Icma.az
close
up
RU
Süni intellekt işıqforları əvəz edəcəkmi? DYP dən AÇIQLAMA

Süni intellekt işıqforları əvəz edəcəkmi? DYP dən AÇIQLAMA

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

"Yol hərəkətinin tənzimlənməsində nizamlayıcı vasitələrin rolu olduqca vacibdir. Xüsusilə işıqfor obyektləri paytaxtın demək olar ki, bütün əsas yol şəbəkəsində quraşdırılıb və bu da hərəkətin daha sistemli və təhlükəsiz təşkilinə imkan yaradır". Avtosfer.az xəbər verir ki, bunu “Baku.ws”ə açıqlamasında Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib.

Onun sözlərinə görə, lakin bəzi hallarda yalnız texniki vasitələr kifayət etmir və canlı nizamlayıcıya ehtiyac yaranır:

"Məsələn, yol-nəqliyyat hadisəsi baş verdikdə, hərəkət zolağında qalmış nəqliyyat vasitələrinin operativ şəkildə kənarlaşdırılması tələb olunur. Eyni zamanda güclü külək nəticəsində ağacın aşaraq yolu bağlaması kimi fövqəladə hallarda da dərhal müdaxilə zərurəti yaranır. Belə vəziyyətlərdə aidiyyəti qurum tərəfindən yol hərəkəti iştirakçılarına operativ məlumat verilir. Sosial şəbəkə hesabları və media resursları vasitəsilə sürücülər alternativ marşrutlar barədə məlumatlandırılır. Əməkdaşlar dərhal hadisə yerinə cəlb olunur, maneənin aradan qaldırılması və nəqliyyatın alternativ istiqamətlərə yönləndirilməsi təmin edilir. Texnologiyanın inkişafı ilə gələcəkdə bir çox proseslərin avtomatlaşdırılması nəzərdə tutulur. Süni intellekt əsaslı sistemlər işıqforların iş rejimini müstəqil şəkildə tənzimləyəcək, nəqliyyat axınını analiz edərək müəyyən istiqamətlər üzrə hərəkəti optimallaşdıracaq. Bu isə insan müdaxiləsinə olan ehtiyacı minimuma endirəcək və əməkdaşlar əsasən nəzarət funksiyasını həyata keçirəcəklər".

Toğrul Nəsirli əlavə edib ki, hazırda sıxlıqların yaranmasının əsas səbəblərindən biri bəzi sürücü və piyadaların qaydalara tam riayət etməməsidir:

"Məsələn, işıqforun qırmızı işığında piyadaların hərəkətə başlaması və ya sürücülərin buna vaxtında reaksiya verməməsi təhlükəli situasiyalar yaradır. Həmçinin dayanma və durmanın qadağan olunduğu yerlərdə nəqliyyat vasitələrinin saxlanılması, zolaqların tutulması intensiv hərəkət olan yollarda əlavə sıxlığa səbəb olur. Ümumilikdə, mövcud şəraitdə nizamlayıcı əməkdaşlara ehtiyac qalmaqdadır. Sistemlər tam təkmilləşdirildikdən və texnoloji həllər daha geniş tətbiq olunduqdan sonra bu ehtiyac tədricən azalacaq və yol hərəkətinin təşkili daha effektiv formada həyata keçiriləcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Fevral 2026 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri