Icma.az
close
up
RU
Süni intellekt psixoloq kimi xidmət edə bilər TƏKLİFLƏR

Süni intellekt psixoloq kimi xidmət edə bilər TƏKLİFLƏR

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Süni intellekt həyatımızın hər sahəsinə inteqrasiya olunduğu üçün psixi sağlamlıqda da müxtəlif üsullarla istifadə olunmağa başlayıb. 

Sfera.az Türkiyə mediyasına istinadən xəbər verir ki, düzgün istifadə edildikdə, “ChatGPT” təlimat verə, psixoloji şüur yarada və psixi sağlamlığı dəstəkləmək üçün bəzi praktik strategiyalar təklif edə bilər. Bununla belə, ekspertlər süni intellektlə dəstəklənən bu cür vasitələrin terapiyanı əvəz edə bilməyəcəyini və mütəxəssis dəstəyinin vacib olduğunu xatırladır.

Məsələ ilə bağlı Manhettendə yaşayan psixoterapevt Mikki Lee Elembaby deyir ki, “ChatGPT” psixi sağlamlıq üçün dəstəkləyici vasitə ola bilər, lakin fərdlər ondan həqiqi insan əlaqəsi və ya peşəkar terapiyanın əvəzi kimi istifadə etməməlidirlər. Bununla belə, fikirləri təşkil etmək, əhval-ruhiyyəni izləmək və çətin söhbətlərə hazırlaşmaq kimi bir çox sahədə faydalı dəstək verə bilər.

“ChatGPT”-nin psixoloji rifahınıza töhfə verə biləcəyi 6 fərqli sahə bunlardır:

1. Duyğularınızı anlamaq üçün gündəlik tutmağa kömək edə bilər.

Gündəlik tutmaq başınızda fırlanan və özünüzü ifadə edən məsələləri araşdırmaq üçün effektiv, müalicəvi vasitədir. Ancaq bəzən gündəlik yazmaqda çətinlik çəkə bilərsiniz, çünki haradan başlayacağınızı bilmirsiniz. “ChatGPT” sizə gündəlik yazarkən sizə istiqamət verəcək suallar və göstərişlər verməklə sizi ruhlandıra bilər.

2. Mürəkkəb düşüncələri təşkil edərək zehni yükünüzü yüngülləşdirə bilər

Beyniniz daim görüləcək işlər siyahıları ilə doludursa və nəyə üstünlük verəcəyinizi bilmirsinizsə, “ChatGPT” beyin boşaltma üsulu ilə düşüncələrinizi çeşidləməyə kömək edə bilər.

Xüsusilə DEHB (Diqqət Çatışmazlığı Hiperaktivlik Pozuntu) olan şəxslər üçün vəzifələri müəyyən etmək və prioritetləşdirmək çətin ola bilər. Psixoloq Mikki Lee Elembaby müştərilərinə həftəlik tapşırıqlarını “ChatGPT”-də qeyd etməyi və sonra onları prioritetləşdirməyi tövsiyə edir. Beləliklə, zehni qarışıqlıqdan xilas ola və daha aydın bir plan qura bilərsiniz.

3. Psixotəhsil verməklə zehni şüurunuzu artıra bilər

Psixotəhsil fərdlərə öz psixi sağlamlıqları haqqında bilik əldə etməyə kömək etmək üçün istifadə edilən bir yanaşmadır. “ChatGPT” müəyyən psixoloji vəziyyət haqqında məlumat axtaran şəxslər üçün neytral və sürətli mənbə rolunu oynaya bilər.

Travmaya cavablar, narahatlıq əlamətləri və ya ümumi depressiya simptomları kimi mövzular haqqında əsas məlumatları öyrənmək üçün “ChatGPT” ilə məsləhətləşə bilərsiniz. Psixoloq Gayle Clark bildirir ki, düzgün rəhbərliklə süni intellekt istifadə edildikdə fərdlərə psixi sağlamlıq haqqında daha çox məlumat əldə etməyə kömək edə bilər.

4. Mübarizə strategiyaları və meditasiya təklifləri təklif edə bilər

Həyəcan və təşviş pozuntusu, stress və depressiya kimi vəziyyətlərin öhdəsindən gəlmək üçün istifadə edilən zehinlilik, meditasiya və nəfəs məşqləri kimi texnikaları öyrənmək istəyirsinizsə, “ChatGPT”-dən dəstək ala bilərsiniz.

5. Çətin insanlarla münasibətdə sizə yol göstərə bilər

Xüsusilə emosional cəhətdən çətin olan insanlarla ünsiyyətə gəldikdə, nə deyəcəyinizi bilmirsiniz. “ChatGPT” müzakirələrdə özünüzü ifadə etməyə kömək etmək üçün sakit, məntiqli və aydın cavablar yarada bilər.

Mütəxəssislər bildirirlər ki, süni intellekt emosional yükü azaltmaq, zəhərli münasibətlərdə sərhədlər qoymaq və ya manipulyasiya edən insanlarla ünsiyyəti idarə etmək üçün bir vasitə kimi istifadə edilə bilər.

6. Terapiya seansları arasında məlumat toplamağa kömək edə bilər

Bəzən terapevtiniz sizə müəyyən bir mövzuda araşdırma aparmağı və ya kitab oxumağı təklif edə bilər. “ChatGPT” bu məlumatların toplanması və təşkili üçün effektiv vasitə ola bilər.

Fidan Hacızadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:259
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri