Icma.az
close
up
RU
Süni intellekt texnologiyalarının strateji inteqrasiyası müasir təhsil sistemlərinin inkişafında həlledici rol oynayır ŞƏRH

Süni intellekt texnologiyalarının strateji inteqrasiyası müasir təhsil sistemlərinin inkişafında həlledici rol oynayır ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 17 sentyabr, AZƏRTAC

Süni intellekt inqilabı müasir dövrdə təhsil sisteminin transformasiyasında misilsiz dinamika nümayiş etdirir. Bu proses bir tərəfdən öyrənmə təcrübələrinin fərdiləşdirilməsi, pedaqoji fəaliyyətlə məşğul olanların gündəlik işinin dəstəklənməsi, digər tərəfdən isə təhsil menecerlərinin optimallaşdırılması baxımından fundamental imkanlar açır.

Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı AZƏRTAC-a bildirib ki, son illərdə aparılan tədqiqatlar süni intellektin bilik iqtisadiyyatında məhsuldarlığı əhəmiyyətli dərəcədə yüksəltmək potensialına malik olduğunu sübut edir.

“Boston Consulting Group” və dünyanın nüfuzlu universitetlərinin ekspertləri tərəfindən 758 respondent arasında aparılan tədqiqatın nəticələrinə əsasən, GPT-4 texnologiyasından istifadə edənlər daha çox tapşırığı yerinə yetirib, daha sürətli fəaliyyət göstərib və süni intellekt dəstəyi olmayan həmkarları ilə müqayisədə yüksək keyfiyyətli nəticələr əldə ediblər: “Bununla yanaşı, araşdırma süni intellektdən istifadə praktikasında iki əsas yanaşmanın - tapşırıqları süni intellekt və insan arasında bölüşdürən “Kentavr” modeli və süni intellektlə tam inteqrasiyanı əks etdirən “Kiborg” modelinin formalaşdığını üzə çıxarıb. Təsadüfi deyil ki, süni intellekt texnologiyalarının imkanları son illərdə misilsiz inkişaf dinamikası nümayiş etdirir. Cəmi bir il əvvəl mövcud olan texniki səviyyə ilə müqayisədə bu gün süni intellekt modelləri daha mürəkkəb, kontekstə həssas dialoqlar aparmaq, insan nitqinə bənzər mətnlər yaratmaq və proqramlaşdırma prosesində yardım göstərməklə yanaşı, mətn, təsvir, səs və video kimi müxtəlif təqdimetmə formaları əsasında məzmun sintez edə bilmək qabiliyyətinə malikdir. Gözlənilir ki, süni intellektin imkanlarındakı dinamik artım tendensiyası davam edəcək və bu inkişaf təhsil sisteminin dəstəklənməsi üçün daha mürəkkəb və intellektual alətlərin formalaşmasına zəmin yaradacaq. Təbii olaraq, bu zaman, süni intellektin insan peşəkarlığını əvəz edən bir vasitə kimi deyil, insanın mühakimə və bacarıqlarını gücləndirən və genişləndirən komplementar bir alət kimi nəzərdən keçirilməsi məqsədəuyğundur”.

Lətif Zeynallı vurğulayıb ki, dünya üzrə ölkələr təhsildə inqilabi dəyişikliklər yaratmaq məqsədilə süni intellektdən müxtəlif yollarla istifadə edir və hər biri bunu özünəməxsus təhsil məqsədləri və konseptual çağırışlara uyğun şəkildə həyata keçirir. Bu kontekstdə bir sıra real nümunələrin qeyd edilməsi məqsədəuyğundur.

“Belə ki, Sinqapur “Smart Nation” strategiyası çərçivəsində 2030-cu ilədək süni intellekt sahəsində qlobal lider olmağı hədəfləyir. Bu strategiyanın əsas istiqamətlərindən biri fərdiləşdirilmiş təhsilin dəstəklənməsi və müəllimlərin xüsusi qayğıya ehtiyacı olan şagirdlərin tələblərinə daha effektiv cavab verməsi üçün süni intellekt texnologiyalarının geniş tətbiqidir. Cənubi Koreyada süni intellekt texnologiyalarının tətbiqi öyrənmə fəaliyyətləri və ev tapşırıqlarının fərdi təhsil səviyyəsi və öyrənmə davranışlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilir. Finlandiyada isə süni intellektin milli təhsil sisteminə inteqrasiyası həm etik prinsiplərin qorunmasını, həm də təhsil bərabərliyinin təmin edilməsini prioritet kimi müəyyən edir”, - deyə Lətif Zeynallı vurğulayıb.

İİTKM-nin şöbə müdiri qeyd edib ki, bir çox ölkələr süni intellektin potensialını dərk edərək məktəb və universitetlərin transformasiyasında qabaqcıl texnologiyalardan istifadə sahəsində irəliləyişlər əldə edib: “Hələ ilkin inkişaf mərhələsində olmasına baxmayaraq, təhsildə süni intellekt bazarının 2030-cu ilədək təxminən 32,27 milyard dollar həcmində dəyərə çatacağı proqnozlaşdırılır. Bu kontekstdə adaptiv öyrənmə sistemlərindən tutmuş süni intellektlə dəstəklənən repetitorluq platformalarına qədər müxtəlif alqoritmlər tələbələrin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır. Bir çox ölkələr təhsil texnologiyaları (edtech) şirkətlərinin inkişafını təşviq edir və cəmiyyət yeni texnologiyaları mənimsəməyə hazırdır. Lakin tələbələrə yeni biliklər öyrətmək qədər, onların yaradıcılıq və innovasiya qabiliyyətlərinin inkişaf etdirilməsi də əhəmiyyət kəsb edir. Bu aspekt isə ağıllı təhsilin inkişafında növbəti mərhələnin əsas istiqamətlərindən biri olaraq qiymətləndirilir”.

L. Zeynallı əlavə edib ki, süni intellektin təhsil sahəsində tətbiqi yalnız bilik və bacarıqların artırılmasına deyil, həm də fərdiləşdirilmiş öyrənmə imkanlarının yaradılmasına, tələbələrin yaradıcılıq və innovasiya potensialının inkişaf etdirilməsinə, eləcə də təhsil sistemlərinin inklüziv, ədalətli və səmərəli idarə olunmasına mühüm töhfələr verir. Bu baxımdan, süni intellekt texnologiyalarının strateji inteqrasiyası müasir təhsil sistemlərinin inkişafında həlledici rol oynayır və ölkələr üçün prioritet istiqamət kimi qalmağa davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see174

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see160

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see158

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see149

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri