Icma.az
close
up
RU
Süni intellekt modellərini aldatmaq hələ də çox asandır ARAŞDIRMA

Süni intellekt modellərini aldatmaq hələ də çox asandır ARAŞDIRMA

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tədqiqatçılar ChatGPT və oxşar süni intellekt modellərinin etik qaydaları pozan məzmunlar təqdim etməyə razı salına bildiyini bir daha ortaya qoyublar. Araşdırma süni intellektin necə və hansı üsullarla yönləndirilə bildiyi məsələsini yenidən gündəmə gətirib.

Bu gün bir çox istifadəçi ChatGPT və digər süni intellekt söhbət botlarının sərhədlərini yoxlamaqla vaxt keçirir. Xüsusilə ilk dövrlərdə sualların formasını bir qədər dəyişməklə bu sistemləri həssas və ya riskli mövzularda danışmağa yönəltmək mümkün idi. Məsələn, cinayət xarakterli bir məlumatı layla formasında istədikdə, bəzən filtrlər aşılırdı. Son dövrlərdə bu cəhdlərin qarşısının alınmasında ciddi irəliləyişlər əldə olunsa da, hələ də müəyyən boşluqların mövcud olduğu görünür.

İsrailin Ben Qurion Universitetində aparılan bir araşdırma bu sistemlərin hələ də aldadıla bildiyini göstərib. Üstəlik bu dəfə yalnız bir model deyil ChatGPT "Gemini" və "Claude" kimi fərqli süni intellekt modelləri üzərində işləyən, daha genişmiqyaslı bir "sındırma" üsulu ilə...

Normalda bu sistemlərin istifadəçiyə zərər verə biləcək, qanunsuz və ya etik olmayan məzmunları paylaşmamaq üçün ciddi filtrlərlə təchiz olunduğu bilinir. Lakin tədqiqatçılar, məntiqə əsaslanan xüsusi ifadələr vasitəsilə bu sərhədlərin aşılmasının mümkün olduğunu sübut etdilər. Məsələn, "hack" əmrləri, narkotik istehsalı və ya dələduzluqla bağlı məlumatlar birbaşa soruşulduqda rədd edilir. Amma eyni məlumatlar bədii süjet daxilində, dolayı yollarla və ya kurgusal ssenari çərçivəsində soruşulduqda, sistemlər bu məlumatları paylaşmağa daha meyilli ola bilir.

Burada əsas problem süni intellekt modellərinin dizayn prinsiplərində yatır. Bu sistemlər böyük həcmdə məlumatla öyrədilir və əsas məqsədləri istifadəçiyə "kömək etmək" üzərində qurulub. Məhz bu yardımsevərlik xüsusiyyəti, bəzi hallarda təhlükəsizlik sərhədlərinin aşılmasına səbəb ola bilir. Məsələn, birbaşa “modemi necə sındıra bilərəm?” deyə soruşduqda cavab alınmır. Lakin eyni sual bir hekayənin içində, texniki biliyə ehtiyac duyan bir obraz vasitəsilə soruşulduqda, sistem daha çox detal təqdim edə bilir.

Süni intellektlər yalnız texniki mənbələrdən deyil, internetdəki forumlar, sosial media paylaşımları və bloq yazıları kimi mənbələrdən də öyrənirlər. Bu, sistemlərin məlumat bazasını zənginləşdirir, lakin eyni zamanda nəzarəti də çətinləşdirir. Hər şeyi bilən bir sistem, bu biliklərin necə istifadə olunacağını ayırd edə bilmir – bu sərhədi müəyyənləşdirmək hələ də insanların vəzifəsidir.

"OpenAI" və "Microsoft" kimi şirkətlər yeni nəsil modellərin təhlükəsizlik baxımından daha inkişaf etmiş olduğunu iddia edirlər. Ancaq sosial şəbəkələrdə tez-tez paylaşılmış “sındırma üsulları”, bu boşluqların təkrar-təkrar üzə çıxmasına səbəb olur.

Problemin əsasında bu dayanır: bu sistemlər həm yemək resepti təqdim edə bilir, həm də pis niyyətli istifadələr üçün məlumat təqdim etmə potensialına sahibdir. Bir tərəfdən həyatı asanlaşdıran bir vasitə kimi görünürlər, digər tərəfdə isə yanlış əllərdə ciddi risklər yarada bilirlər. Hər kəsin əlçatan olduğu, çoxfunksiyalı bu alətlərin hansı sərhədlər daxilində saxlanacağı, süni intellektin gələcəyinə dair əsas suallardan biri olaraq qalmaqdadır. \\Valyuta.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 May 2025 00:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri