Süni intellekt tayfunların hərəkət marşrutunu dəqiqliklə proqnozlaşdıracaq
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Çin Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutunun mütəxəssisləri digər elmi mərkəzlərlə birgə tayfunların hərəkət trayektoriyasını öncədən xəbər verən və fəlakətin istiqamət dəyişməsinə təsir edən fiziki amilləri izah edən yeni neyron şəbəkəsi modeli hazırlayıblar. "FuXi-CNOPs" adlandırılan bu sistem analoji analoqlarından fərqli olaraq, 51 deyil, 31 ssenaridən ibarət ansambl formalaşdırmaqla tayfunların marşrutunu daha yüksək dəqiqliklə müəyyən edir.
Süni intellekt arxitekturasına "ortoqonal şərti-qeyri-xətti optimal həyəcanlanmalar" (CNOPs) metodunun inteqrasiya olunması modelləşdirmədə xətalara yol açan əsas qeyri-müəyyənlik faktorlarını dəqiq təsbit etməyə imkan verib. Tədqiqatlar göstərib ki, proqnozdakı əsas kənarlaşmalar üç mühüm zona ilə bağlıdır: tayfunun nüvəsi, onun yağış qurşaqları və burulğanın subtropik antisiklonun hava axınları ilə qarşılıqlı əlaqədə olduğu sahələr.
Sistemin 62 tayfun və 91 hesablamalar seriyası üzərində aparılan sınaqları onun yüksək effektivliyini sübut edib. "FuXi-CNOPs" qısamüddətli (24 saatadək) proqnozlarda dünyanın ən qabaqcıl sistemləri ilə eyni göstəricilərə malik olduğu halda, 1-dən 5 günədək olan intervallarda aşkar üstünlük nümayiş etdirərək trayektoriya xətalarını təxminən üçdə bir nisbətində (30 faizədək) azaldıb.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 30 İyul 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















