm istiqamətlər daxildir. Bu çağırışların təhlili göstərir ki, Azərbaycan dilinin yeni inkişaf mərhələsinə qədəm qoyması sistemli, uzunmüddətli və elmi baxımdan əsaslandırılmış yanaşma tələb edir. Buna görə də gələcək dil siyasətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsi qarşıda duran ən mühüm vəzifələrdən biridir. “Dil siyasətinin yeni mərhələsindən danışarkən, əsas prioritetlər kimi xüsusilə aşağıdakı hədəfləri qeyd etmək olar: Təhsildə müasir metod və texnologiyalar əsasında dil tədrisinin təkmilləşdirilməsi, mediada və ictimai məkanda ədəbi dil normalarına əməl olunmasının gücləndirilməsi, terminologiyanın geniş elmi baza üzərində eyniləşdirilməsi və yenilənməsi, Azərbaycan dilinin dünya elmi və mədəni mühitində nüfuzunun artırılması, dilimizin rəqəmsal və texnoloji platformalarda tam funksional tətbiqi, süni intellekt sistemlərinə inteqrasiya səviyyəsinin yüksəldilməsi və digər mühüm istiqamətlər. Əminliklə demək olar ki, bu məqsədlərin hər birinin reallaşması təkcə dilimizin inkişafı baxımından deyil, bütövlükdə dövlətçiliyimizin möhkəmlənməsi üçün strateji əhəmiyyət daşıyır”, - deyə Milli Məclisin sədri əlavə edib. “İstər milli kimliyimiz, istər mədəni kökənliyimiz sırf dilimizlə bağlıdır. Ona görə də dilimizi qorumaq, inkişaf etdirmək və ən əsası, elmi əsaslarla zənginləşdirmək bizim borcumuzdur”. Bu fikirləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli parlamentdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda konfransda çıxışı zamanı bildirib. O vurğulayıb ki, Prezidentin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında çıxışı bir daha elmin dövlət siyasətinə inteqrasiyasının çərçivəsini göstərdi. Aydın oldu ki, dillə, ümumiyyətlə, kimliklə bağlı bütün məsələlər strateji xarakter daşıyır. Müasir texnologiyaların, süni intellektin, rəqəmsal texnologiyaların və onların platformalarının tətbiqi bu sahədə böyük nəticələr verə bilər. “Ən vacibi isə normativ bazamızdır. Əgər bizim normativ bazamız təkcə sözlərimizdən ibarət deyilsə, onlar həm də təhlükəsizliyimizin qarantıdır. Məsələyə məhz bu cür yanaşmaq lazımdır. Bunlar sadəcə normativ və hüquqi sənədlər deyil. Bilirsiniz ki, tariximizdə kifayət qədər belə hüquqi sənədlər olub. Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin dilimizin təkmilləşdirilməsi, qloballaşma şəraitində inkişafı ilə bağlı çoxsaylı sərəncamları mövcuddur. Lakin bu gün dilimiz inkişaf edir, dilimizə yeni sözlər daxil olur”, - deyə professor Nadir Məmmədli vurğulayıb. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəyli çıxışı zamanı qeyd edib ki, Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ana dili və dövlət dili siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Akademik bildirib ki, Prezidentin AMEA-nın yubiley yığıncağındakı parlaq çıxışında ana dilimizlə, dövlət dilimizlə bağlı səsləndirdiyi fikirlər həm cəmiyyətimizin müxtəlif təbəqələrini, xalqımızı düşündürən mühüm məsələlərdir, həm də bu işlə məşğul olan akademik qurumlar, təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyur. İsa Həbibbəyli qeyd edib ki, dövlətimizin başçısının “biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik” fikirləri məsələnin nə qədər vacib və həssas olduğunu göstərir. AMEA rəhbəri vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında beynəlxalq leksikonda yer alan və dünyada qəbul edilmiş vahid terminologiyadan başqa, yad sözlərin Azərbaycan dilinə gətirilməsini “ya səhv, ya təxribat və ümumiyyətlə, qəbuledilməz” kimi qiymətləndirib. Akademikin fikrincə, bu mövqe Azərbaycan alimləri, tədqiqatçıları, müəllimləri və ziyalıları üçün dilin qorunması istiqamətində aydın çağırışdır. İsa Həbibbəyli əlavə edib ki, müasir inkişaf etmiş dillər beynəlxalq terminləri mənimsəməklə yanaşı, həm də öz daxili imkanları hesabına zənginləşdirilən dillərdir. Azərbaycan dili və ədəbiyyat ixtisasına gələn müəllimlərin sayında artım müşahidə olunur. Elm və təhsil naziri Emin Əmrullayev isə qeyd edib ki, son ildə 411-dən çox abituriyent 500-dən yuxarı bal toplayaraq Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını seçib: "Azərbaycan dili və ədəbiyyat ixtisasına orta qəbul balı 410-dan 490-a yüksəlib. Bizim də prioritetimiz müəllimlik ixtisasının balını qaldırıb savadlı kadrların yetişməsinə imkan yaratmaqdır”. “Bu günə qədər Audiovizual Şura televiziyalarda və radiolarda reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını demək olar ki, tamamilə alıb. Siz də yəqin ki, televiziyalara və radiolara baxanda çox nadir hallarda reklam çarxlarında əcnəbi sözlərin istifadə olunduğunu görürsünüz. Halbuki əvvəllər belə deyildi”. Bu sözlər isə Audiovizual Şuranın sədri İsmət Səttarova aiddir. İ.Səttarov qeyd edib ki, 5-10 il, bəlkə də, 15 il əvvəl reklam çarxlarında əcnəbi sözlərin istifadəsi tez-tez müşahidə olunurdu. Verilişlərdən fərqli olaraq, reklam çarxları elə bir məhsuldur ki, insanlar bunu gün ərzində bir dəfə yox, 5, 7, hətta 10 dəfə görür və illər boyu o təkrarlanır. Belə olduqda həmin sözlər insanların beyninə hopur, dilə keçir. Verilişlərə və proqramlara gəldikdə, vəziyyət qənaətbəxş deyil. Burada həm obyektiv, həm də subyektiv səbəblər mövcuddur. Televiziya və radio-məkanda 800 saatlıq efirlər olur. Monitorinq şöbəsində 6 nəfərin olduğunu nəzərə alsaq, bunun hamısını aşkar etmək mümkün olmur. Amma Prezident İlham Əliyevin çıxışını əsas götürərək süni intellektdən yararlanıb daha çox istifadə olunan 40-a yaxın əcnəbi sözün siyahısını çıxarıb verilişlərdə monitorinq etdik və aparıcılar tərəfindən iki həftə ərzində 3 minə yaxın bu cür əcnəbi sözün işləndiyinin şahidi olduq. Bu sözləri toplayaraq kanallara hansı aparıcıların hansı əcnəbi sözləri işlətdiyi ilə bağlı yanvar ayından xəbərdarlıq göndərəcəyik”, - deyə İsmət Səttarov əlavə edib.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiqləyib. Dövlət Proqramında ana dilimizin dövlət dili kimi inkişafı, ədəbi dil normalarına əməl olunması üçün ciddi vəzifələr müəyyənləşdirilib. Bu proqram Azərbaycan dilinin qorunması, dilimizə yad kəlmələrin lazımsız yerləşməsi, eyni zamanda dilin inkişafı üçün geniş imkanlar açır:

- Bu gün efirlərdə, radio dalğalarında, eləcə də elektron informasiya vasitələrində ədəbi dil normaları kobud şəkildə pozulur. Xəbər saytlarının dili bəzən çox bərbad görünür. Səbəblər çoxdur. Xəbər saytlarında, ümumilikdə mediada, Azərbaycan dilini gərəkən səviyyədə bilməyən, dil məsələsində naşı, ədəbi dil normalarına bələd olmayanların çalışması, nitqin zənginliyini əcnəbi sözlərdən çox istifadə etməkdə görmək və ümumiyyətlə, ədəbi dil qaydalarından xəbərsizlik. Olansa, dilimizə olur. Naşı, savadsız insanlar dilimizi korlayır. Digər savadsızlar da, belə başa düşür ki, internet resursda hansısa söz və ya cümlə bu formada yazılıbsa, söz belə tələffüz edilirsə, deməli, “düzdür”. Şəhərdə əcnəbi dildə yazılan reklam lövhələri, iaşə obyektlərinin adları, lazım oldu-olmadı əcnəbi ifadələrdən istifadə dilimizin saflığına böyük təhlükədir. Bəzən adicə “satılır” sözü də səhv yazılır. “Səsboğucu” ifadəsini kimsə yazmır, əksəriyyət “qluşitel” sözündən istifadə edir. Sürücülərdən soruşsan “səsboğucu” nədir, bilməyəcək, amma “qluşitel”i biləcəklər. Ya da “motorist” sözü. “Motorçu” yazmaq yəni bu qədər çətindir. Bunlar hər gün rastlaşdığımız məişətdə işlənən əcnəbi sözlərdir. Bunlardan çox misal çəkmək olar. Hansı ki bu sözlərin dilimizdə qarşılığı vardır. Dilimizi qorumaq hamımızın vəzifəsidir, təkcə alimlərin, ziyalıların yox. Oxu vərdişini, oxu qabiliyyətini gücləndirməliyik, orta məktəbdən başlayaraq. Oxu bacarığı, bədii dil həm də bədii qiraət sayəsində formalaşır. Biz dilimizin təmizliyini heç kimə, heç nəyə güzəştə getməməliyik. Bizi tənqid edənlərdən də çəkinməməliyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Dekabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri